Ekspert: Kərkinin Azərbaycanın ərazisi olduğunun etirafı siyasi reallığın qəbul edilməsidir

Ekspert: Kərkinin Azərbaycanın ərazisi olduğunun etirafı siyasi reallığın qəbul edilməsidir"Ermənistanın Baş naziri Nikol Paşinyanın son vaxtlar Azərbaycanla bağlı açıqlamalarında diqqətçəkən məqamlar var. O, bir tərəfdən sülhdən və ərazi bütövlüyünün qarşılıqlı tanınmasından danışır, digər tərəfdən isə Azərbaycanın tarixi torpaqları və kəndləri ilə bağlı fikirlər səsləndirir. Son açıqlamasında Kərkinin Azərbaycanın ərazisi olduğunu etiraf etməsi isə xüsusilə diqqət çəkir".

Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert bildirib ki, Kərki məsələsi yalnız bir kəndlə bağlı məsələ deyil. Bu, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və iki ölkənin ərazi bütövlüyünün hansı xəritələr əsasında müəyyənləşdirilməsi ilə bağlı daha geniş məsələnin tərkib hissəsidir.
Ekspert: Kərkinin Azərbaycanın ərazisi olduğunun etirafı siyasi reallığın qəbul edilməsidirB.Quliyev qeyd edib ki, Azərbaycanın Kərki ilə yanaşı, Qazaxın bir sıra kəndləri ilə bağlı mövqeyi də məhz bu çərçivədə formalaşıb.

"Paşinyanın bu məsələlərdə müəyyən etiraflara getməsi Ermənistanın konstitusiya məsələsinə münasibəti fonunda xüsusilə maraqlıdır. Çünki Bakı açıq şəkildə bildirir ki, Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı mümkün istinadlar aradan qaldırılmalıdır. Paşinyan isə uzun müddətdir bu tələbi qəbul etmir və Ermənistan Konstitusiya Məhkəməsinin 2024-cü il qərarına istinad edir.

Hesab edirəm ki, Paşinyanın Azərbaycanla bağlı son ritorikasına məhz bu kontekstdən yanaşmaq lazımdır. O, bir tərəfdən Azərbaycan ictimaiyyətinə və beynəlxalq auditoriyaya Azərbaycanın ərazi bütövlüyünü qəbul etdiyi mesajını verməyə çalışır, digər tərəfdən isə Ermənistan daxilində konstitusiya dəyişikliyi məsələsinin yaratdığı siyasi təzyiqi yumşaltmağa cəhd göstərir.

Başqa sözlə, Kərkinin Azərbaycanın ərazisi olduğunu demək Ermənistan üçün müəyyən siyasi reallığın qəbul edilməsidir. Lakin bu, avtomatik olaraq İrəvanın Azərbaycanın bütün tələbləri ilə razılaşdığı anlamına gəlmir. Əksinə, Paşinyanın Başkənd məsələsində tamamilə fərqli mövqe ortaya qoyması göstərir ki, Ermənistan bu məsələlərdən öz siyasi maraqları çərçivəsində istifadə etməyə davam edir", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, burada əsas məsələ Azərbaycanın mövqeyinin prinsipial olmasıdır:

"Söhbət hansısa kənd uğrunda mübahisədən deyil, dövlət sərhədinin müəyyənləşdirilməsindən, ərazi bütövlüyünün qarşılıqlı tanınmasından və sülhün hüquqi baxımdan dayanıqlı olmasından gedir.

Paşinyanın müxtəlif çıxışlarla bu mövzunu gündəmdə saxlaması da təsadüfi deyil. Ermənistan rəhbərliyi başa düşür ki, konstitusiya məsələsi sülh prosesinin ən həssas siyasi və hüquqi məsələlərindən biridir. Buna görə də Azərbaycanla bağlı müəyyən müsbət mesajlar verməklə daxili və xarici auditoriyalar arasında balans yaratmağa çalışa bilər.

Lakin reallıq budur ki, sözlərdən daha çox sənədlər və hüquqi öhdəliklər əhəmiyyətlidir. Əgər Ermənistan həqiqətən Azərbaycanla davamlı və uzunmüddətli sülh istəyirsə, bu, yalnız bəyanatlarda deyil, konstitusiya və digər hüquqi mexanizmlərdə də öz əksini tapmalıdır.

Kərki ilə bağlı son açıqlama müəyyən mənada müsbət siqnaldır. Lakin Azərbaycan üçün əsas məsələ ayrı-ayrı kəndlərin adının çəkilməsi deyil, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam və hüquqi baxımdan qəbul etməsidir. Sülh də məhz bu prinsip üzərində qurulmalıdır", - deyə B.Quliyev əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 738   Tarix: 26 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu

14:34 266
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

12:12 221
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi

11:44 224
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 228
.

Dövlətin əsas qanunu - Konstitusiya

Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 31 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanı

11:47 221
.

Üçrəngli bayraq bizim tariximiz və şərəfimizdir

Hər bir dövlətin bayrağı ona doğmadır. Azərbaycanın üçrəngli bayrağı da xalqımız üçün müqəddəsdir. Tarix boyu müsəlman dünyasında böyük qələbələr qazanıldıqdan sonra bayrağı ucaldıb və öpərək ehtiram göstəriblər. Azərbaycan da 1918-ci ildə müsəlman Şərqində ilk cümhuriyyəti elan etdikdən sonra 1918-c

11:35 226
.

Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim

Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca

17:03 98
.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

19:45 1
.

Telefonunuz sizi dinləyir? - Söhbətdən sonra çıxan reklamların səbəbi

Hansısa məhsul haqqında danışdıqdan sonra telefonda məhz onun reklamını görmək bir çox insanda şübhə yaradır. İstifadəçilər smartfonun söhbətlərini gizlicə dinlədiyini düşünürlər. Lakin belə reklamların görünməsi özlüyündə dinlənilmənin sübutu deyil. xarici mediaya istinadla xəbər verir ki, reklam sistemlər

19:15 1
.