Məktəbli forması alarkən ehtiyatlı olun!
Azərbaycanda məktəbli formalarının tikilməsi və satışı ilə məşğul olan "Bakı Tikiş Evi" Açıq Səhmdar Cəmiyyəti onların geyimlərini saxtalaşdıran şəxslərə və müəssisələrə qarşı tədbirlərin görülməsi üçün İqtisadi İnkişaf Nazirliyinə müraciət edəcək. Bunu "Bakı Tikiş Evi"nin Satış şöbəsinin rəisi Etibar Əzimov deyib. Onun sözlərinə görə, Bakıdakı "8-ci km" bazarında, Sədərək Ticarət Mərkəzində və s. ərazilərdə BTE nişanı ilə keyfiyyətsiz, uşaqların bədənlərində allergik səpkilər yaradan, başqa ölkələrdən gətirilmiş və ya zirzəmi şəraitində tikilmiş məktəbli paltarları satılır. Həmin geyimlərin BTE nişanı ilə satılmasını iqtisadi cinayət sayan E.Əzimov hesab edir ki, belə halların qarşısı qanunla alınmalıdır. Valideynləri belə məktəbli formaları almamağa çağıran və onların geyimləri ilə saxta geyimlər arasındakı əsas fərqləri açıqlayan BTE rəsmisinin sözlərinə görə, "Bakı Tikiş Evi"nin tikdiyi formaların qolunda, düyməsində, astarında BTİ yazılıb.
"Bizim geyimlərimiz Avropa laboratoriyasının, Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sertifikatını alıb. Bu sənədlər bir daha təsdiqləyir ki, BTİ-nin geyimlərinin uşaqlar üçün heç bir zərəri yoxdur", - deyə E.Əzimov bildirib. O deyib ki, valideynlərin məktəbli geyimlərini vaxtında alması üçün təbliğatın aparılmasına baxmayaraq, valideynlər geyim almaq üçün avqustun sonu, sentyabrın əvvəlini gözləyirlər.
E.Əzimovun sözlərinə görə, ötən ildən fərqli olaraq, bu il məktəbli geyimlərinin satışının təşkili üçün daha yaxşı hazırlıq işləri görülüb. Hələ qışdan məktəblilər üçün bütün ölçülərdə geyimlər tikilərək anbarlarda saxlanılıb. Satış rəisi hazırda şagirdlərin bütün növ ölçüdə geyimlə təmini baxımından heç bir çətinliyin olmadığını da bildirib. O deyib ki, ötən il Bakının 11 rayonunda 12 satış mərkəzi olduğu halda, bu il onların sayı 18-ə çatdırılıb. Bundan başqa, bu il geyimlər şəhərdəki böyük ticarət mərkəzlərinə də verilib.
E.Əzimov bildirib ki, BTE-nin geyimlərinin qiymətində heç bir dəyişiklik edilməyib. Ölçüdən asılı olaraq, 1-6-cı siniflər üçün geyim dəstinin (köynək, jilet, pencək şalvar və ya yubka) qiyməti 40-45, 7-11-ci siniflər üçün 53-55 manatdır
MENBE:XEZERXEBER.COM
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 7103 Tarix: 22 avqust 2012
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gecə paltarı ilə yatmayın - SƏBƏB
Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların
16.09.2021 3554 Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO
Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları
14.09.2021 2022 Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR
"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə
11.09.2021 2925 Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO
Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd
11.09.2021 1188 Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA
MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur
14.09.2021 364 Borşa da abidə qoyulacaq
Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin
10.09.2021 1189 Körpüyə görün hansı ad verildi - FOTOLAR
ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb
15.09.2021 1164 Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı
Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi
12.09.2021 3724 İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA
Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü
11.09.2021 2356