ABŞ sentyabrda Venesuela ilə enerji sazişi bağlamağı planlaşdırır
ABŞ artıq sentyabrda Venesuela ilə uzunmüddətli enerji sazişi bağlamağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "The Washington Post" Vaşinqton və Karakas arasındakı danışıqların gedişatı ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ-nin dövlət katibi Marko Rubio və energetika naziri Kris Rayt sazişin bağlanmasını elan etmək üçün sentyabrın əvvəlində Venesuelaya səfər etməyi planlaşdırırlar. Bununla belə, neft-qaz sənayesinin bəzi mütəxəssisləri bu müddətə qədər əhəmiyyətli bir razılaşmanın hazırlana biləcəyinə şübhə ilə yanaşırlar.
Qəzet qeyd edir ki, razılaşmaya aparan yolda bir sıra maneələr, o cümlədən təbii sərvətlər üzərində nəzarətin ABŞ-yə verilməsinə Venesuela daxilindəki müqavimət qalmaqdadır. Sazişin həyata keçirilməsi üçün Venesuela Konstitusiyasına dəyişikliklərin edilməsinin tələb olunacağı istisna edilmir.
Mənbələrin məlumatına görə, tərəflər ən azı 17 neft yatağının uzunmüddətli icarə hüququnun ABŞ-yə verilməsini müzakirə edirlər. Söhbət Venesuelanın neft ehtiyatlarının təxminən üçdə birini əhatə edəcək müqavilələrdən gedir. Bu, Vaşinqtona təxminən 90 milyard barel Venesuela neftinə çıxış əldə etməyə imkan verə bilər.
Avqustun 27-də "Axios" portalı yazıb ki, ABŞ administrasiyasında mümkün saziş möhtəşəm olaraq xarakterizə edilir. Nəşrin məlumatına görə, saziş bağlanacağı təqdirdə, ABŞ-nin neft ehtiyatları iki dəfədən çox arta bilər.
Avqustun 28-də "Bloomberg" xəbər verib ki, Vaşinqton Karakasla bəzi Venesuela neft yataqlarının 100 il müddətinə icarəyə götürülməsi imkanını müzakirə edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 742 Tarix: 30 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan Respublikasının Dövlət Bayrağı qürur mənbəyimizdir
Bayraq sevgisi vətən sevgisidir. Bayrağına və dövlətçiliyinə sahib çıxan xalqlar heç zaman başqalarının zülmü altına düşmürlər. Prezident İlham Əliyev deyib: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir". 2020-ci il sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistanı
11:20 204 Trampdan iki həftə ilə bağlı açıqlama: "Çox şey görəcəksiniz"
ABŞ Prezidenti Donald Tramp növbəti iki həftə ərzində bir sıra tədbirlər elan edəcəyini bildirib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Amerika lideri jurnalistlərə açıqlamasında deyib: "Növbəti bir-iki həftə ərzində çox şey görəcəksiniz. Planlaşdırdığımız çoxsayl
10:38 187 Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
16:37 120 Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyin simvoludur
Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Hər bir Azərbaycan vətəndaşı dövlət bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bun
11:17 211 Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. "Azərsu
15:59 241 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi
11:44 220 Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
14:06 203 Şənbə günü yağış yağacaq
Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl
12:48 192 Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!
Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir
12:18 223