"Həyat yoldaşım məni oğlanlara qısqanır"
Məşhur türk şoumeni və prodüseri Acun Ilıcalının müsahibəsi
- Müsahibəyə sizi yaxından tanımaqla başlayaq.
- 1969-u ildə Ədirnədə dünyaya göz açmışam. Böyüklərimin dediyinə görə, çox yaramaz bir uşaq olmuşam, əsl küçə uşağı ... Məktəb də əlimdən qan ağlayırdı. Məndən iki yaş böyük Ömər adlı bir qardaşım var . Həm tərbiyəsi, həm də dərsləri ilə məktəbin birincilərindən, Ədirnədə İtalyan liseyinə daxil olan yeganə şagird idi. Ailəm məni də elə görmək istəyirdi.
- Qardaşınızla necə yola gedirdiniz?
- Bir-birimizin tam əksiyik. O, məktəbin birincisi, mən ən zəifi idim, o, evdə oturub dərs oxumağı sevirdi, mən isə küçədə dostlarımla oynamağı. O, hələ də muzeyləri gəzməyi xoşlayır, mən isə əyləncə məkanlarını. Tək ortaq cəhətimiz ikimizin də "Fənərbağça" azarkeşi olmağımızdır. İndi əvvəlki qədər çox mübahisə etmirik. Uşaqlığımda daha çox qardaşım olmasını arzulayırdım. Ən böyük qazancım litseydəki dostlarım oldu. Biz onlarla hələ də görüşürük. 20 il görüşdüyün dostun sonda qardaşın olur.
- Ailənizin arzularını yerinə yetirə bildinizmi?
- Bəli. Kadıköy Anadolu liseyinə daxil oldum. Amma nümunəvi şagird deyildim. Hər il payız imtahanına qalırdım. İngils dilini yaxşı bildiyimdən İstanbul Üniversiteti ingilis dili bölümünə daxil oldum. 19 yaşında da evləndim. Sonra qızım dünyaya gəldi. Qızım doğulduqdan 9 ay sonra da ailəmi itirdim, çətin illərim başladı. Ailəm Bodruma istirahətə gedirdilər. Qızım Banu da onların yanında idi. Maşını atam idarə edirdi. Yolda dəhşətli bir qəzanın qurbanı oldular. Qızım isə sağ qaldı. Amma bədənində 18 yerdən qırıq vardı. 4 ay sonra da əvvəlki sağlığına qovuşdu. Mənim üçün çox dəhşətli bir gün oldu. Qızımın sağlığına belə sevinə bilməmişdim. O qəzadan qızımın sağ çıxması bir möcüzə idi. Buna görə qızıma "möcüzə uşaq" deyirəm.
- Bu dəhşətli hadisədən sonra həyatınızda nələr dəyişdi?
- Bir il evdən bayıra çıxmadım, heç kimlə görüşmək istəmədim. Dostlarım evə gəlirdilər. Ancaq futbola baxırdıq. Mənim bu halıma həyat yoldaşım dözə bilmədi və boşanmaq istədiyini bildirdi. Boşandıq. Ailəmi qəzada itirməyim və boşanma məndə soyuqqanlılıq əmələ gətirdi. Hamının bir gün öləcəyini, həyatın mənasız olduğunu düşünərək ölümdən heç qorxmadan yaşamağa başladım. Gedib motosiklet aldım. Sonra böyük bir qəza oldu. Bir maşınla toqquşdum. O qəzada dostum həyatını dəyişdi. Mənim də sol qolum qırıldı. 36 tikişli bir əməliyyat keçirdim və qoluma platin taxıldı. Dəli kimiydim, elə bil quyuya düşmüşdüm.
- İlk qazancınız nə vaxt oldu?
- İlk pulu bazarda şortik sataraq qazandım. Daha doğrusu, sata bilmədim. Çünki hamısını atam aldı. İlk puluma da ozümə nəsə aldım, amma, nə aldığımı xatırlaya bilmirəm..
- Maddi çətinliyiniz olubmu?
- Olub. Bağdad küçəsində cins mağazam var idi, iflas etdim. Heç pulum olmadan 6 ay yaşadım. Şərtlər nə olursa, olsun özümü xoşbəxt edə bilirəm. Pulum yox idi deyə ozümü bədbəxt hiss etmirdim. Valideyinlərimin maddi vəziyəti yaxşıydı. Onları itirdikdən sonra ticarətdə də əlim gətirmədi. Bütün bunlara rəğmən, gələcək qorxum heç olmadı.
- Televiziayaya gəlişinizi necə xatırlayırsınız?
- İlk dəfə Kanal D-də stajor kimi işə başladım və burada 100 dollar maaş aldım. İki ay sonra çıxarıldım və bir neçə ay sonra məni yenidən işə qaytardılar. "Beşiktaş" klubunun müxbiri olduqdan sonra bir anda idmançılarla səmimi oldum, isti münasibətimiz, söhbətlərimiz baş tutdu və bundan sonra futbolçularla müsahibələr etdim. Və bir anda ulduzum parladı. Futbol maqazin proqramı həyatımın dönüş nöqtəsi oldu.
- "Varmısın, yoxmusun" kimi bir verlişi "Böyük təklif" adı altında bir müddət Halit Erqenç də apardı. Amma qısa bir zamanda bağlandı. Sizcə nədən?
- Mən Halit Erqençi bacarıqsız saymıram. Çox dəyərli və olduqca istedadlı aktyordur. Amma seriallarda oynayan aktyorların realiti-şou aparmaqlarına qarşıyam. Çünki tamaşaçılara çox inandırıcı gəlmirlər.
- Bir az da şəxsi hayatınızdan. İkinci həyat yoldaşınızla necə tanış oldunuz?
- Bağdat caddəsində cins mağazasında işləyəndə Zeynəb anasıyla birlikdə cins almaq üçün gəlmişdi. Mağazaya girər-girməz aşiq oldum. Anasının harda işlədiyi ilə maraqlandım. Anası da bu caddədə bir mağazanın müdiri idi. Yay tətili olduğundan Zeynəb də anasının yanında olurdu. Tanışlığımız 1993-cü ilə təsadüf edir, 2003-də evləndik.
- Həyat yoldaşınız sizi kimə qısqanır?
- Həyat yoldaşım məni qızlara yox, oğlanlara qısqanır. Çünki onlarla tez- tez görüşüb playstation oynayıram. Ümumiyyətlə, evə bağlı bir insanam. Evimdə uşaqlarımla yoldaşımla olmaq daha zövq verir. Gecə həyatlarını çox xoşlamaıram.
- Bir az qızlarınızdan danışaq.
- Bir yerə gedirik, insanlar mənimlə şəkil çəkdirirlər, onlar da atalarının tanınmış biri olduğunu hiss edirlər. Amma bunun üçün deyil, məni çox istədiklərindən hörmət edirlər. Bu da məni qürrələndirir. Mən nə desəm qanundur. Böyük qızım Beren Saat xəstəsidir. Ona söz vermişəm ki, bir gün mütləq səni Berenlə yeməyə aparacam. Amma yadımdan çıxır.
mənbə: xezerxeber.com
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










