Anasının sevgilisini öldürənin məhkəməsi başlayır - 8 il SONRA
Azərbaycanda 8 il əvvəl qətl törədən kişinin məhkəməsi başlayır.
Lent.az xəbər verir ki, onun məhkəmə istintaqı Rusiyanın Samara Vilayət Məhkəməsində araşdırılacaq.
Qeyd olunur ki, məhkəmə anasının sevgilisini öldürməkdə təqsirləndirilən 35 yaşlı Novokuybışevsk sakini barəsində cinayət işinə qiyabi qaydada baxacaq. Cinayət 2018-ci ilin sentyabrında Azərbaycanda baş verib. Hadisədən sonra qətlin ehtimal olunan təşkilatçısı istintaqdan yayınıb.
İstintaqın versiyasına görə, kişi anasının 52 yaşlı evli biri ilə münasibətindən narazı olub. Təqsirləndirilənin qətli əvvəlcədən planlaşdırdığı və bu məqsədlə tanışını da cinayətə cəlb etdiyi bildirilir. Onlar birlikdə Rusiyadan Azərbaycana gəlib, həmin şəxsi tapıb və bir müddət onu izləyiblər.
İttihama əsasən, uyğun məqamı gözləyən şəxslər zərərçəkmişə hücum edərək ona kəsici-deşici alətlə 30-dan çox zərbə endiriblər. Kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Təqsirləndirilən şəxslərin əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və xüsusi amansızlıqla törədilmiş qətl kimi tövsif edilib.
İstintaq zamanı Novokuybışevsk sakini hüquq-mühafizə orqanlarından gizlənib və beynəlxalq axtarışa verilib. Onun yerini indiyədək müəyyən etmək mümkün olmayıb. Samara vilayətinin Prokurorluğu ittiham aktını təsdiqləyərək işi vilayət məhkəməsinə göndərib. Təqsirləndirilən şəxs axtarışda olduğundan məhkəmə prosesi onun iştirakı olmadan keçiriləcək.
Digər cinayətkar isə Azərbaycanda saxlanılıb və məhkəmə qarşısına çıxarılıb. Azərbaycan məhkəməsi ona uzunmüddətli həbs cəzası verib. Prokurorluğun məlumatında cəzanın dəqiq müddəti göstərilməyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 795 Tarix: 25 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov
11:29 213 Müstəqil dövlətimizin ilk Konstitusiyası
Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü
12:18 222 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
11:32 214 Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
11:28 225 Zəfərin ildönümünə 2 gün qaldı - Video
İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:
14:16 168 Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı
15:36 191 Dövlət Bayrağımız qürurumuzdur
Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ
11:49 212 Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim
Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca
17:03 98 Həkimlər niyə qaynadılmış su içməyi məsləhət görmürlər?
Tədqiqatçılar müəyyən ediblər ki, qaynadılmış su sağlamlıq baxımından filtrdən keçirilmiş sudan daha zərərli ola bilər. Bunun səbəbləri açıqlanıb. Sürixdən olan isveçrəli alimlər araşdırma apararaq qaynadılmış su ilə bağlı mövcud məlumatları sistemləşdiriblər və onun zərərli hesab edilməsinin səbəblərin
18:30 1