Azərbaycanın ŞƏT-də artan rolu: Bakı Avrasiyanın mühüm bağlantı nöqtəsinə çevrilir
Avqustun 31-dən sentyabrın 1-dək Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25 illik yubiley sammiti keçiriləcək. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan da daxil olmaqla bir sıra ölkələrin liderləri iştirak edəcəklər. Tədbirdə regional təhlükəsizlik, beynəlxalq hüquq, nəqliyyat dəhlizləri və rəqəmsal əməkdaşlıq kimi məsələlərin müzakirəsi gözlənilir.
2001-ci ildə yaradılan ŞƏT ötən müddətdə coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirərək Avrasiyanın mühüm siyasi, iqtisadi və təhlükəsizlik platformalarından birinə çevrilib. Çin, Rusiya, Hindistan, İran, Pakistan və Mərkəzi Asiya ölkələrinin təmsil olunduğu təşkilatın genişlənən coğrafiyası Azərbaycanın da ŞƏT-ə marağını artıran əsas amillərdəndir.
Azərbaycan 2016-cı ildən ŞƏT-də dialoq tərəfdaşı statusuna malik olub. Prezident İlham Əliyev son illərdə təşkilatın Özbəkistan, Qazaxıstan və Çin sammitlərində fəxri qonaq qismində iştirak edib. 2025-ci ildə ŞƏT-də müşahidəçi və dialoq tərəfdaşı statuslarının "ŞƏT tərəfdaşı" adı altında birləşdirilməsi ilə Azərbaycanın təşkilatdakı statusu da dəyişib.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib ki, Azərbaycanın ŞƏT-lə əməkdaşlığa marağının əsas səbəblərindən biri onun strateji coğrafi mövqeyidir. Bakı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Bakı Limanı, dəmir yolu infrastrukturu, Bakı-Tbilisi-Qars xətti və Xəzər üzərindən daşımalar Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli iqtisadi resursa çevirib:
"Bu baxımdan Orta Dəhliz xüsusi əhəmiyyət daşıyır. Çin və Mərkəzi Asiyadan Avropaya daşınan yüklər üçün alternativ marşrutlara tələbatın artdığı bir dövrdə Azərbaycan mühüm tranzit həlqə kimi çıxış edir. Xüsusilə Mərkəzi Asiya dövlətlərinin Xəzər üzərindən Qərbə çıxışında Azərbaycanın rolu getdikcə artır. Bu isə Bakı ilə Çin, Qazaxıstan, Özbəkistan və digər region ölkələri arasında iqtisadi və nəqliyyat əməkdaşlığına əlavə strateji məna verir.
Son illərdə Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin sürətlə inkişaf etməsi də bu prosesin mühüm hissəsidir. Enerji, nəqliyyat, investisiya, logistika və rəqəmsal bağlantılar sahəsində qurulan əməkdaşlıq Bakının regiondakı iqtisadi mövqeyini gücləndirir.
Azərbaycanın digər üstünlüyü isə balanslı xarici siyasətidir. ŞƏT daxilində Çin və Rusiya kimi qlobal güclərlə yanaşı, Hindistan və Pakistan kimi arasında ciddi siyasi ziddiyyətlər olan dövlətlər, həmçinin müxtəlif milli maraqlara malik Mərkəzi Asiya ölkələri təmsil olunur. Bakı isə müxtəlif güc mərkəzləri ilə paralel şəkildə əməkdaşlıq quraraq çoxvektorlu siyasət yürüdür.
Bu baxımdan Azərbaycanın ŞƏT-də əsas məqsədi hər hansı siyasi blokun tərkibinə daxil olmaqdan daha çox, öz coğrafi və iqtisadi üstünlüklərindən istifadə edərək Avrasiya əlaqələrində mühüm bağlantı nöqtəsi kimi mövqeyini gücləndirməkdir.
Əslində, Azərbaycanın ŞƏT siyasətini bir cümlə ilə ifadə etmək mümkündür: Bakı yeni dünya düzənində hansı tərəfin yanında dayanacağını deyil, müxtəlif tərəfləri bir-birinə bağlayan hansı mövqedə dayanacağını müəyyənləşdirir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 720 Tarix: 31 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÜçrəngli bayraq bizim tariximiz və şərəfimizdir
Hər bir dövlətin bayrağı ona doğmadır. Azərbaycanın üçrəngli bayrağı da xalqımız üçün müqəddəsdir. Tarix boyu müsəlman dünyasında böyük qələbələr qazanıldıqdan sonra bayrağı ucaldıb və öpərək ehtiram göstəriblər. Azərbaycan da 1918-ci ildə müsəlman Şərqində ilk cümhuriyyəti elan etdikdən sonra 1918-c
11:35 221 MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
15:11 155 Paşinyan Ermənistanın Avropa İttifaqı ilə bağlı planlarını açıqladı
Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiyası üçün Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaqdan başqa yolu yoxdur. xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Paşinyan qeyd edib ki, hazırda AİB-dən çıxmaqdan başqa alternativ yoxdur. Onun sözlərinə görə, Ermənistan 2027-2028-c
11:31 180 Trampdan iki həftə ilə bağlı açıqlama: "Çox şey görəcəksiniz"
ABŞ Prezidenti Donald Tramp növbəti iki həftə ərzində bir sıra tədbirlər elan edəcəyini bildirib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Amerika lideri jurnalistlərə açıqlamasında deyib: "Növbəti bir-iki həftə ərzində çox şey görəcəksiniz. Planlaşdırdığımız çoxsayl
10:38 187 Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov
11:29 206 Azərbaycan Respublikasının Dövlət Bayrağı qürur mənbəyimizdir
Bayraq sevgisi vətən sevgisidir. Bayrağına və dövlətçiliyinə sahib çıxan xalqlar heç zaman başqalarının zülmü altına düşmürlər. Prezident İlham Əliyev deyib: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir". 2020-ci il sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistanı
11:20 204 Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd
11:38 223 Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb
17:07 46 Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
17:15 0