Bakı-Moskva münasibətlərində yeni sınaq: Söz artıq Rusiyanındır

Bakı-Moskva münasibətlərində yeni sınaq: Söz artıq RusiyanındırAzərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin qonaq evinin qarşısında naməlum şəxslər tərəfindən təxribat xarakterli şəkillər yerləşdirilib. Azərbaycan Xarici İşlər Nazirliyi insidenti kəskin şəkildə pisləyib və Rusiya tərəfini hadisəyə hüquqi qiymət verməyə çağırıb.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, ümumiyyətlə, Azərbaycanın Rusiya ilə hər hansı problemi yoxdur. Bakı münasibətlərin qarşılıqlı hörmət və praqmatik əməkdaşlıq əsasında davam etdirilməsində maraqlıdır. Azərbaycanın Rusiya-Ukrayna müharibəsinə yanaşması da prinsipial və birmənalıdır. Bakı bu müharibəni işğal xarakterli müharibə kimi qiymətləndirir, Ukraynanın ərazi bütövlüyünü və beynəlxalq hüquq çərçivəsində haqlı mövqeyini dəstəkləyir. Bununla belə, Azərbaycan Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalara qoşulmayıb və Qərbin bu ölkəyə qarşı təzyiq siyasətinin iştirakçısına çevrilməyib:

"Əslində, Azərbaycanın bu siyasəti həm Moskva, həm də Kiyev üçün kifayət qədər aydın mesajdır: Bakı tərəflərdən birinin siyasi düşməninə çevrilmək niyyətində deyil. Əksinə, Azərbaycan münasibətlərin normallaşdırılması və qarşılıqlı anlaşmanın əldə olunması üçün etibarlı dialoq platforması rolunu oynamağa hazırdır.

Lakin Bakının bütün bu yanaşmasına və xoş niyyətinə baxmayaraq, Rusiyada Azərbaycana qarşı təxribat xarakterli addımların ardı-arası kəsilmir.

Azərbaycan XİN-in son bəyanatında da bu məqam xüsusi vurğulanıb. Nazirlik bildirib ki, hadisənin Bakı-Moskva münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət etməsi ilə yanaşı, son dövrlərdə Rusiyanın bir sıra media resurslarında Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın tərkib hissəsi olması da istisna edilmir.

Bu, kifayət qədər ciddi mesajdır.

Çünki söhbət yalnız bir neçə naməlum şəxsin hazırladığı plakat və ya şəkillərdən getmir. Problem ondadır ki, belə təxribatlar Azərbaycana qarşı aqressiv ritorikanın gücləndiyi bir informasiya mühitində baş verir. Əgər media məkanında bir ölkəyə qarşı davamlı şəkildə təhqiramiz və düşmənçilik ritorikası formalaşdırılırsa, bunun küçədə təxribat şəklində ortaya çıxması artıq təsadüfi hadisə kimi qiymətləndirilə bilməz.

Təbii ki, konkret insidentin təşkilatçıları və motivləri araşdırılmalıdır. Azərbaycan tərəfinin Rusiyadan tələbi də məhz budur: hadisəyə hüquqi qiymət verilsin, məsul şəxslər müəyyənləşdirilsin və belə halların təkrarlanmasının qarşısı alınsın.

Əslində, Azərbaycanın Rusiyadan gözləntisi heç də qeyri-adi deyil. Hadisə Rusiyanın paytaxtında, Azərbaycan diplomatik nümayəndəliyinə məxsus obyektin qarşısında baş verib. Diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsi yerləşdiyi dövlətin birbaşa öhdəliyidir.

Azərbaycan XİN-in 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına istinad etməsi də məhz bununla bağlıdır. Bakı Moskvadan sadəcə "narahatlığımızı bölüşürük" tipli diplomatik açıqlama gözləmir. Azərbaycan konkret hüquqi tədbirlərin görülməsini və bu cür təxribatların qarşısının alınmasını tələb edir.

İstisna deyil ki, Moskva əvvəlki bəzi hallarda olduğu kimi, məsələnin üzərindən ümumi ifadələrlə keçməyə və insidenti ayrı-ayrı şəxslərin hərəkəti kimi təqdim etməyə çalışsın. Lakin belə yanaşma problemin həlli deyil. Əksinə, hər dəfə bu cür hadisələrin cavabsız qalması yeni təxribatlar üçün zəmin yaradır.

Bakı öz milli maraqlarını qorumaq iqtidarında olan, regional proseslərdə çəkisi artan və müxtəlif güc mərkəzləri ilə müstəqil siyasət yürüdən dövlətdir. Azərbaycanın Rusiya ilə münasibətləri qorumaq istəyi də zəiflikdən irəli gəlmir. Əksinə, bu, Bakının öz maraqlarını nəzərə alaraq məsuliyyətli və praqmatik siyasət yürütməsinin nəticəsidir.

Bakı münasibətlərin gərginləşməsində maraqlı deyil. Lakin bu, Rusiyada Azərbaycana qarşı istənilən təxribatın cavabsız qalacağı anlamına gəlmir. Azərbaycan öz ərazisində Rusiyanın diplomatik nümayəndəliyinə qarşı analoji təxribatlara imkan vermirsə, eyni məsuliyyəti Moskvadan da gözləməyə tam haqqı var.

Bu hadisədən sonra söz artıq Moskvanındır.

Rusiya ya Azərbaycanla münasibətlərdə qarşılıqlı hörmət prinsipinin həqiqətən işlədiyini nümayiş etdirəcək, ya da susqunluğu ilə son dövrdə yaranan narahatlıqları daha da dərinləşdirəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 837   Tarix: 31 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Respublikasının Dövlət Bayrağı qürur mənbəyimizdir

Bayraq sevgisi vətən sevgisidir. Bayrağına və dövlətçiliyinə sahib çıxan xalqlar heç zaman başqalarının zülmü altına düşmürlər. Prezident İlham Əliyev deyib: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir". 2020-ci il sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistanı

11:20 204
.

Trampdan iki həftə ilə bağlı açıqlama: "Çox şey görəcəksiniz"

ABŞ Prezidenti Donald Tramp növbəti iki həftə ərzində bir sıra tədbirlər elan edəcəyini bildirib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Amerika lideri jurnalistlərə açıqlamasında deyib: "Növbəti bir-iki həftə ərzində çox şey görəcəksiniz. Planlaşdırdığımız çoxsayl

10:38 187
.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

16:37 120
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyin simvoludur

Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Hər bir Azərbaycan vətəndaşı dövlət bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bun

11:17 211
.

Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. "Azərsu

15:59 241
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi

11:44 220
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

14:06 203
.

Şənbə günü yağış yağacaq

Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl

12:48 192
.

Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!

Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir

12:18 223
.