"Vefa Esthetıc Center"də qanun pozuntuları aşkarlandı - Rəsmi
"Vefa Esthetıc Center" MMC-yə məxsus özəl tibb müəssisəsində plandankənar yoxlama zamanı bir sıra qanun pozuntuları aşkarlanıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Trend.az-ın sorğusuna cavab olaraq məlumat verib.
Qeyd olunub ki, KİV-də dərc olunan məlumatlar və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə müvafiq olaraq, Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov, Leopold və Mstislav Rostropoviçlər və A.İldırım küçələrinin kəsişdiyi ərazinin 119-cu məhəlləsində yerləşən "Vefa Esthetıc Center" MMC-yə məxsus özəl tibb müəssisəsində aidiyyəti araşdırmanın aparılması məqsədilə plandankənar yoxlama keçirilib.
Yoxlama nəticəsində "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 49.1-ci maddəsinin pozulduğu müəyyən edilib. Belə ki, özəl tibb fəaliyyəti subyektinin tabeliyində çalışan tibb mütəxəssislərinin sertifikasiyaya cəlb edilmədiyi, xüsusilə "Kosmetologiya" işi üzrə həkimin qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyətinə buraxıldığı aşkarlanıb.
Bundan başqa, tibbi qeydiyyat sənədlərinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 100 saylı əmri ilə təsdiq edilmiş forma və qaydalar üzrə aparılmadığı bildirilib. Ambulator pasiyentlərin qeydiyyatının "AV MEDICAL" proqramı üzrə həyata keçirilməsi ilə "Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin pozulduğu qeyd olunub.
Yoxlama zamanı "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 4.8 və 6.1-ci maddələrinin də pozulduğu, müəssisədə yararlılıq müddəti bitmiş və dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin aşkarlandığı bildirilib.
Həmçinin lisenziyada göstərilən işlərdən kənar fəaliyyət faktı müəyyən edilib. İşçilərin siyahısına baxış zamanı sertifikasiya şəhadətnaməsi və əmək müqaviləsi üzrə "endokrinoloq" vəzifəsi üzrə əmək müqaviləsinin bağlanması faktı aşkarlanıb.
Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, aşkar edilmiş pozuntularla bağlı "Vefa Esthetıc Center" MMC barəsində inzibati tənbeh tədbirləri seçilib, İnzibati Xətalar Məcəlləsinin 215.4 və 221.1-ci maddələri üzrə protokol tərtib edilərək aidiyyəti üzrə icraata göndərilib.
Mərkəz əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin təmin edilməsi və qanunvericiliyə riayət olunması istiqamətində nəzarət fəaliyyətinin davam etdirildiyini vurğulayıb. Bildirilib ki, vətəndaşların və KİV-in müraciətləri əsasında aparılan yoxlamalar şəffaflıq və qanunun aliliyi prinsiplərinə uyğun həyata keçirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 752 Tarix: 27 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
15:11 175 Zəfərin ildönümünə 2 gün qaldı - Video
İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:
14:16 168 Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
16:37 155 Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır
1918-i il mayın 28-də Azərbaycan Xalq Cümhiriyyəti quruldu. Dövlət rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Bu bayraq ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağı idi. Daha sonra Azərbaycan bayrağının dəyişməsi məsələs
11:24 210 Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi
12:12 221 Dövlət Bayrağımız qürurumuzdur
Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ
11:49 212 "Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran
"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib
15:11 185 Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!
Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir
12:18 232 Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
14:48 231