"ABŞ-da ara seçkilər prezident üçün həmişə bir növ referendum xarakteri daşıyır" - BƏHRUZ QULİYEV
"ABŞ-da təxminən iki ay sonra keçiriləcək ara seçkilər artıq təkcə Konqres uğrunda mübarizə deyil, eyni zamanda Donald Tramp administrasiyasının fəaliyyətinə veriləcək siyasi qiymət kimi qəbul olunur. Hazırkı mənzərə göstərir ki, Demokratlar müəyyən üstünlük əldə ediblər və bu, Tramp üçün ciddi narahatlıq doğurur. Son sorğularda Demokratların Konqresə seçkilərdə üstünlüyü görünür, Trampın reytinqi isə 33-34 faiz səviyyəsinə qədər geriləyib.
Əslində, ABŞ-da ara seçkilər prezident üçün həmişə bir növ referendum xarakteri daşıyır. Trampın vəziyyətində isə bu məsələ daha həssasdır. Çünki əgər Respublikaçılar Konqresdə mövqelərini zəiflətsələr, Trampın qarşısında həm qanunvericilik baxımından, həm də siyasi baxımdan daha ciddi maneələr yarana bilər." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
Ekspert qeyd edib ki, burada Demokratların üstünlüyünün əsas səbəblərindən biri seçicilərin iqtisadi vəziyyətdən, bahalaşmadan və yaşayış xərclərindən narazılığıdır. Son sorğularda seçicilər həyatın bahalaşması ilə mübarizə məsələsində Demokratlara Respublikaçılardan daha çox etimad göstərirlər.
"Hesab edirəm ki, Tramp qarşısındakı əsas təhlükəni artıq görür və buna görə də Respublikaçılar seçki kampaniyasını daha da fəallaşdırırlar. Ancaq burada bir məqamı unutmaq olmaz ki, seçkiyə hələ vaxt var və Amerika siyasətində iki ay çox böyük müddətdir. Bu müddətdə iqtisadi göstəricilər, xarici siyasətdə baş verənlər, enerji qiymətləri və Tramp administrasiyasının atacağı addımlar seçicilərin mövqeyini dəyişə bilər.
Amma indiki tendensiya onu göstərir ki, 2026-cı ilin ara seçkiləri Tramp üçün sadə seçki olmayacaq. Əgər Demokratlar Nümayəndələr Palatasında və ya Senatda ciddi üstünlük qazansalar, bu, Trampın prezidentliyinin ikinci mərhələsində siyasi balansı əhəmiyyətli dərəcədə dəyişə bilər.
Ona görə də qarşıdakı iki ayda ABŞ-da əsas mübarizə yalnız Demokratlarla Respublikaçılar arasında deyil, faktiki olaraq Trampın siyasi kursunun davam edib-etməyəcəyi uğrunda mübarizə olacaq. Məncə, məhz buna görə Trampın özü də bu seçkilərə əvvəlkilərdən daha böyük əhəmiyyət verir." - deyə, B.Quliyev əlavə edib.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 740 Tarix: 26 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu
14:34 266 Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi
12:12 221 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi
11:44 224 Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd
11:38 228 Dövlətin əsas qanunu - Konstitusiya
Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 31 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanı
11:47 221 Üçrəngli bayraq bizim tariximiz və şərəfimizdir
Hər bir dövlətin bayrağı ona doğmadır. Azərbaycanın üçrəngli bayrağı da xalqımız üçün müqəddəsdir. Tarix boyu müsəlman dünyasında böyük qələbələr qazanıldıqdan sonra bayrağı ucaldıb və öpərək ehtiram göstəriblər. Azərbaycan da 1918-ci ildə müsəlman Şərqində ilk cümhuriyyəti elan etdikdən sonra 1918-c
11:35 226 Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim
Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca
17:03 98 Kişi 1 saniyədə yanıb kül oldu
Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb
19:45 1 Telefonunuz sizi dinləyir? - Söhbətdən sonra çıxan reklamların səbəbi
Hansısa məhsul haqqında danışdıqdan sonra telefonda məhz onun reklamını görmək bir çox insanda şübhə yaradır. İstifadəçilər smartfonun söhbətlərini gizlicə dinlədiyini düşünürlər. Lakin belə reklamların görünməsi özlüyündə dinlənilmənin sübutu deyil. xarici mediaya istinadla xəbər verir ki, reklam sistemlər
19:15 1