Əməliyyatdan sonra fizioterapiyaya nə vaxt başlamaq olar?- Həkimdən vacib açıqlama

Əməliyyatdan sonra fizioterapiyaya nə vaxt başlamaq olar?- Həkimdən vacib açıqlamaFizioterapiya müasir tibbdə xəstəliklərin müalicəsi ilə yanaşı, reabilitasiya və profilaktika prosesində də mühüm rol oynayan istiqamətlərdən biridir. Müxtəlif fiziki amillərdən istifadə etməklə orqanizmin funksional imkanlarının bərpasına, ağrı və digər narahatlıqların azalmasına, hərəkət qabiliyyətinin yaxşılaşdırılmasına və həyat keyfiyyətinin yüksəldilməsinə töhfə verir.

Fizioterapevtik üsullar müxtəlif yaş qruplarında və fərqli xəstəliklər zamanı tətbiq oluna bilər. Lakin fizioterapiya prosedurlarının seçilməsi və tətbiqi fərdi yanaşma, xəstənin ümumi vəziyyətinin, əsas və yanaşı xəstəliklərinin nəzərə alınmasını tələb edir. Xüsusilə əməliyyatlardan sonrakı bərpa dövründə, yaşlı insanlarda və hərəkətsiz həyat tərzi keçirən şəxslərdə düzgün planlaşdırılmış fizioterapiya və fiziki aktivlik xüsusi əhəmiyyət daşıyır.

Fizioterapiyanın məqsədləri, müxtəlif xəstəliklərdə tətbiq imkanları, yaşlı insanlarda fiziki aktivliyin əhəmiyyəti, əməliyyatdan sonra reabilitasiyaya nə zaman başlanılması və fizioterapiya seansları zamanı diqqət edilməli məqamlarla bağlı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevti Ülviyyə Mikayılzadənin fikirlərini təqdim edirik.

- Fizioterapiyanın məqsədi nədir?

- Fizioterapiya - tibbin bir sahəsi olub, təbii və süni (preformalaşdırılmış) fiziki amillərin orqanizmə təsirini öyrənən elmdir. Orqanizmin mühafizə funksiyalarının artırılması və immunobioloji sistemlərin tənzimlənməsi məqsədilə tətbiq olunur və müalicəvi, həm də profilaktik istiqamətdə geniş istifadə edilir.
Fizioterapiya təbii və süni müalicəvi amillərin orqanizmə təsiri nəticəsində yaranan dəyişiklikləri öyrənən elm sahəsidir. Müxtəlif fiziki amillərin orqanizmə təsirini fotobiologiya, elektromaqnitobiologiya, bioklimatologiya və ekologiya kimi elmlər araşdırır. Fizioterapiyanın bir qolu olan kurortologiya isə kurort amillərini və onların müalicəvi təsirini öyrənir.
- Fizioterapiya hansı xəstəliklərdə istifadə olunur?

- Müasir fizioterapiyanın tətbiq sahələri çox genişdir. Bu gün təbabətin elə bir sahəsi yoxdur ki, orada fizioterapevtik üsullar istifadə edilməsin. Əvvəllər fizioterapiya yalnız xroniki xəstəliklərdə tətbiq olunurdusa, hazırda müalicə, reabilitasiya, profilaktika, həm də diaqnostika məqsədilə geniş istifadə edilir. Müalicəvi məqsədlə yarımkəskin və xroniki gedişatlı bir çox terapevtik, nevroloji, pediatrik, kardioloji və pulmonoloji xəstəliklərdə bu fiziki amillərdən faydalanırıq. Son illərin inkişafı sayəsində artıq bəzi xəstəliklərin kəskin mərhələsində, hətta onkoloji pasiyentlərdə də seçici yanaşma əsasında xüsusi bərpa proqramları tətbiq edə bilirik.
Lakin burada bir məqam var: hər xəstəyə müalicə təyin etmək xüsusi dəqiqlik tələb edir. Pasiyentlərə fizioprosedurlar yalnız müəyyən müayinələrdən sonra təyin olunmalıdır. Məsələn, ultrabənövşəyi şüalar biodozimetriyadan, elektrostimulyasiya elektrodiaqnostikadan, içməli mineral sular isə mədənin turşuluq səviyyəsi öyrənildikdən sonra verilir.

