Azərbaycanın Avrasiya siyasətində yeni mərhələ: ŞƏT platforması və Bakı
"Azərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün Qırğızıstana səfəri Avrasiya geosiyasi məkanında baş verən dəyişikliklər fonunda Azərbaycanın çoxvektorlu və balanslaşdırılmış xarici siyasət kursunun məntiqi davamıdır. Səfər Azərbaycanın dəyişən qlobal təhlükəsizlik və iqtisadi münasibətlər sistemində milli maraqlarını suveren şəkildə qorumaq və müxtəlif güc mərkəzləri ilə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək niyyətini nümayiş etdirir".
Bunu BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
O, qeyd edib ki, səfərin əsas məqsədlərindən biri Azərbaycanın ŞƏT-lə mövcud əlaqələrini daha da inkişaf etdirmək və bu platformanın yaratdığı siyasi-iqtisadi imkanlardan səmərəli istifadə etməkdir. ŞƏT-in dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına hörmət və daxili işlərə qarışmamaq kimi prinsipləri Azərbaycanın xarici siyasət prioritetləri ilə uzlaşır. Bu baxımdan Azərbaycanın Bişkek sammitində iştirakı Şərq və Avrasiya güc mərkəzləri ilə münasibətlərin hüquqi bərabərlik və qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir:
"Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər Çin, Rusiya və Mərkəzi Asiya dövlətləri ilə energetika, nəqliyyat, rəqəmsallaşma və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır. Xüsusilə nəqliyyat və logistika layihələri Azərbaycanın regional əhəmiyyətini daha da artırır.
Müasir beynəlxalq münasibətlər sistemində nəqliyyat dəhlizləri yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub marşrutlarının kəsişməsində yerləşməsi ölkəyə mühüm strateji üstünlüklər verir. Çinin "Bir Kəmər, Bir Yol" təşəbbüsü və Orta Dəhlizin inkişafı fonunda ŞƏT ölkələrinin Azərbaycanın tranzit infrastrukturundan daha fəal istifadə etməsi həm ölkənin iqtisadi imkanlarını genişləndirir, həm də onun Avrasiya nəqliyyat sistemindəki rolunu gücləndirir.
Azərbaycanın Mərkəzi Asiya ilə tarixi, mədəni və siyasi əlaqələrinin möhkəmlənməsi də bu prosesin mühüm hissəsidir. Bakı həm Türk Dövlətləri Təşkilatı, həm də ŞƏT çərçivəsində əməkdaşlıq imkanlarından istifadə etməklə müxtəlif regional platformalar arasında əlaqələrin inkişafına töhfə verə bilər.
Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri müxtəlif güc mərkəzləri ilə balanslı münasibətlər qurmasıdır. Bakı hər hansı hərbi-siyasi blokun daxilində yer almaqdan daha çox, müxtəlif tərəflərlə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığa üstünlük verir. Bu yanaşma Azərbaycanın Avrasiyanın geniş iqtisadi və nəqliyyat imkanlarından milli inkişaf naminə yararlanmasına şərait yaradır.
Bu baxımdan Prezident İlham Əliyevin Qırğızıstana səfəri Azərbaycanın Avrasiya məkanında yalnız prosesləri izləyən deyil, sülh, sabitlik, iqtisadi əməkdaşlıq və nəqliyyat inteqrasiyasının formalaşmasında fəal iştirak edən strateji dövlət kimi mövqeyini bir daha nümayiş etdirir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 801 Tarix: 31 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan Respublikasının Dövlət Bayrağı qürur mənbəyimizdir
Bayraq sevgisi vətən sevgisidir. Bayrağına və dövlətçiliyinə sahib çıxan xalqlar heç zaman başqalarının zülmü altına düşmürlər. Prezident İlham Əliyev deyib: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir". 2020-ci il sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistanı
11:20 204 Trampdan iki həftə ilə bağlı açıqlama: "Çox şey görəcəksiniz"
ABŞ Prezidenti Donald Tramp növbəti iki həftə ərzində bir sıra tədbirlər elan edəcəyini bildirib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Amerika lideri jurnalistlərə açıqlamasında deyib: "Növbəti bir-iki həftə ərzində çox şey görəcəksiniz. Planlaşdırdığımız çoxsayl
10:38 187 Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
16:37 120 Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyin simvoludur
Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Hər bir Azərbaycan vətəndaşı dövlət bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bun
11:17 211 Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. "Azərsu
15:59 241 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi
11:44 220 Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
14:06 203 Şənbə günü yağış yağacaq
Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl
12:48 192 Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!
Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir
12:18 223