Zubir "Qarabağ"a qayıdır? - RƏSMİ
Səudiyyə Ərəbistanının "Əl-Uruba" klubuna keçidi baş tutmayan Abdullah Zubirin yenidən "Qarabağ"da çıxış edəcəyi ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə bağlı "Qarabağ"ın mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, klubda Zubirlə bağlı hazırda hər hansı yeni məlumat yoxdur:
"Hazırda Zubirlə bağlı bizdə məlumat və yenilik yoxdur. Bizdən ayrılıb, hazırda da azad futbolçudur. İstənilən kluba da getmək variantı olan futbolçudur".
Xatırladaq ki, "Qarabağ"dan ayrılan Abdullah Zubirin Səudiyyə Ərəbistanının "Əl-Uruba" klubuna keçidi baş tutmayıb. Səudiyyə klubu maliyyə təminatı ilə bağlı tələbləri yerinə yetirə bilmədiyi üçün 34 yaşlı futbolçunun müqaviləsini qeydiyyatdan keçirə bilməyib. Nəticədə Zubir hazırda azad agent statusundadır.
Qeyd edək ki, Zubir "Qarabağ"ın heyətində 8 il çıxış edib. Fransalı futbolçu Ağdam təmsilçisinin formasında 379 oyuna çıxıb, 79 qol vurub və 96 məhsuldar ötürmə edib.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 441 Tarix: 09 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEdin Cekonun millidə son oyunu: Ulduz futbolçu ilə belə vidalaşdılar - Video
Bosniya və Herseqovina milli komandası tarixinin ən sərrast oyunçusu, hücumçu Edin Ceko yığmadakı karyerasına yekun vurub. xarici KİV-ə istinadən xəbər verir ki, İsveçlə oyunun 11-ci dəqiqəsində Bosniya və Herseqovina azarkeşləri Sarayevodakı stadionun yaxınlığında yerləşən binada milli komandada so
03.10.2026 429 İtaliyalı yarımmüdafiəçi Jorjinyo dopinq testindən keçə bilməyib
Braziliyanın "Flamenqo" klubunda çıxış edən italiyalı futbolçu Jorjinyo dopinq testindən keçə bilməyib. xəbər verir ki, bu barədə jurnalist Tiaqo Asmar sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, futbolçudan nümunə Libertadores Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonr
24.10.2026 188 "Formula 1": Azərbaycan Qran-prisinin qalibi bu gün bəlli olacaq
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bu gün yekun vurulacaq. Qaynarinfo xəbər verir ki, ilk olaraq "Formula 2"də ikinci əsas yarış keçiriləcək. Sonra "Formula 1"də qalibin adına aydınlıq gələcək. Beləliklə, Bakıdakı Qran-priyə yekun vurulacaq. Qeyd edək ki, ötən gü
26.09.2026 337 Çempionlar Liqası: "Sabah" Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin II turunda Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda
20.10.2026 383 Ronaldu Portuqaliya millisindən uzaqlaşdırıldı
Portuqaliya Futbol Federasiyası Kriştianu Ronaldunun milli komandanın düşərgəsini icazəsiz tərk etməsindən sonra məşhur futbolçuya qarşı avtomatik diskvalifikasiya qərarı tətbiq edib. xəbər verir ki, bu barədə Britaniyanın "The Mirror" nəşri məlumat yayıb. Qeyd olunur ki, qaydalarına əsasən
10.10.2026 449 FIFA U-15 Dünya Çempionatı və Festivalının ilk iştirakçısı Azərbaycana gəlib - Foto
Oktyabrın 22-də Bakıda start götürəcək və futbol tarixində ilk dəfə təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalının iştirakçıları paytaxtımıza gəlməyə başlayıblar. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, turnir çərçivəsində Bakıya gələn ilk kollektiv artıq Azərbaycandadır
20.10.2026 420 Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazanıb
Azərbaycan cüdoçusu Könül Əliyeva Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib. "Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda çilidən olan Mari Di Varqas Leyi məğlub edib. K.Əliyevanın növbəti rəqibi rusiyalı Sabina Giliazova olacaq. Qeyd edək ki
04.10.2026 443 Batrakov "Barselona"ya təklif olunubmuş
1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind
18.10.2026 412 Qazaxıstan Şahmat Federasiyasının rəhbəri FIDE-nin prezidenti seçilib
Qazaxıstan Şahmat Federasiyasının rəhbəri Timur Turlov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti seçilib. Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir. T.Turlov FIDE-nin Səmərqənddə keçirilən Baş Assambleyasında qurumun rəhbəri seçilib. Qeyd edək ki, FIDE-yə 2018-c
26.09.2026 357