Yolda təhlükəsizlik üçün "10 qızıl qayda"

Yolda təhlükəsizlik üçün Son zamanlar Azərbaycanda yol qəzalarının sayının artdığını və qəzalarda ölən və yaralananların da sayının çoxaldığını bilmək üçün araşdırma aparmağa ehtiyac yoxdur.

Çünki hər gün evə, işə gedəndə, küçədə gəzəndə belə qəzaların şahidi oluruq.

Rəsmi rəqəmlərlə desək təkcə 2011-ci ildə Azərbaycanda baş verən 2 min 890 yol qəzasında 1016 nəfər ölüb, 3 min 31 nəfər xəsarət alıb. Bu təxminən gün ərzində 8 qəzanın baş verməsi, 3 nəfərin ölməsi və 9 nəfərin yaralanması deməkdir.

Dünyada isə orta hesabla hər il 1,3 milyon, hər gün isə 3 min 500 nəfər yol qəzalarında ölür. Buna bir çarə tapılmazsa bu rəqəmin 2020-ci ilə qədər 1,9 milyona qalxacağı güman edilir. Bu hələ rəsmi statistikadır. Qeyri-rəsmi rəqəmlərlə bu say daha da çoxdur.

Yol qəzalarının baş verməsində əsas səbəblər sürət həddinin aşılması, ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi, ara məsafənin qorunmaması, təhlükəsizlik tələblərinə cavab verməyən avtomobillərdən istifadə edilməsi və başqalarıdır.

Bəs bu qəzaların və insan itkisinin sayını azaltmaq üçün nə etmək lazımdır?

Buna yol polislərinin adətən iki cavabı olur: maarifləndirmə və reydlər. Amma biz neçə illərdir aparılan maarifləndirmə və reydlərin heç bir müsbət effektini hələ ki görməmişik. Hətta, qayda pozuntularına görə cərimələrin miqdarı 2-3 dəfə artırılsa da heç bir faydası olmadı.

Demək ki, məsələnin kökündə başqa faktor dayanıb. Bu faktor sürücünün birbaşa özündən başlayır. Günahı heç kimdə axtarmaq lazım deyil. İlk olaraq sürücü sükanı arxasında əyləşdiyi avtomobili təhlükəsiz idarə etməyi düşünməli, maşında oturan digər sərnişinlərin sağlamlığının qorunmasına birbaşa cavabdehlik daşıdığını anlamalıdır.

Bəs sürücünün məsuliyyəti nədir? Bunun üçün aşağıda göstərilən "10 qızıl qayda"nı diqqətlə oxumaq lazımdır:

1) Təhlükəsizlik kəmərindən istifadə - Sürücü həm özü, həm də sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməsini təmin etməlidir. Bütün test sınaqlarında da təsdiq edilib ki, qəza zamanı təhlükəsizlik kəməri xəsarət almanı 70 faiz azaldır.

2) Yol hərəkəti qaydalarını bilmək və əməl etmək - Bu avtomobil sürməyin bünövrəsidir. Bunu bilməyən sürücü gərək sükan arxasına oturmasın. Təəssüf ki, belə sürücülərin sayı hazırda Azərbaycanda çoxluq təşkil edir.

3) Sürət həddini aşmamaq - Yuxarıda da qeyd etdiyim kimi qəzaların böyük əksəriyyətinin səbəbi sürət həddinin aşılmasına görə baş verir. Sürücü sürət həddini aşan zaman həm digər maşınlara, həm də yoldan keçən piyadalara da təhlükə yaradır. Belə hallarda piyadaların ölümü ilə nəticələnən qəzalar da çox baş verir. Axı piyadalar metaldan deyil. Onların riski maşına görə daha çoxdur. Ona görə heç olmasa piyadalar görə sürət həddinə riayət edilməlidir.

4) Təkərlərin vaxtında yoxlanılması - Təkərlər tez-tez yoxlanılmalı, onun balansı tənzimlənməlidir. Mövsümə uyğun təkərlərdən istifadə edilməlidir.

5) İçkili halda sükan arxasında əyləşməmək - Bu qayda üzərində çox mübahisə etmək lazım deyil. Hamıya məlumdur ki, avtomobili içkili halda idarə etmək birbaşa "ölümlə burun-buruna dayanmaq" deməkdir. Odur ki, avtomobili ayıq halda sürmək lazımdır.

6) Uşaqları ön oturacaqda əyləşdirmək olmaz - Uşaqlar üçün daha təhlükəsiz yer arxa və uşaq oturacaqları hesab edilir. Qəza zamanı ən riskli yer ön oturacaqlar olduğu üçün uşaqları həmin yerlərdə oturtmaq olmaz.

7) Telefonla danışmaq və ismarış yazmaq - Sükan arxasında telefondan istifadə etmək diqqəti yayındırır və qəza riskini artırır. Ona görə də bu qanunla da qadağan edilib. Hazırda sükan arxasında telefonda istifadə etməyin cəriməsi İnzibati Xətalar Məcəlləsinə görə 50 manatdır.

