ABŞ-da rahat yaşamaq üçün nə qədər qazanmaq lazımdır? - Ştatlar üzrə MƏBLƏĞLƏR

ABŞ-da rahat yaşamaq üçün nə qədər qazanmaq lazımdır? - Ştatlar üzrə MƏBLƏĞLƏRYeni araşdırma ABŞ-ın müxtəlif ştatlarında xərcləri qarşılamaq, pul yığmaq və ciddi maliyyə məhdudiyyətləri olmadan yaşamaq üçün nə qədər gəlirə ehtiyac olduğunu müəyyənləşdirib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, "SmartAsset" maliyyə texnologiyaları şirkətinin araşdırmasına əsasən, ABŞ-da tək yaşayan bir yetkin şəxsin rahat həyat sürməsi üçün illik gəliri 100 min dollardan çox olmalıdır.

Araşdırmaya görə, bir nəfərin rahat yaşaması üçün tələb olunan minimum illik gəlir təxminən 80 min dollardan başlayır.

Hesablamalar "50/30/20" büdcə qaydasına əsaslanır. Bu modelə görə, gəlirin 50 faizi əsas ehtiyaclara, 30 faizi əlavə xərclərə, 20 faizi isə yığıma ayrılır. Hesablamalarda Massaçusets Texnologiya İnstitutunun (MIT) yaşayış xərcləri üzrə məlumatlarından da istifadə olunub.

Araşdırmaya görə, iki işləyən yetkin və iki uşaqdan ibarət ailə üçün ən bahalı ştat Massaçusetsdir. Belə bir ailənin rahat yaşaması üçün ildə 329 555 dollar gəlir əldə etməsi tələb olunur. Tək yaşayan bir yetkin şəxs üçün isə bu göstərici 127 213 dollar təşkil edir.

Tək yaşayan şəxslər baxımından Havay daha bahalıdır. Burada rahat həyat üçün illik gəlirin təxminən 129 002 dollar olması lazımdır. Boston şəhərində isə bir nəfərin rahat yaşaması üçün təxminən 140 min dollar, dörd nəfərlik ailənin isə 337 875 dollar illik gəlirə ehtiyacı var.

Kaliforniya dörd nəfərlik ailənin rahat yaşaması üçün illik 300 min dollardan çox gəlir tələb olunan üçüncü ştat olub. Araşdırmaya əsasən, ABŞ ştatlarının əksəriyyətində dörd nəfərlik ailənin rahat yaşayışı üçün tələb olunan illik gəlir 200 min dolları keçir.

Cənub və Orta Qərb ştatlarında vəziyyət fərqlidir. Dörd nəfərlik ailələr üçün ən əlverişli ştat Missisipi hesab olunub. Burada iki işləyən valideyn və iki uşaqdan ibarət ailəyə rahat həyat üçün ildə təxminən 187 533 dollar lazımdır. Tək yaşayan şəxslər üçün isə ən ucuz ştat Qərbi Virciniyadır. Burada tələb olunan illik gəlir təxminən 81 min dollar təşkil edir.

Araşdırmada iqtisadi əlçatanlıq göstəricisi də nəzərə alınıb. Bu göstərici rahat həyat üçün tələb olunan gəlirlə ştatda faktiki orta qazanc arasındakı fərqi göstərir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 813   Tarix: 31 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Respublikasının Dövlət Bayrağı qürur mənbəyimizdir

Bayraq sevgisi vətən sevgisidir. Bayrağına və dövlətçiliyinə sahib çıxan xalqlar heç zaman başqalarının zülmü altına düşmürlər. Prezident İlham Əliyev deyib: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir". 2020-ci il sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistanı

11:20 204
.

Trampdan iki həftə ilə bağlı açıqlama: "Çox şey görəcəksiniz"

ABŞ Prezidenti Donald Tramp növbəti iki həftə ərzində bir sıra tədbirlər elan edəcəyini bildirib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Amerika lideri jurnalistlərə açıqlamasında deyib: "Növbəti bir-iki həftə ərzində çox şey görəcəksiniz. Planlaşdırdığımız çoxsayl

10:38 187
.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

16:37 120
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyin simvoludur

Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Hər bir Azərbaycan vətəndaşı dövlət bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bun

11:17 211
.

Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. "Azərsu

15:59 241
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi

11:44 220
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

14:06 203
.

Şənbə günü yağış yağacaq

Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl

12:48 192
.

Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!

Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir

12:18 223
.