- Fizioterapiya hansı yaş qruplarında tətbiq olunur?

- Fizioterapiyada qızıl qaydalardan biri fərdi yanaşmadır. Xəstənin cinsi, yaşı, orqanizminin həssaslığı, əsas və yanaşı xəstəlikləri nəzərə alınır. Xüsusilə yaş amili çox vacibdir. İstifadə edəcəyimiz metodun intensivliyi, dozası və müddəti yaşa görə dəyişir. Məsələn, qalvanizasiya və elektroforez hətta ilk 1-2 aylıq körpələrə də tətbiq oluna bilər, ultrasəs 2-3 yaşdan sonra, induktotermiya isə 5 yaşından sonra məsləhət görülür. Beləliklə, prosedurları körpənin ilk günlərindən başlayaraq yaşlı insanlara qədər hər kəsə fərdi proqramla tətbiq etmək mümkündür. Bu zaman mütləq sinir və ürək-damar sisteminin vəziyyəti nəzərə alınır.
Fizioterapiyanın effektivliyi xəstənin bioritmindən də çox asılıdır. Müayinələr göstərir ki, simpatik sinir sistemi üstünlük təşkil edən xəstələrdə müalicəyə cavab reaksiyası səhər saatlarında, parasimpatik sistem üstün olanlarda isə günün ikinci yarısında daha yaxşı ola bilər.

- Yaşlılarda fiziki aktivliyin rolu nədir?

- Yaşlı insanlarda fiziki aktivlik gün rejiminə uyğun şəkildə planlaşdırılmalıdır. Açıq havada piyada gəzintilər, yüngül idman və dozalanmış məşqlər çox faydalıdır. Əsas məqsəd ürək-damar və tənəffüs sisteminin funksiyasını yaxşılaşdırmaq, oynaqları və əzələləri tonusda saxlamaqdır. Bu zaman xəstəliklər nəzərə alınmalı və fiziki aktivlik həkim nəzarəti ilə dozalanmalıdır. Araşdırmalar da göstərir ki, fiziki aktiv olan insanlarda ürəyin işemik xəstəliyinə daha az rast gəlinir.
Bundan əlavə, fiziki aktivliyin psixoloji təsiri də var. Müntəzəm hərəkət edən insanlarda əhval-ruhiyyə yaxşılaşır, stress və gərginlik azalır, yuxu düzəlir. Gündəlik həyatdakı sadə vərdişlər belə böyük fərq yaradır. Məsələn, imkan varsa, liftdən istifadə etməyib pilləkənlə qalxmaq orqanizmə faydalıdır. Ən vacibi isə odur ki, fiziki aktivlik yaşlı insan üçün müvəqqəti müalicə deyil, bir həyat tərzi olmalıdır.

- Cərrahiyyə əməliyyatından neçə gün sonra fizioterapiyaya başlanılmalıdır?

- Bu müddət hər xəstədə fərqli olur. Çünki əməliyyatın növü, həcmi, xəstənin damar və sinir sisteminin vəziyyəti fərqli ola bilər. Əsas məqsədimiz xəstəni tez bir zamanda ayağa qaldırmaq, əmək qabiliyyətini bərpa etməkdir. Bu səbəbdən müalicəvi bədən tərbiyəsi, fizioterapiya, hətta psixoloji dəstək əməliyyatdan sonrakı bərpa mərhələsində mütləq yer almalıdır.
Adətən artıq əməliyyatın ikinci günündən müalicəvi bədən tərbiyəsinə, xüsusən də tənəffüs məşqlərinə başlayırıq. Bu ilk mərhələ təxminən 7-10 gün davam edir və ehtiyac olarsa, inhalyasiya və aeroterapiya ilə də dəstəklənir. 7-10 gün keçdikdən sonra məşqlərlə yanaşı yüngül masaj, lazer və maqnitoterapiya qoşula bilər. Üçüncü həftədən, yəni 20-21-ci günlərdən etibarən isə elektromaqnit sahəsi, elektroforez kimi prosedur növlərinə keçirik. Bir-iki aydan sonra isə artıq 4 kameralı vannalar və elektrostimulyasiya kimi daha dərin bərpaedici prosedurları təyin edə bilirik.

