Əsir düşən əsgərimizlə bağlı şok faktlar üzə çıxıb !

Əsir düşən əsgərimizlə bağlı şok faktlar üzə çıxıb !Ermənilərə əsir düşən Azərbaycan əsgəri ilə bağlı maraqlı faktlar məlum olub. APA-nın əməkdaşı əsir əsgərin yaşadığı ünvanı taparaq onun yaxınları ilə görüşüb.

Bu gün cəbhənin Tovuz rayonu istiqamətində ermənilərə əsir düşən, 1992-ci il təvəllüdlü Firuz Fərəcov bu ilin aprelində Bakının Xətai rayonundan hərbi xidmətə çağırılıb. Yaxınları ilə tez-tez əlaqə saxlayan F. Fərəcov sonuncu dəfə ötən gün ailəsi ilə telefonla danışıb. Telefon söhbətində o, hər şeyin qaydasında olduğunu və xidmət etdiyi hərbi hissədə heç bir problemin olmadığını bildirib. Ailə üzvləri onunla danışarkən həftə sonu, yəni bazar günü yanına gedəcəklərini bildiriblər. Bu gün isə əsgərin xidmət etdiyi hərbi hissədən onun ailəsinə zəng edərək övladlarının hərbi hissəsi tərk etməsi barədə məlumat veriblər. Daha sonra isə məlum olub ki, F. Fərəcov ermənilərə əsir düşüb.

APA-nın əldə etdiyi daha bir məlumata görə, F. Fərəcov Bakının Xətai rayonunda qardaşı və anası ilə birgə yaşayır. Atası Mirzə Fərəcov isə bir müddət əvvəl ailəsindən ayrılıb. Buna baxmayaraq M. Fərəcov övladları ilə tez-tez əlaqə saxlayırmış. Sonuncu dəfə isə atası iki gün əvvəl F. Fərəcovla telefonla danışıb. M. Fərəcov hazırda Daxili Qoşunlarda çalışır və mayor hərbi rütbəsi daşıyır.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Silahlı Qüvvələrin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb.

mənbə : qafqazinfo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8106   Tarix: 28 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı

Ulan-Udedə itkin düşənlər siyahısında olan dörd yaşlı uşağın meyiti tapılıb. Onun meyiti yaşadığı evin əlavə qarajında, paltaryuyan maşında gizlədilib. Körpənin ailəsi şübhə altına düşüb. Qeyd olunur ki, uşağın itməsi ötən gecə məlum olub. Polis və könüllülər onun axtarışına çıxıblar. Nəticədə oğlanı

28.04.2024 373
.

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

Xankəndi şəhərində mikrosahibkarlar işə başlayıblar. İTV xəbər verir ki, onların ilk müştəriləri Xankəndinin yenidən qurulmasında çalışan şəxslərdir. Artıq şəhərdə dərzi, saç ustası və digər peşə sahibləri çalışırlar. ( )

28.04.2024 205
.

Amsterdamda keçirilən nümayişdə 100-dən çox ətraf fəal saxlanılıb

Amsterdam polisi şəhərin hərəkətli yollarından birini bağlayan Extinction Rebellion təşkilatının 100-dən çox ətraf mühit fəalını saxlayıb. "Report"un məlumatına görə, bu barədə NOS telekanalı məlumat yayıb. Belə ki, iki yerdə səkkiz avtomobil dairəvi yolu kəsib. Fəallar "ING Bank"ı

28.04.2024 156
.

Sabah Bakıda 30 dərəcə isti olacaq

Aprelin 29-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a bildirilib ki, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündüz 25-30 isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütun

28.04.2024 227
.

Toyda FACİƏ: Altı nəfərdən ibarət ailə yanaraq öldü

Hindistanda toyda baş verən yanğında bütöv bir ailənin üzvləri yanaraq ölüblər. Faciə Bihar ştatının Darbhanqa şəhəri yaxınlığındakı kənddə baş verib. Axşam dostlar və qohumlar yerli sakin Çhaqan Pasvanın nikah mərasiminə toplaşıblar. Təntənəli kortej toy yerinə çatdıqda, fişəngindən çıxan atəş qonaqları

28.04.2024 269
.

Xəzər rayonunda 45 yaşlı kişi öldürülüb, saxlanılan var

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdl

28.04.2024 144
.

Sahibə Qafarova: Fransa regionda sülhə xidmət etməyən yanaşma ortaya qoyur

Fransa regionda sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur. "Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Prezidenti Yakov Milatoviç ilə görüşündə Fransanın regionda gərginliyi artırmaq məqsədi daşıyan addımları barəd

28.04.2024 171
.

Bakıda restoranda yanğın olub: Üç nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Yasamal rayonunda restoranın çölündə quraşdırılmış bir ədəd kompressor yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Vurğulanıb ki, yanğın zamanı üç nəfər (restoranın işçiləri) tüstüdən zəhərlənib. Digər kompressorlar və restoran yanğından mühafizə olunub. Yanğı

28.04.2024 189
.

Sədərək rayonunda sursat partladı: Həlak olan mülki şəxslər dəfn ediliblər - FOTO/VİDEO

Sədərək rayonunda sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər dəfn ediliblər. "Report" xəbər verir ki, rayonun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-c

28.04.2024 365