"Onun yarısı" fəaliyyətini dayandırır

Zaur Baxşəliyev canlı yayımda verilişinin aqibətindən danışdı

"Azad Azərbaycan" Telekanalının (ATV) ən baxımlı evlilik proqramı -"Onun yarısı" fəaliyyətini dayandırır. Veriliş sentyabr ayından etibarən başqa formatda və məzmunda efirə gələcək.
"Qafqazinfo"nun məlumatına görə, bu barədə verilişin bugünkü canlı yayımında "Onun yarısı"nın layihə rəhbəri və aparıcısı Zaur Baxşəliyev açıqlama verib. Aparıcının sözlərinə görə, veriliş sabahkı son buraxılışından sonra məzuniyyətə çıxacaq. Avqust ayı ərzində proqramın təkrar yayımları nümayiş olunacaq. Sentyabr ayından isə daha fərqli və yeni layihəylə tamaşaçıları sevindirəcəklər: "Sentyabr ayından daha möhtəşəm layihəmizlə qarşınızda olacağıq. Tərbiyəvi, ibrətamiz, mükəmməl formatda olacaq bu layihəmiz inanırıq ki, hamının ürəyincə olacaq. "Onun yarısı"nın bütün yaradıcı heyətilə yeni layihəmizdə də sizləri ekrana cəlb edəcəyik".

Qeyd edək ki, Z. Baxşəliyev yeni layihə barədə tam açıqlama verməsə də, dediklərindən belə məlum olub ki, "Onun yarısı"na taliblərini axtarmaq üçün gələn, artıq ölkədə hamının tanıdığı bütün iştirakçılarını yeni mövsümdən ATV-nin yeni layihəsində görə biləcəyik.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli sentyabr ayından ölkədə yayımlanan evlilik proqramlarının yayımdan yığışdırılacağını açıqlamışdı. Artıq ANS-in "Toy olsun" verilişi ötən aydan məzuniyyətə çıxıb və deyilənlərə görə, bir daha efirə çıxmayacaq. "Onun yarısı"nı isə hansı aqibət gözləyəcəyi sentyabr ayında məlum olacaq.

mənbə: qafqazinfo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 14833   Tarix: 27 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877