Şəhərə BASQIN: 47 nəfər öldürüldü, 50 adam əsir götürüldü

Şəhərə BASQIN: 47 nəfər öldürüldü, 50 adam əsir götürüldüBMT-nin məlumatına görə, ötən həftəsonu Haitinin paytaxtı Port-o-Prens yaxınlığındakı əvvəllər sakit ərazi hesab olunan Kenskov icmasına silahlı şəxslərin hücumu nəticəsində azı 47 nəfər öldürülüb, 50-dən çox insan qaçırılıb.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, dəstə lideri hakimiyyət orqanlarına xəbərdarlıq edib ki, Kenskovun silahlılardan azad edilməsi əməliyyatı zamanı dəstə üzvlərindən biri öldürülərsə, girovları qətlə yetirəcək.

BMT-nin Haitidəki İnteqrasiya Olunmuş Ofisinin məlumatına görə, öldürülən 47 nəfər arasında azı beş uşaq var.

Sosial şəbəkələrdə yayılan videoda dəstə lideri Haiti Milli Polisinin direktoru Vladimir Parayzona müraciət edərək ərazidə silahlı qruplaşmalara qarşı pilotsuz uçuş aparatlarından istifadə etməməyə çağırıb.

Cinayətkar qruplaşmanın rəhbəri özünü "İzo 2" kimi təqdim edib. Bu ad Haitinin ən nüfuzlu dəstə üzvlərindən biri olan İzo ləqəbli Conson Andre ilə əlaqələndirilir. Ekspert Romen Le Kurun sözlərinə görə, "İzo 2" "Didi" adı ilə də tanınır və digər dəstə başçıları ilə koordinasiyalı şəkildə Kenskovda silahlı qrupa rəhbərlik edir.

Ekspert hesab edir ki, hücumun məqsədlərindən biri Haiti polisini və BMT-nin dəstəklədiyi qüvvələri onsuz da məhdud olan resurslarını daha geniş əraziyə bölməyə məcbur etmək ola bilər.

Hadisə həmçinin dekabrın 13-də keçirilməsi planlaşdırılan ümumi seçkilər ərəfəsində hökumətə və polisə güc nümayişi kimi qiymətləndirilir. Bu, Haitidə son on ildən artıq müddətdə keçiriləcək ilk ümumi seçkilər olmalıdır.

Kenskovun meri Jan Massiyon bildirib ki, qətlə yetirilənlər arasında iki dövlət qulluqçusu, o cümlədən onun təhlükəsizliyini təmin edən əmisi oğlu da olub.

Merin sözlərinə görə, ABŞ tərəfindən xarici terror təşkilatları siyahısına daxil edilmiş "Viv Ansanm" cinayətkar qruplaşmasının üzvləri hücum zamanı 25 evi də yandırıblar.

Qeyd edilir ki, hazırda silahlı dəstələr Port-o-Prens ərazisinin təxminən 70 faizinə, həmçinin Haitinin mərkəzi bölgəsində və digər ərazilərdə geniş torpaqlara nəzarət edirlər.

Silahlı qruplaşmalar arasındakı qarşıdurmalar nəticəsində 1,5 milyon insan evini tərk etmək məcburiyyətində qalıb. BMT-nin açıqladığı son məlumatlara görə, yanvar-iyun aylarında Haitidə zorakılıq nəticəsində 3050-dən çox insan öldürülüb, daha 1400 nəfər yaralanıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 787   Tarix: 26 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

15:11 175
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

14:16 168
.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

16:37 155
.

Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır

1918-i il mayın 28-də Azərbaycan Xalq Cümhiriyyəti quruldu. Dövlət rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Bu bayraq ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağı idi. Daha sonra Azərbaycan bayrağının dəyişməsi məsələs

11:24 210
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

12:12 221
.

Dövlət Bayrağımız qürurumuzdur

Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ

11:49 212
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 185
.

Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!

Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir

12:18 232
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

14:48 231
.