"AzerGold" Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil etdi - Fotolar

"AzerGold" Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil etdi - Fotolar8 Noyabr - Zəfər Günü münasibətilə "AzerGold" QSC tərəfindən şəhid ailələrinin üzvlərinin iştirakı ilə Vətən müharibəsində qazanılmış tarixi qələbənin qeyd olunmasına və qəhrəmanlarımızın əziz xatirəsinin yad edilməsinə xidmət edən silsilə tədbirlər keçirilib.

BiG.AZ xəbər verir ki, tədbirlər çərçivəsində Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda qeydiyyatda olan şəhid ailələrinin üzvləri üçün paytaxt Bakıya ikigünlük səfər proqramı həyata keçirilib.

Səfər çərçivəsində şəhid ailələrinin üzvləri "AzerGold" QSC-nin rəhbərliyi və kollektivi ilə birlikdə Zəfər Muzeyini ziyarət ediblər. "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov şəhid ailələrinin üzvləri ilə görüşüb. Görüşdə şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının əhəmiyyətindən bəhs edilib. Bildirilib ki, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi və rifahının yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Şəhid ailələrinə göstərilən diqqət və qayğının cəmiyyətin hər bir üzvünün mənəvi borcu olduğu vurğulanıb, bu istiqamətdə həyata keçirilən təşəbbüslərin əhəmiyyəti qeyd edilib.

Zəfər Muzeyində qonaqlar Qarabağ və Şərqi Zəngəzurun qədim tarixinə, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi köklərinə, 44 günlük Vətən müharibəsinə, "Dəmir Yumruq" əməliyyatına və Şanlı Zəfərə həsr olunmuş ekspozisiyalarla tanış olublar. Şuşanın azad olunmasını, qəhrəmanlıq salnaməsini, 20 sentyabr 2023-cü il tarixində dövlət suverenliyimizin bərpasını, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan dirçəliş və quruculuq proseslərini əks etdirən materiallar qonaqların diqqətinə çatdırılıb.

İkigünlük proqram çərçivəsində qonaqlar, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazandığı tarixi Qələbənin simvollarından biri olan Hərbi Qənimətlər Parkında olublar. Şəhid ailələrinin üzvləri Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nümunələrini əks etdirən ekspozisiyalarla yaxından tanış olub, işğaldan azad edilmiş torpaqlarımızda aparılan döyüşlər, düşməndən qənimət götürülmüş hərbi texnika və eksponatlar barədə ətraflı məlumat əldə ediblər.
Səfər proqramı çərçivəsində şəhid ailələri üçün Nizami Kino Mərkəzində Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Kino Agentliyi və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gətirilmiş "44" bədii filminin nümayişi də təşkil olunub.

Qeyd edək ki, şəhid ailələrinə və müharibə iştirakçılarına dəstək "AzerGold" QSC-nin korporativ sosial məsuliyyət siyasətinin prioritet istiqamətlərindəndir. Cəmiyyət bu kateqoriyadan olan şəxslərin sosial rifahının yüksəldilməsi, məşğulluq imkanlarının genişləndirilməsi və mənəvi dəstəklə təmin olunması məqsədilə davamlı olaraq müxtəlif layihələr və təşəbbüslər, o cümlədən görüşlər həyata keçirir.

Hazırda "AzerGold" QSC-də, onun törəmə cəmiyyətlərində və uzunmüddətli podratçı şirkətlərdə ümumilikdə 350 şəhid ailəsi üzvü və müharibə iştirakçısı çalışır. Bununla yanaşı, onlar Cəmiyyətin həyata keçirdiyi təhsil, peşə hazırlığı və sosial dəstək layihələrinin əsas iştirakçılarıdır.

"AzerGold" QSC şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğının davamlılığını təmin etməklə, onların sosial rifahının yüksəldilməsinə, məşğulluq imkanlarının genişləndirilməsinə və cəmiyyətə inteqrasiyasına bundan sonra da töhfə verməyi hədəfləyir.

"AzerGold" Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil etdi - Fotolar"AzerGold" Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil etdi - Fotolar"AzerGold" Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil etdi - Fotolar"AzerGold" Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil etdi - Fotolar"AzerGold" Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil etdi - Fotolar"AzerGold" Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil etdi - Fotolar"AzerGold" Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil etdi - Fotolar"AzerGold" Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil etdi - Fotolar"AzerGold" Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil etdi - Fotolar"AzerGold" Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil etdi - Fotolar"AzerGold" Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil etdi - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 111   Tarix: 06 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

15:11 236
.

Əmlak bazarında qiymətlərin enməsi mümkündürmü?-AÇIQLAMA

"Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə differensiallaşması kimi qiymətləndirmək daha doğru olar. İlk növbədə, bir məqamı nəzər

12:12 239
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

14:48 325
.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

19:45 209
.

Dövlətin əsas qanunu - Konstitusiya

Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 31 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanı

11:47 234
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 252
.

Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

12:02 238
.

Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

15:36 275
.

Müstəqil dövlətimizin ilk Konstitusiyası

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü

12:18 253
.