Təl-Əviv metrosu maşinistsiz işləyəcək - 150 kilometrlik şəbəkə qurulur
Təl-Əviv metrosunun layihəsi növbəti mühüm mərhələyə keçib. İsrailin dövlət şirkəti NTA gələcək metro şəbəkəsi üçün qatarların alınması və idarəetmə sistemlərinin yaradılması ilə bağlı tenderlər üzrə ilkin seçimə başlayıb. Bu mərhələnin ümumi dəyəri təxminən 30 milyard şekel (təxminən 10 milyard dollar) təşkil edir.
Bizimyol.info xəbər verir ki, söhbət tunellərin tikintisindən deyil, metronun texniki təchizatından gedir. Buraya qatarlar, siqnalizasiya və hərəkətin idarə edilməsi sistemləri, elektrik və rabitə infrastrukturu, yeraltı stansiyaların avadanlıqları, həmçinin gələcək istismar və texniki xidmət daxildir.
Layihənin ən diqqətçəkən xüsusiyyəti isə maşinistsiz qatarlar olacaq. Qatarlar avtomatlaşdırmanın ən yüksək səviyyəsi sayılan "GoA4" standartı üzrə işləyəcək. Bu sistemdə kabinədə maşinistin olmasına ehtiyac yoxdur. Qatarların hərəkəti, dayanması və digər əsas proseslər avtomatik sistemlər və dispetçer mərkəzləri tərəfindən idarə ediləcək.
Təl-Əviv metropoliteninin metro şəbəkəsinin 3 xəttdən ibarət olması planlaşdırılır. Ümumi uzunluğu təxminən 150 kilometr olacaq şəbəkədə 109 stansiya inşa ediləcək və metro 24 bələdiyyəni əhatə edəcək.
Layihənin hazırkı mərhələsində tunellərin qazılması və yeraltı stansiyaların əsas infrastrukturunun tikintisi davam edir. Bu işlərin dəyəri təxminən 65 milyard şekel qiymətləndirilir. İlkin seçim mərhələsində İsrail və digər ölkələrdən 20 şirkət qrupu iştirak edir.
NTA hər iki mərhələni paralel şəkildə həyata keçirməyi planlaşdırır. Bu, tunellərin və stansiyaların tikintisi başa çatmamış elektrik təchizatı, siqnalizasiya və digər sistemlərin quraşdırılmasına imkan verəcək.
Beləliklə, Təl-Əviv metrosu istifadəyə verildiyi gündən tam avtomatlaşdırılmış nəqliyyat sistemi kimi fəaliyyət göstərəcək. Maşinistsiz qatarlar vahid idarəetmə şəbəkəsinə qoşulacaq və burada qatarların hərəkəti, stansiyaların işi və texniki sistemlərə nəzarət həyata keçiriləcək.
Layihə İsrailin ən böyük nəqliyyat infrastrukturu layihələrindən biri hesab olunur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 895 Tarix: 24 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKonstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!
Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir
12:18 232 Kamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
17:26 86 Dövlət Bayrağımız qürurumuzdur
Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ
11:49 212 "Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran
"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib
15:11 185 Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim
Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca
17:03 98 Azərbaycan mülki işlər üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq
Azərbaycan mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Mülki və ya ticarət işləri üzrə xaricd
20:15 1 İllərlə polisdən gizlənən ailə: Ana, qız və nəvə tutuldular
Türkiyənin İstanbul şəhərində zərgərlik mağazalarından etdikləri oğurluqlara görə məhkəmədən uzun illər gizlənən bir ailənin üç üzvü - ana, qızı və nəvəsi saxlanılıblar. Onlar Sancaqtəpə rayonunda yerləşən evlərin birində saxlanılıblar. Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadınlar "alıcı"
20:45 1 Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
17:15 87 Müstəqil dövlətimizin ilk Konstitusiyası
Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü
12:18 222