Ümumilli Lider Heydər Əliyev

Ümumilli Lider Heydər ƏliyevAZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.

Ümumilli Lider Heydər ƏliyevÜmumilli Lider Heydər ƏliyevÜmumilli Lider Heydər ƏliyevÜmumilli Lider Heydər ƏliyevÜmumilli Lider Heydər ƏliyevÜmumilli Lider Heydər ƏliyevAzərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
Ümumilli Lider Heydər ƏliyevÜmumilli Lider Heydər ƏliyevÜmumilli Lider Heydər ƏliyevÜmumilli Lider Heydər ƏliyevÜmumilli Lider Heydər ƏliyevÜmumilli Lider Heydər Əliyev1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir.

Dekabrın 12-də Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmişdir.
Ümumilli Lider Heydər ƏliyevÜmumilli Lider Heydər ƏliyevÜmumilli Lider Heydər ƏliyevÜmumilli Lider Heydər ƏliyevÜmumilli Lider Heydər ƏliyevHeydər Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülmüş, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilmişdir.

Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur.

27 mart 1997-si il - Kiyevdə Azərbaycanın dövlət başçısına Ukraynanın ali mükafatı "Yaroslav Mudrı" ordeni təqdim edilmişdir.

13 aprel 1999-cu il - Prezident Heydər Əliyev Türkiyənin ən nüfuzlu mükafatı - "Atatürk Sülh Mükafatına" layiq görülmüşdür.

20 yanvar 2001-ci il - Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Moskva Dövlət Universitetinin "Fəxri professoru" adı verilmişdir.

3 aprel 2003-cü il - Azərbaycan Prezidenti Heydər Əliyev Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü seçilmiş, Y.V.Andropov adına mükafata layiq görülmüşdür.

10 may 2003-cü il - Rusiyanın yüksək mükafatı - Müqəddəs Apostol Andrey Pervozvannı ordeni ilə təltif olunması barədə Fərman imzalanmışdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 37950   Tarix: 10 may 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Süd və Süd Məhsullarından sonra Kərə Yağının da Qiyməti Dəyişdi

Marketlərdə kərə yağının bahalaşması ötən ayla müqayisədə təxminən 10% civarındadır. Artım daha çox Yeni Zelandiya və Belarusiyadan idxal edilən kərə yağlarında müşahidə edilib. Mütəxəssislər bunu dünya bazarında kərə yağının qiymətinin qalxması ilə əlaqələndirirlər. Azərbaycanda kərə yağı əsasən idxa

10.02.2025 3456
.

İşə yaramayan Qırmızı diplomların verilməsinə niyə son qoyulmur?

Azərbaycan təhsil sistemində qırmızı diplomların verilməsi sovet dövründən qalma bir praktika kimi formalaşıb. Sovet İttifaqında təhsil strukturu ciddi şəkildə normativ aktlarla tənzimlənirdi və qırmızı diplom akademik mükəmməlliyin rəsmi göstəricisi hesab olunurdu. Həmin dövrdə dövlət müəssisələri v

11:43 1
.

Üçüncü kurs tələbəsi QƏFİL ÖLDÜ

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollecin tələbəsi qəfil vəfat edib. xəbər verir ki, bu barədə kollec məlumat yayıb. Bildirilib ki, Tükəzban Arif qızı Bəşirli sosial iş (SİT 023) ixtisasının ll kurs tələbəsi olub. Onun ölüm səbəbi məlum deyil

10.02.2025 604
.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, lakin səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanı

10.02.2025 998
.

Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu (SƏBƏB)

Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən (MN) bildirilib. "İctimaiyyətdə

11:35 54
.

"Türkiyədə Novruz qeyd olunmadığı üçün təəssüflənirəm"

Əslən azərbaycanlı olan aktyor Ozan Akbaba uşaqlıq illərindən danışıb. OLAY yazır ki, İbrahim Selimin verilişində qonaq olan Ozan Karsda unutmadığı adət-ənənələrdən söz açıb. O. Akbaba deyib ki, əvvəllər Novruz bayramını qeyd etsələr də, indi Türkiyədə bu ənənə unudulub:. "Odun üstündən tullanardıq

10:42 157
.

Türkiyədə işsizlərin sayı açıqlandı

Türkiyədə işsiz insanların sayı açıqlanıb. xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumu bildirib. Bildirilib ki, Türkiyədə 3 00 026 nəfər işsizdir. [hh4-unikal]

10.02.2025 246
.

Azərbaycanda bahar bayramları başladı - Video

Ölkəmizdə hər il fevralın 10-dan 11-nə keçən gecə Novruz bayramının gəlişi ilə əlaqədar Xıdır Nəbi bayramı keçirilir. xəbər verir ki, Xıdır Peyğəmbərin adı ilə bağlı olan bu gecəni hər il Tovuz sakinləri ocaq başına toplaşaraq xüsusi qeyd edirlər. Onlar Xan Çinarın ətrafında yığışaraq tonqal qalayır

11:06 151
.

Goranboyda qəzada həlak olan gəncin gələn ay toyu olacaqmış

Goranboyda baş verən qəzada ölən şəxslə bağlı bəzi detallar məlum olub. BİG.AZ Teleqraf-a istinadən məlumat verir ki, rayonun Zeyvə kəndi yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən Məhəmməd Bayramov ailənin tək oğlu idi. Belə ki, Səfikürd kənd sakini olan M.Bayramov nişanlı imiş, mar

10.02.2025 568
.

TOP MP3