Qəbələdə IV Beynəlxalq Musiqi Festivalı başlayır

Qəbələdə IV Beynəlxalq Musiqi Festivalı başlayırBu gündən avqustun 6-a qədər Qəbələdə IV Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Gün.Az xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə keçiriləcək festival dünya şöhrətli musiqiçi, SSRİ xalq artisti Müslüm Maqomayevin 70 illik yubileyinə həsr edilib.

Musiqi bayramında Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.

Festivala Böyük Britaniya, Rusiya, ABŞ, İtaliya, Sloveniya, İsveçrə, Fransa, Polşadan dünya şöhrətli dirijorlar, musiqiçilər və kollektivlər - London Filarmonik Orkestri, Yuri Başmet və "Moskva solistləri" kamera orkestri, "Tartini" kvarteti, Şarl Dütua, Boris Berezovski, Sergey Krılov, Dmitri Yablonski, Klaudio Vandelli, Qriqori Kovalevski, Françeska Patane, Marco Kinqari, Andrey Yaroşinski, Aleksandr Çaykovski, Michal Nesteroviç, Lisa de la Salle, Moyka Zlobko və başqalarının iştirakı gözlənilir.

Festivalda ölkəmizdən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Dövlət Xor Kapellası, Bakı Musiqi Akademiyasının kamera orkestri, xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Murad Hüseynov, Yeganə Axundova, Əvəz Abdullayev, Mənsum İbrahimov, Şükür Səmədov, əməkdar incəsənət xadimləri Fəxrəddin Kərimov, Azad Əliyev, Yalçın Adıgözəlov, əməkdar müəllim Tofiq Aslanov, əməkdar artistlər Gülnaz İsmayılova, Elcin Həşimov, Elnur Əhmədov, Sahib Paşazadə, Gülşən Ənnağıyeva, beynəlxalq müsabiqə laureatları Əyyub Quliyev, Fuad İbrahimov, Yusif Eyvazov, Adil Axundov, Azər Rzazadə, Fəridə Məmmədova, Səbinə Əsədova, istedadlı gənc solistlər, muğam ifaçıları və başqaları çıxış edəcəklər.

mənbə: qafqazinfo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2059   Tarix: 24 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mətanət Əsədova: "Üzümə gülüb can-can deyir, amma məni toylardan "vurdurur""

"Elə bir dövrdə yaşayırıq ki, feyk səhifələrdən yazanları 5 dəqiqə içində hüquq-mühafizə orqanları tapırlar. Bir müğənni var, məni görəndə üzümə gülüb can-can edir, amma sosial şəbəkələrdə pulnan adam tutub məni söydürür". -ın xəbərinə görə, bu fikirləri "Kanal S"də yayımlanan verilişlərdə

03.05.2024 362
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 29-a çatıb

Braziliyada güclü yağışlar zamanı daşqınlar nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 29-a, itkin düşənlərin sayı isə 60 nəfərə çatıb. Bu barədə Ştatın Mülki Müdafiə nazirliyi bəyanat yayıb. Açıqlamada qeyd edilib ki, yağışlar 154 qəsəbədə ciddi fəsadlar törədib. Daşqınları

03.05.2024 142
.

11-ci sinif şagirdi vəfat etdi

Xudatda məktəbli vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Hafiz Qubatov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. O, Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alırdı

03.05.2024 672
.

Dilan özünə qəsd edib

Həbsdə olan fenomen Dilan Polat özünə xəsarət yetirib. OLAY yazır ki, bununla bağlı Türk mediasında məlumatlar yayılıb. Bildirilib ki, sonuncu məhkəmədən sonra Dilan qolunu və ayaqlarını kəsib "Azadlığa çıxa bilməyəcəyəmsə, burada ölmək istəyirəm" dediyi öyrənilib

03.05.2024 842
.

"Azərbaycan vətəndaşları Şengen vizasının alınmasında maneələrlə üzləşirlər" - Turizm eksperti

"Şengen vizasının alınmasında ciddi qaydalar tələb olunur və Azərbaycan vətəndaşları həmin ölkələrə gedərkən maneələrlə üzləşirlər. Azərbaycan vətəndaşı Almaniya və ya Polşaya gedərkən saatlarla səfirliyin qarşısında dayanır,bəzi hallarda tamamilə imtina alır". Bu sözləri turizm eksperti Sami

03.05.2024 399
.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

03.05.2024 477
.

İran XİN rəhbəri və Livandakı səfir Tehran-Beyrut əlaqələrini müzakirə edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İranın Livandakı səfiri Müctəba Əmani Tehranda görüşərək iki ölkə arasındakı əlaqələri, həmçinin İsrailin Livana təcavüzünü müzakirə ediblər. xəbər verir ki, səfir baş diplomata Tehran-Beyrut münasibətlərinin son vəziyyəti barədə məlumat verib. Nazi

03.05.2024 226
.

İçərişəhərə giriş məhdudlaşdırılır

İçərişəhərdə keçiriləcək Milli Xalça Festivalı ilə əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu barədə -a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Qeyd edilib ki, məhdudlaşdırma mayın 3-dən 5-dək Qoşa Qala girişi, Kiçik Qal

03.05.2024 508
.

Türkiyə İsraillə bütün ticarəti dayandırıb

Türkiyə İsraillə bütün ticarəti dayandırıb. xəbər verir ki, bu barədə Bloomberg News məlumat yayıb. Ötən ay Türkiyə Qəzzadakı müharibə səbəbindən İsrailə ixracı məhdudlaşdırmışdı

03.05.2024 245