Yevlaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Yevlaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilibYevlaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyəti və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Dahi Şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Yevlax Şəhər İcra Hakimiyyətinin akt zalında davam edən tədbirdə Dövlət Himni səsələndirilib, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib. Milli Qurtuluş gününün mahiyyətini əks etdirən videofilm nümayiş etdirilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxış edərək 15 İyun - Milli Qurtuluş Gününün müasir Azərbaycan tarixinin ən əlamətdar günlərindən biri olduğunu bildirib. Qeyd edib ki, 1993-cü ildə ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyət, vətəndaş qarşıdurması təhlükəsi və dövlət müstəqilliyinin itirilməsi riski yarandığı üçün xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Dövlətimizi parçalanmaq, məhv olmaq təhlükəsindən xilas edib, müasir güclü Azərbaycanın möhkəm təməlini yaradıb. Ulu Öndərin siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz daha da böyük uğurlara imza atıb. 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanılıb, işğal altında olan torpaqlarımız azad edilib. Həmçinin 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam bərpa olunub. Bu gün hər bir Azərbaycan vətəndaşı qalib ölkənin qalib vətəndaşı kimi böyük qürur hissi keçirir. Qazanılmış tarixi qələbələr sayəsində Azərbaycanın beynəlxalq nüfuzu artıb, iqtisadi inkişaf təmin olunub, xalqımızın sosial rifah halı yüksəlib, Dövlətimiz regionda və dünyada söz sahibinə çevrilib.
Qalib Ölkəmizin Müzəffər Lideri eyni zamanda regionda sülh gündəliyinin memarıdır. Möhtərəm Prezidentimizin "Zayed İnsan Qardaşlığı" Mükafatı ilə təltif olunması, "Sülh və Barışıq üçün Gernika Mükafatı" na layiq görülməsi Azərbaycanın qlobal sülh quruculuğunda artan roluna beynəlxalq səviyyədə verilən yüksək dəyərin bariz nümunələridir.İcra Hakimiyyətinin Başçısı eyni zamanda qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin ideyalarının yaşadılması, milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın əvəzsiz rolu vardır. Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən sosial, humanitar və mədəni layihələr, xüsusilə Heydər Əliyev Fondunun fəaliyyəti ölkəmizin inkişafına mühüm töhfələr verir.
Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov çıxışlarında Milli Qurtuluş Gününün dövlətçilik tariximizdəki əhəmiyyətindən danışaraq Ulu Öndər Heydər Əliyevin qətiyyətli siyasi fəaliyyəti nəticəsində Azərbaycan müstəqilliyini qoruyub saxladığını, inkişaf yoluna qədəm qoyduğunu, bu tarixi günün gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını, Heydər Əliyev ideyalarının gənc nəslə aşılanmasının vacibliyini qeyd ediblər.
15 İyun-Milli Qurtuluş günü münasibətilə və rayonun ictimai həyatında fəal iştirak edərək, nailiyyətlər əldə edən bir qrup qabaqcıl şəxs Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif edilib, eyni zamanda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş şəxslərə partiya üzvlük vəsiqələri təqdim olunub.
Tədbirin bədii hissəsində Prezident mükafatçısı xanəndə Nuray Hacızadə və IX Muğam Televiziya Müsabiqəsinin finalçısı xanəndə Yusif Cəfərbəylinin ifasında səsələndirilən muğam və xalq mahnıları Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini, xalqımızın həmrəyliyini və müstəqil dövlətimizin inkişaf yolunu bədii vasitələrlə ifadə edərək tədbirin ən yaddaqalan məqamlarından biri olmuşdur. Səsləndirilən ifalar böyük maraq və alqışlarla qarşılanıb, tədbirdə əsl bayram abu-havası yaradıb.
Yevlaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilibYevlaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilibYevlaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilibYevlaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilibYevlaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilibYevlaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 854   Tarix: 15 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi

44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların

11:11 231
.

Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi

Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon

11:15 230
.

Putin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi

Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə

15:00 222
.

Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı

Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər

18:40 165
.

Ağdamda yeni və müasir şəhər salınır

Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy

11:18 234
.

Rusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu

Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili

23:00 0
.

Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK - Vətəndaşlar sevinəcək

Azərbaycanda əməkhaqları və pensiyaların ödənilməsi qaydası dəyişə bilər. Yeni təklifə əsasən, işçilərə verilən əməkhaqqı və digər ödənişlər elektron ödəniş sistemi vasitəsilə onların seçdiyi bank hesabına köçürüləcək. Bu yenilik hansı üstünlükləri vəd edir?. -a danışan iqtisadçı Elçin Rəşidov deyi

19:04 188
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 287
.

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb

22:00 0
.