Şavkat Mirziyoyev Mehriban Əliyevanı təbrik etdi
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib.
BiG.AZ AZƏRTAC-a istinadən həmin məktubun mətnini təqdim edir:
"Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Azərbaycan xalqının rifahının təmin olunmasına, təhsil, elm, mədəniyyət və incəsənətin inkişafına, Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunub saxlanılmasına və təbliğinə yönəlmiş çoxşaxəli dövləti və ictimai fəaliyyətinizə dərin hörmətimi və səmimi heyranlığımı ifadə etmək istəyirəm.
Özbəkistanda Sizə xüsusi rəğbət və ehtiram bəslənilir, Özbəkistan-Azərbaycan münasibətlərinin ardıcıl şəkildə dərinləşdirilməsinə göstərdiyiniz daimi həssas diqqət yüksək qiymətləndirilir.
Ailələrimiz arasında mövcud səmimi və mehriban münasibətlər xüsusi sevinc hissi doğurur. Əminəm ki, bu dostluq və qarşılıqlı hörmət mühiti hazırda Özbəkistanı və Azərbaycanı birləşdirən həqiqi qardaşlıq bağlarının parlaq ifadəsidir.
Əminəm ki, Sizin şəxsi iştirakınız bundan sonra da ölkələrimiz arasında humanitar və mədəni əlaqələrin möhkəmləndirilməsinə, xalqlarımızın yaxınlaşmasına və zəngin ümumi irsimizin gələcək nəsillər üçün qorunub saxlanılmasına hərtərəfli töhfə verəcək.
Hörmətli Mehriban Arif qızı, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, tükənməz enerji, xoşbəxtlik və firavanlıq, qardaş Azərbaycan xalqına isə sülh və davamlı tərəqqi arzulayıram".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 99 Tarix: 26 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİsrail ordusu Livanın cənubuna dəfələrlə hücum edib
N12-nin Livan mediasına istinadən verdiyi məlumata görə, İsrail Müdafiə Qüvvələri çərşənbə axşamı gecəsi Livanın cənubundakı Əli Taher silsiləsi, Əl-Mənsuri və Əl-Qantara da daxil olmaqla ərazilərə zərbələr endirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail ordusu Hizbullah terro
09:24 150 Körfəz ölkələri Hörmüz blokadasına baxmayaraq neft ixrac edir
N12 çərşənbə axşamı neft daşınmasını izləmə veb saytı TankerTrackers-ə istinadən bildirib ki, İran əvəzinə Körfəz ölkələri tərəfindən Oman körfəzində tankerlər arasında neft daşınması ilə bağlı ən azı 15 hadisə qeydə alınıb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, N12 əlavə edib ki, fəaliyyə
09:38 153 Beş aylıq hamilə qadın öldü: Kim günahkardır? - VİDEO
Avqustun 20-də Tovuz rayon sakini, 24 yaşlı Lalə Quliyeva beş aylıq hamiləliyini sonlandırdıqdan sonra güclü qanaxmadan həyatını itirib. TƏBİB-in məlumatına görə, qadın Sabunçu Tibb Mərkəzinə ölü vəziyyətdə gətirilib. Lakin abortun hansı tibb müəssisəsində və kim tərəfindən aparıldığı açıqlanmayıb. Qey
15:31 188 "ABŞ-da ara seçkilər prezident üçün həmişə bir növ referendum xarakteri daşıyır" - BƏHRUZ QULİYEV
"ABŞ-da təxminən iki ay sonra keçiriləcək ara seçkilər artıq təkcə Konqres uğrunda mübarizə deyil, eyni zamanda Donald Tramp administrasiyasının fəaliyyətinə veriləcək siyasi qiymət kimi qəbul olunur. Hazırkı mənzərə göstərir ki, Demokratlar müəyyən üstünlük əldə ediblər və bu, Tramp üçün cidd
13:55 173 Mərhum Xalq artistinin bağ evi satılır - 1,15 milyon manat qiymət qoyuldu
Mərhum Xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil İsrafilovun Novxanı qəsəbəsində yerləşən bağ evi satışa çıxarılıb. BİG.AZ -a istinadla xəbər verir ki, 20 sot torpaq sahəsində yerləşən villanın ümumi sahəsi 650 kvadratmetrdir. 10 otaqdan ibarət olan bağ evinin satış qiyməti 1 milyon 150 min mana
10:18 209 200 minə yaxın əcnəbinin vizası ləğv edilir - ABŞ-dən yeni addım
ABŞ administrasiyasının ölkədə sığınacaq üçün müraciət etmiş və ya müraciət prosesi davam edən təxminən 200 min əcnəbinin iş və turizm vizalarını ləğv etməyə hazırlaşdığı bildirilir. Məlumatlı mənbələrə görə, 2016-2026-cı illər arasında verilmiş bəzi B1 və B2 vizaları nəzərdən keçirilir. Söhbət viz
25.08.2026 235 Nepalda sel suları kəndləri yuyub aparır, yolları və elektrik layihələrini zədələyir
Himalay dağları ölkəsi Nepalın böyük bir daşqını Tibetlə həmsərhəd bölgədə kəndləri yuyub apararkən yollara, körpülərə və elektrik layihələrinə ziyan vurub. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü hakimiyyət orqanları bildirib. Onlar itki riski barədə xəbərdarlıq ediblər. Rəsmilər
12:12 212 Mehriban Əliyeva qızları ilə açılışda - Fotolar - Yenilənib
Bu gün Bakıda Bilgəh incəsənət məktəbinin açılışı olub. "Qafqazinfo" xəbər verir ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak ediblər. Mədəniyyət naziri Adil Kərimli incəsənət məktəbində görülən işlər barədə məlumat verib
17:18 166 Həmin faciədən sonra küçədə pulsuz "iPhone" payladı - Video
Hindistanda "iPhone" krediti ilə bağlı mübahisənin üç nəfərin ölümü ilə nəticələnməsindən sonra milyonçu iş adamı gənclərə pulsuz "iPhone" paylayıb. "Qafqazinfo"nun xəbərinə görə, Maharaştra ştatının Çhatrapati Sambhacinaqar bölgəsində baş verən faciə ölkədə geniş müzakirələr
25.08.2026 340