- Hərəkətsiz həyat tərzinin qarşısını almaq üçün nə tövsiyə edərdiniz?

- Hərəkət, düzgün qidalanma və aktiv idman doğrudan da həyat keyfiyyəti göstəricilərinə təsir edir. Hərəkətsiz qaldıqda isə insanın həm emosional vəziyyəti, həm də ürək-damar və endokrin sistemi bundan əziyyət çəkir. Buna görə də gündəlik həyatımızda açıq hava gəzintilərinə, su prosedurlarına və müalicəvi idmana mütləq yer ayırmalıyıq. Eyni zamanda qidalanmaya diqqət etmək - menyunu təkcə bir növ yeməklə məhdudlaşdırmayıb, vitamin və minerallarla zəngin meyvə-tərəvəzlərə üstünlük vermək lazımdır. Əlbəttə ki, il ərzində vaxtaşırı terapevt, kardioloq və endokrinoloq müayinəsindən keçməyi unutmamalıyıq.

- Fizioterapiya seansından sonra nələrə diqqət edilməlidir?

- Pasiyentlər bu seansları kurs şəklində qəbul edirlər. Burada əsas şərt həkimin təyin etdiyi ardıcıllığa dəqiqliklə riayət etməkdir. Prosedurdan sonra hansısa narahatlıq, ürəkdöyünmə, hərarətin qalxması, tətbiq olunan nahiyədə qızartı, şişkinlik və ya ağrı hiss olunarsa, gözləmədən dərhal həkimə məlumat verilməlidir.
Çox vaxt xəstələrimiz fizioterapiyanı çox rahat keçirirlər. Bu prosedurlar sinir sistemini tənzimləyir, qan dövranını və dayaq-hərəkət aparatını yaxşılaşdırır. Allergik və ya toksik təsirinin olmaması, orqanizmə kompleks təsiri pasiyentlərin davamlı müalicəsində öz effektini göstərir.
Xəstəliyin gedişatından asılı olaraq seanslar hər gün, günaşırı və ya həftədə iki dəfə təyin edilir. Burada əsas məqam odur ki, müalicə ərəfəsində seanslar arasında uzun fasilələr vermək olmaz.
Sonda onu da qeyd edim ki, müalicə kursu bitdikdən sonra təkrar fizioterapiyaya ehtiyac olarsa, palçıq müalicəsinə 5-6 ay, balneoloji müalicəyə 4 ay, elektroterapiyaya isə 2-3 aydan sonra yenidən müraciət etmək olar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 106   Tarix: 31 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Övladınız "Sən mənim həyatımı məhv etdin" deyirsə, belə cavab verin

Yetkin övladdan "sən mənim həyatımı məhv etdin" sözlərini eşitmək valideyn üçün olduqca ağır ola bilər. Belə vəziyyətdə valideynlər çox vaxt ya özlərini müdafiə etməyə, ya üzr istəməyə, ya da qəzəblə cavab verməyə başlayırlar. Psixoloqlar isə başqa yanaşma təklif edirlər. xarici mediaya istinadə

20:00 101
.

Məşhur aktyor bacısının toyuna niyə getmədi?

Türkiyəli məşhur aktyor Burak Özçivit bacısı Burçun Özçivitin toyunda iştirak etməməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. xəbər verir ki, aktyor yazılan mənfi şərhlər səbəbindən sosial şəbəkə hesabında sərt paylaşım edib. O bildirib ki, bütün ailə xoşbəxt olduğu halda yeni evlənən cütlüyü

18:15 182
.