8) Yorğunluq zamanı istirahət etmək - Adətən uzun yol gedənlər, gecə vaxtı yola çıxanlar özlərində yorğunluq hiss edirlər. Bu zaman mütləq maşını saxlayıb istirahət etmək lazımdır. Çünki, ani yuxu böyük faciəyə səbəb ola bilər. Mənzil başına gec getmək, heç getməməkdən yaxşıdır.

9) Motosiklet və velosiped sürən zaman qoruyucu dəbilqə (kaska) taxmaq - Maşında təhlükəsizlik yastıqları qəza zamanı başı zərbədən qoruyur. Amma bu motosiklet və velosipeddə olmadığı üçün dəbilqədən istifadəni zəruri hala çevrir.

10) Digər sürücülərə hörmət etmək - Avtomobil sürərkən diqqət yetirməli bir məqam isə digər sürücülərə hörmət etməkdir. Sürücülər dar yollarda bir-birinə yol verməli, ötmə əməliyyatı zamanı digər sürücüyə əlverişli şərait yaratmalı və digər bu kimi hallara əməl etməlidir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 7129   Tarix: 03 avqust 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Dünya bazarında neft KƏSKİN UCUZLAŞDI

ABŞ və İran arasında sülh sazişinin əldə olunduğu barədə yayılan məlumatlardan sonra qlobal bazarda neft kəskin ucuzlaşıb. xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Bakı vaxtı ilə saat 09:15-də Londonun ICE birjasında avqust ayına çatdırılma ilə "Brent" markal

11:30 140
.

Kris Rayt: Fars körfəzindən gündə təxminən 7 milyon barel neft çıxarılır

Hörmüz boğazında gəmilərin hərəkətində yaranan fasilələr fonunda ABŞ hərbçilərinin dəstəyi ilə Fars körfəzindən gündə təxminən 7 milyon barel neft çıxarılır. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt Hyustonda keçirilən enerji forumund

14.06.2026 174
.

İsrail ordusu Livanın cənubundakı 29 qəsəbənin sakinlərinə təxliyə çağırışı edib

İsrail Müdafiə Ordusu Livanın cənubundakı 29 yaşayış məntəqəsinin sakinlərinə "Hizbullah" qruplaşmasının obyektlərinə endiriləcək aviazərbələrlə əlaqədar təcili təxliyə barədə bildirişlər göndərib. "Report" xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Avixay Edri bildirib

14.06.2026 249
.

Pentaqon UNO haqqında məxfi sənədlərin son hissəsini yayımladı

ABŞ Hərb Nazirliyi daha əvvəl məxfiləşdirilmiş UNO (uçan naməlum obyekt) görüntülərinin olduğu məlumatların növbəti partiyasını yayımlayıb. xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat verib. Materiallar toplusunda videolar, fotoşəkillər və şahid ifadələri daxil edilib. 2025-c

14.06.2026 242
.

Mahsun Kırmızıgül Bakıda toyda oxudu

Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. -a istinadən xəbər verir ki, sənətçinin səfərinin məqsədi toy məclisi olub. Kırmızıgül dəbdəbəli toyda iştirak edib. Aparıcılığını Leyla Quliyevanın etdiyi məclisdə Xalq artisti Aygün Kazımova, Əməkdar artist Abbas Bağırov da yer alıb

14:00 88
.

Cəbrayılda günəş elektrik stansiyası üçün ayrılan torpaq sahəsi artırılıb

Nazirlər Kabineti 2024-cü il oktyabrın 29-da qəbul etdiyi "Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında" qərara dəyişiklik edib. "Report" xəbər verir ki, bununla bağlı Baş nazi

14.06.2026 229
.

Cenevrədə baş tutacaq imzalanma mərasiminə Tramp da qatılacaq?

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçı Birləşmiş Ştatlarla müqavilə imzalamaq məqsədilə Cenevrəyə səfər edəcəklər. xəbər verir ki, bu barədə "The New York Times" qəzeti adının çəkilməsini istəməyən iranlı rəsmilərə istinadə

13:45 93
.

Rusiyanın Ukraynaya hücumları zamanı ölən və yaralananlar var

Ötən sutka ərzində Rusiya hərbçilərinin Ukraynanın Sumı və Zaporojye vilayətlərinə endirdiyi zərbələr nəticəsində üç nəfər ölüb, yeddi nəfər xəsarət alıb. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. "Ötən sutka ərzində Sumı vilayətini

14.06.2026 253
.

Aİ Ukrayna və Moldova ilə danışıqların başlamasını razılaşdırıb

Avropa İttifaqı (Aİ) ölkələri Ukrayna və Moldova ilə Aİ-yə üzvlük üzrə danışıqların birinci klasterinin açılmasını razılaşdırıb. "Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Aİ Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin birgə bəyanatında bildirilib

14.06.2026 185
.

TOP MP3