Vitrində bir qiymət, kassada başqa: supermarketləri hansı cəza gözləyir? - VƏKİLDƏN AÇIQLAMA
Azərbaycanda alıcıların ən çox üzləşdiyi problemlərdən biri də endirimli məhsulların kassada daha baha qiymətlə hesablanmasıdır. Müştəri vitrində endirim etiketi görərək məhsulu seçir, lakin ödəniş zamanı ona "endirim bitib" və ya "qiymət yenilənib" deyilir. Halbuki qanunvericiliyə əsasən, satışda olan məhsulun vitrində göstərilən qiyməti əsas götürülməli və alıcıdan məhz həmin məbləğ tələb olunmalıdır.
Bu qaydanı pozan supermarketlər isə inzibati məsuliyyət daşıyır və cərimələnə bilər. Bəs belə hallarda istehlakçının hüquqları nələrdir və supermarketləri hansı cəzalar gözləyir?
Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Cavanşir Qasımzadə BiG.AZ-a açıqlamasında bildirdi ki, qeyd edilən məsələ pərakəndə satış şəbəkələrində tez-tez rast gəlinən və istehlakçıların hüquqlarının birbaşa pozulması ilə nəticələnən hallardan biridir. Onun sözlərinə görə, Azərbaycan Respublikasının "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun və İstehlak mallarının satışı qaydalarına əsasən, satıcı malın üzərində aydın oxunan qiymət etiketinin olmasını təmin etməyə və malı istehlakçıya elə həmin etiketdə göstərilmiş qiymətlə satmağa məcburdur: "Vitrindəki qiymət hüquqi baxımdan birbaşa oferta bərabər tutulduğu üçün kassir kampaniyanın bitməsini bəhanə edərək malı daha baha qiymətə sata bilməz; alıcı məhz vitrində gördüyü qiyməti ödəmək hüququna malikdir. Bu qaydanın pozulması, yəni istehlakçının qiymət məsələsində aldadılması İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən inzibati məsuliyyət yaradır və buna görə fizikişəxslər 350-500 manat, vəzifəli şəxslər 1500-2000 manat, hüquqi şəxslər isə 4000-5000 manatadək cərimə olunurlar.
Qiymət etiketlərinin ümumiyyətlə olmaması və ya düzgün tərtib edilməməsinə görə isə 442-ci maddəyə əsasən müvafiq olaraq 100-150 manat (fiziki), 500-700 manat (vəzifəli) və 1500-2000 manat (hüquqi) məbləğində cərimələr nəzərdə tutulur. Bu kimi hallarla qarşılaşan vətəndaşlar vitrindəki qiyməti və çeki fiksə edərək Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilərlər".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1029 Tarix: 26 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu
14:34 266 Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi
12:12 221 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi
11:44 224 Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd
11:38 228 Dövlətin əsas qanunu - Konstitusiya
Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 31 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanı
11:47 221 Üçrəngli bayraq bizim tariximiz və şərəfimizdir
Hər bir dövlətin bayrağı ona doğmadır. Azərbaycanın üçrəngli bayrağı da xalqımız üçün müqəddəsdir. Tarix boyu müsəlman dünyasında böyük qələbələr qazanıldıqdan sonra bayrağı ucaldıb və öpərək ehtiram göstəriblər. Azərbaycan da 1918-ci ildə müsəlman Şərqində ilk cümhuriyyəti elan etdikdən sonra 1918-c
11:35 226 Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim
Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca
17:03 98 Kişi 1 saniyədə yanıb kül oldu
Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb
19:45 1 Telefonunuz sizi dinləyir? - Söhbətdən sonra çıxan reklamların səbəbi
Hansısa məhsul haqqında danışdıqdan sonra telefonda məhz onun reklamını görmək bir çox insanda şübhə yaradır. İstifadəçilər smartfonun söhbətlərini gizlicə dinlədiyini düşünürlər. Lakin belə reklamların görünməsi özlüyündə dinlənilmənin sübutu deyil. xarici mediaya istinadla xəbər verir ki, reklam sistemlər
19:15 1