Prezident "Sabah"ı təbrik etdi

Prezident "Sabah"ı təbrik etdiPrezident İlham Əliyev "Sabah" futbol klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə dövlət başçısının sosial şəbəkə hesablarında paylaşım edilib.

Təbrik mətnində deyilir:

"Sabah" futbol klubunu möhtəşəm zəfər qazanaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə ürəkdən təbrik edirəm.

Yeni yaradılmış bir komandanın qısa müddət ərzində belə böyük nailiyyətə imza atması xüsusi sevinc və qürur doğurur. Klublarımızın ardıcıl ikinci dəfə dünyanın ən güclü klub turnirinin əsas mərhələsində mübarizə aparmaq hüququ qazanması Azərbaycanın bütün sahələrdə əldə etdiyi tərəqqinin, ölkəmizin idman dövləti kimi mövqeyinin daha bir bariz göstəricisidir.

"Sabah" klubuna qarşıdakı matçlarda yeni-yeni qələbələr və uğurlar arzulayıram!"

Prezident "Sabah"ı təbrik etdi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 105   Tarix: 26 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Körfəz ölkələri Hörmüz blokadasına baxmayaraq neft ixrac edir

N12 çərşənbə axşamı neft daşınmasını izləmə veb saytı TankerTrackers-ə istinadən bildirib ki, İran əvəzinə Körfəz ölkələri tərəfindən Oman körfəzində tankerlər arasında neft daşınması ilə bağlı ən azı 15 hadisə qeydə alınıb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, N12 əlavə edib ki, fəaliyyə

09:38 122
.

Robert Köçəryan rüşvət və çirkli pulların yuyulmasında şübhəli bilinir

Ermənistan Prokurorluğu keçmiş prezident Robert Köçəryana qarşı üç maddə üzrə cinayət işi açıb. xəbər verir ki, Köçəryan vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma və çirkli pulların yuyulmasında şübhəli bilinir. Prokurorluq, həmçinin keçmiş prezidentin oğlu Sedrak Köçəryanı

11:35 80
.

"Yuventus"un ulduzunun ayağı sındı

"Yuventus"un hücumçusu Kenan Yıldız A Seriyasının 1-ci turunda "Frozinone"yə qarşı keçirilən və Turin klubunun 1:0 hesablı qələbəsi ilə başa çatan oyunda ciddi zədə alıb. xəbər verir ki, 21 yaşlı türkiyəli futbolçunun sol ayağının pəncə nahiyəsində sınıq aşkarlanıb. O, qarşılaşmanı

25.08.2026 233
.

Laçından Ermənistana elektrik enerjisi verilə bilər

Avqustun 25-də Laçın şəhərində Azərbaycanın Energetika Nazirliyinin və "Azərenerji" ASC-nin, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və "Elektrik Enerjisi Sisteminin Operatoru" şirkətinin nümayəndələrinin işgüzar görüşü keçirilib. Nazirlər Kabinetindən -a bildirili

25.08.2026 240
.

Ekspert: Moskva-Yerevan münasibətlərinin normallaşması Paşinyandan asılıdır

Politoloq İvan Mezyuxonun sözlərinə görə, Ermənistanın Rusiyadakı səfirinin dəyişdirilməsi, Baş nazir Nikol Paşinyan Avrasiya İqtisadi Birliyi (AİB) ölkələri hesabına Avropaya inteqrasiya siyasətini dəyişmədiyi müddətdə, Moskva ilə Yerevan arasındakı münasibətlərə ciddi təsir göstərməyəcək. xəbər veri

11:47 50
.

Ələkbərli Zeyd İspaniyanın "Deportivo Peñas" klubuna keçdi

Azərbaycan futbolunun gənc istedadlarından olan, "Qarabağ" futbol klubunun U-16 komandasının əsas qapıçısı olan Ələkbərli Zeyd karyerasında mühüm mərhələyə qədəm qoyub. 2011-ci il təvəllüdlü futbolçu rəsmən İspaniyanın "Deportivo Peñas" klubunun heyətinə qoşulub. Gənc futbolçunu

25.08.2026 241
.

Bu ölkə süni intellekt mahnılarına qadağa qoydu

Avstraliya Səsyazma Sənayesi Assosiasiyası (ARİA) milli musiqi çartlarına düşmək istəyən mahnılar üçün yeni tələblər tətbiq edib. xəbər verir ki, "Röyters" məlumat yayıb. Məlumata görə, yenilənmiş qaydalara əsasən, musiqi əsərləri əsasən insan yaradıcılığının məhsulu olmalıdır. Süni intellek

25.08.2026 247
.

Rubio beynəlxalq həmkarlarına ABŞ-ın İrana "hələlik" zərbə endirməyəcəyini bildirib

N12-nin çərşənbə günü səhər tezdən verdiyi məlumata görə, ABŞ dövlət katibi Marko Rubio bir sıra beynəlxalq həmkarlarına ABŞ-ın "indilik" İrana zərbə endirməkdən çəkinəcəyini bildirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, hesabatda ABŞ-ın yüksək vəzifəli bir rəsmisinə və detallarl

09:31 153
.

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür. BİG.AZ-ın məlumatına görə, Laçın şəhəri, Zabux və Sus kəndləri 2022-ci avqustun 26-da Azərbaycanın nəzarəti altına keçib. Prezident İlham Əliyev 31 iyul 2022-ci ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb

10:26 109
.