İsrail və Yunanıstandan 3 milyard avroluq hərbi saziş - Şərqi Aralıq dənizində nə dəyişir? - POLİTOLOQDAN AÇIQLAMA

İsrail və Yunanıstan arasında hərbi əməkdaşlığın yeni mərhələsi başlayıb. İki ölkə arasında təxminən 3 milyard avro dəyərində "Aşil Qalxanı" adlı böyük müdafiə sazişi imzalanıb. Razılaşmaya əsasən, İsrail Yunanıstanda müxtəlif təhdidlərə qarşı nəzərdə tutulan çoxqatlı hava hücumundan müdafi

16:32 343
.

İstehlak kreditlərinin artmasının əsas səbəbləri nələrdir?

"İstehlak kreditlərinin həcminin artmasının əsas səbəblərindən biri əhalinin gündəlik xərcləri ilə gəlirləri arasında yaranan fərqdir. İnsanların mənzil, avtomobil, məişət texnikası, təhsil, səhiyyə və digər ehtiyaclarını qarşılamaq üçün böyük məbləğə ehtiyacı yarandıqda, həmin vəsaiti uzun müddə

12:23 183
.

Əməliyyatdan sonra fizioterapiyaya nə vaxt başlamaq olar?- Həkimdən vacib açıqlama

Fizioterapiya müasir tibbdə xəstəliklərin müalicəsi ilə yanaşı, reabilitasiya və profilaktika prosesində də mühüm rol oynayan istiqamətlərdən biridir. Müxtəlif fiziki amillərdən istifadə etməklə orqanizmin funksional imkanlarının bərpasına, ağrı və digər narahatlıqların azalmasına, hərəkət qabiliyyətini

19:45 105
.

Bu ölkədə 20 min işçi axtarılır: Maaş 9 min avrodur

İsveçrə tikinti sektorunda ciddi işçi çatışmazlığı ilə üzləşib. Ölkədə hazırda 20 mindən çox boş iş yerinin olduğu bildirilir. Ən çox daş ustalarına və tikinti üzrə iş rəhbərlərinə ehtiyac var. xəbər verir ki, məlumata görə, kadr çatışmazlığının əsas səbəblərindən biri demoqrafik dəyişikliklərdir. Tikint

18:30 157
.

İsrail Yunanıstanla 3,5 milyard dollarlıq hava hücumundan müdafiə müqaviləsi imzalayıb

İsrail və Yunanıstan bazar ertəsi günü 3 milyard avro (3,5 milyard dollar) dəyərində müdafiə müqaviləsi imzalayıblar. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu müqaviləyə əsasən, İsrail Afinanın daha geniş hərbi modernləşdirmə proqramını davam etdirdiyi bir vaxtda Yunanıstan üçün çoxqatlı hava hücumunda

15:19 236
.

"Leobank" şikayət:" Kreditimi bağlamışam, amma tətbiqdən silinmir"

Şikayətim "Leobank"dandır. Avqust ayında kredit məbləği tam bağladığım halda tətbiqdə silinmir. xəbər verir ki, bu barədə sözügedən bankın müştərisi Həsənov Cümşüd sosial şəbəkədə yazıb. O bildirib ki, müraciətlərinə də baxılmır:. "Sorğu yaratdılar, avqustun 21-nə çəkdi, sonra uzatdıla

20:15 86
.

58 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR

Bakıda 58 yaşlı qadın "AZZA" şirniyyat şəbəkəsinin mağazasından alınan şirniyyatdan zəhərlənib. xəbər verir ki, bu barədə zərərçəkmişin oğlu Miri Tağıyev "Unikal"a məlumat verib. Onun sözlərinə görə, avqustun 30-da tort və şirniyyatları "AZZA" şirniyyat şəbəkəsinin Sabunç

20:30 47
.