Kişilər üçün qadınlarda dəb nədir?

Kişilər üçün qadınlarda dəb nədir?Dəb - rənglər, formalar hər mövsüm dəyişir. Ancaq kişilər üçün bu dəyişikliklər o qədər də önəmli deyil. Çünki bu dəyişikliklər güclü cinsin nümayəndələrini o qədər də cəlb etmir. Onlar klassikləşmiş formalara üstünlük verirlər. Bəs kişilər qadınlarda nəyin necə olmasını istəyir?
Saç düzümü
Bəli: Kişilərin hit-paradında uzun saçlar - çiyindən aşağı olanlar üstünlük təşkil edir. Saçlar təbii, gözəl, təmiz və havalı olmalıdır. Onlar saçın rənginin təbii olmasını xoşlayırlar.
Xeyr: Kişilərin fikrincə, haçalanan saç ucları, qeyri-sağlam rəng tonları (badımcanı, narıncı və sairə), oğlan kimi qısa saç kəsimləri ancaq iri gözləri olan nadir incə qızlara yaraşa bilər. Çoxluq isə adıçəkilənlərdən uzaq qalaraq, klassik formalara üstünlük versə, yaxşıdır.
Makiyaj
Bəli: Burada da onlar təbiiliyə və bir daha təbiiliyə üstünlük verirlər. Düzdür, parlaq dodaq boyası olar. Ancaq hər gün yox, hansısa özəl mərasim və ya günlər üçün.
Yox: Süni uzadılmış kirpiklər, çox ağardılmış dəri, parıltılı dodaq boyası yolverilməzdir. Bu siyahıya həddindən çox süni qaraldılmış dəri və qəribə rəngli dodaq boyası da daxildir. Xüsusilə əgər dodaqlar silikonludursa.
Manikur
Bəli: Qulluq edilmiş, təbii görünüşlü, orta uzunluqda olan dırnaqlar cəlbedicidirlər. Dırnaqlar boyalı olsa, daha yaxşıdır. Amma boyanın üzərində şəkillər və bəzəklər olmasın.
Yox: Caynağa oxşayan, həddindən artıq uzun, ucu iti, üzəri isə şəkilli dınaqlar güclü cinsin nümayəndələrinə o qədər də xoş təsir bağışlamır.
Paltar
Bəli: Kişilər qadınları onlara xas olan paltarlarda, kostyum, gecə libasları, hətta cins və adi koftada da görməyi sevirlər. Bir şərtlə - paltar bədənin formasına uyğun olmalıdır. Ən əsası odur ki, geyim harmoniya təşkil etsin, səliqəli olsun.
Yox: Mövsümə uyğun olmayan geyimlər, məsələn, qışda qısa toplar, yazda xəz ancaq zövqsüzlük kimi qəbul edilir. Kişilər həm də qısa şalvarlara- briclərə, həddindən artıq dar şalvarlara, bəzəkli kolkotkalara, əfqan şalvarlarına, üzərində yazılar olan maykalara da yaxşı baxmırlar.
Ayaqqabı
Bəli: Açıq bosonojkalar, orta ölçülü dabanı olan tuflilər, uzun qış ayaqqabıları - bir sözlə, köhnə dəbin formaları kişilər üçün kifayətdir.
Yox: Əlbəttə ki, qeyri-adi görünüşlü eybəcər, kobud botinkalar, platformalı ayaqqabılar və sairə.
Aksesuarlar
Bəli: Stilli kulonlar, bilərziklər, klassik çantalar, kiçik sırğa və qulluq edilmiş əllərdəki üzüklər kişilərin ağlını başından ala bilər.
Yox: İri ağır sırğalar, üzün yarısını tutan eynəklər, praktik olmayan kiçik çantalar, külli miqdarda qızıl, zinət əşyaları kişilərdə ikrah hissi yarada bilər.
Bədən quruluşu
Bəli: Qadına xas gözəl, idmançı bədəni kişilər sevir. Çəki o qədər də vacib olmasa da, yaxşı olar ki, forma mütənasib olsun.
Yox: Qabağa çıxan qarın, iri ayaqlar, piy qatlarını nəinki kişilər, heç qadınlar da xoşlamırlar. Bundan daha pisi ancaq anoreksiya ola bilər. Bir dəri, bir sümük olan, rəngi solan qadınlara kişilərin ancaq yazıqları gəlir. Belələrinə onlar ancaq yemək verərək, yatızdırmaq istəyirlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2533   Tarix: 14 avqust 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018