"ŞƏT-in formalaşdığı dövrdən bu günə qədər dünya siyasətində ciddi dəyişikliklər baş verib" - BƏHRUZ QULİYEV

"ŞƏT-in formalaşdığı dövrdən bu günə qədər dünya siyasətində ciddi dəyişikliklər baş verib" - BƏHRUZ QULİYEV"Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən sammiti 2026-cı ilin mühüm beynəlxalq siyasi hadisələrindən biri kimi diqqət çəkir. Avqustun 31-dən sentyabrın 1-dək Qırğızıstanın paytaxtında təşkil olunan görüşdə müxtəlif qitələri və siyasi-iqtisadi mərkəzləri təmsil edən dövlətlərin liderləri bir araya gəlir. Sammitdə 17 ölkənin rəhbərinin, eləcə də BMT-nin Baş katibi Antonio Quterreşin iştirakı nəzərdə tutulur". Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
"ŞƏT-in formalaşdığı dövrdən bu günə qədər dünya siyasətində ciddi dəyişikliklər baş verib" - BƏHRUZ QULİYEVEkspert qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu mötəbər tədbirdə iştirakı isə ölkəmiz baxımından xüsusi siyasi əhəmiyyət daşıyır. Çünki Azərbaycan son illərdə yalnız Cənubi Qafqazın deyil, daha geniş Avrasiya məkanının siyasi, iqtisadi və nəqliyyat proseslərində fəal iştirak edən dövlətlərdən birinə çevrilib.
"ŞƏT-in formalaşdığı dövrdən bu günə qədər dünya siyasətində ciddi dəyişikliklər baş verib. Təşkilat ilkin mərhələdə əsasən təhlükəsizlik və regional sabitlik məsələlərinə diqqət yetirirdisə, sonrakı illərdə onun gündəliyi əhəmiyyətli dərəcədə genişlənib. Bu gün ŞƏT çərçivəsində təhlükəsizliklə yanaşı, iqtisadiyyat, enerji, nəqliyyat, ticarət, rəqəmsal texnologiyalar, ekologiya, humanitar əlaqələr və regional inkişaf kimi məsələlər müzakirə olunur.Təşkilatın genişlənən coğrafiyası onun beynəlxalq sistemdəki çəkisini də artırıb.

Çin, Rusiya, Hindistan, İran, Pakistan və Mərkəzi Asiyanın dövlətlərini bir araya gətirən bu platformada müxtəlif siyasi baxışlara və iqtisadi maraqlara malik ölkələr dialoq aparırlar.Məhz bu xüsusiyyət ŞƏT-i müasir beynəlxalq münasibətlər sistemində diqqətçəkən çoxtərəfli platformalardan birinə çevirir. Azərbaycanın ŞƏT-lə münasibətləri son illərdə xüsusi dinamika qazanıb. Prezident İlham Əliyevin müxtəlif illərdə təşkilatın toplantılarında və "ŞƏT plyus" formatında keçirilən görüşlərdə iştirakı Azərbaycanın bu platformaya verdiyi əhəmiyyətin göstəricisidir. Azərbaycanın İqtisadiyyat Nazirliyinin məlumatlarına görə, Prezident İlham Əliyev 2025-ci ildə Çinin Tyantszin şəhərində keçirilən ŞƏT sammiti çərçivəsində "ŞƏT plyus" formatında görüşdə iştirak edib. Bu ardıcıllıq göstərir ki, Azərbaycan ŞƏT-i yalnız regional təhlükəsizlik məsələlərinin müzakirə olunduğu platforma kimi nəzərdən keçirmir.

Bakı üçün təşkilat həm də iqtisadi əməkdaşlıq, nəqliyyat bağlantıları, enerji, investisiya və Asiya ilə Avropa arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli imkanlar təqdim edir. Azərbaycanın xarici siyasətində əsas xüsusiyyətlərdən biri müxtəlif siyasi və iqtisadi mərkəzlərlə qarşılıqlı faydaya əsaslanan münasibətlərin inkişaf etdirilməsidir. ŞƏT də bu çoxşaxəli diplomatiyanın mühüm istiqamətlərindən biridir" - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 760   Tarix: 31 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Üçrəngli bayraq bizim tariximiz və şərəfimizdir

Hər bir dövlətin bayrağı ona doğmadır. Azərbaycanın üçrəngli bayrağı da xalqımız üçün müqəddəsdir. Tarix boyu müsəlman dünyasında böyük qələbələr qazanıldıqdan sonra bayrağı ucaldıb və öpərək ehtiram göstəriblər. Azərbaycan da 1918-ci ildə müsəlman Şərqində ilk cümhuriyyəti elan etdikdən sonra 1918-c

11:35 221
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

15:11 155
.

Paşinyan Ermənistanın Avropa İttifaqı ilə bağlı planlarını açıqladı

Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiyası üçün Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaqdan başqa yolu yoxdur. xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Paşinyan qeyd edib ki, hazırda AİB-dən çıxmaqdan başqa alternativ yoxdur. Onun sözlərinə görə, Ermənistan 2027-2028-c

11:31 180
.

Trampdan iki həftə ilə bağlı açıqlama: "Çox şey görəcəksiniz"

ABŞ Prezidenti Donald Tramp növbəti iki həftə ərzində bir sıra tədbirlər elan edəcəyini bildirib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Amerika lideri jurnalistlərə açıqlamasında deyib: "Növbəti bir-iki həftə ərzində çox şey görəcəksiniz. Planlaşdırdığımız çoxsayl

10:38 187
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov

11:29 206
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı qürur mənbəyimizdir

Bayraq sevgisi vətən sevgisidir. Bayrağına və dövlətçiliyinə sahib çıxan xalqlar heç zaman başqalarının zülmü altına düşmürlər. Prezident İlham Əliyev deyib: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir". 2020-ci il sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistanı

11:20 204
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 223
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

17:07 46
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

17:15 0
.