Kredit borcunu ödəməyənlər üçün çıxış yolu - 3-5 il "dondurmaq"... - AÇIQLAMA

Kredit borcunu ödəməyənlər üçün çıxış yolu - 3-5 il "dondurmaq"... - AÇIQLAMAKredit öhdəliyini yerinə yetirməkdə çətinlik çəkən vətəndaşların borcun müəyyən müddətə "dondurulması" ilə bağlı müraciətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə gəliri azalan və ya müvəqqəti maliyyə çətinliyi yaşayan şəxsləri kredit ödənişlərinin 3-5 il müddətinə dayandırılmasının mümkün olub-olmaması maraqlandırır.

Bəs qanunvericilikdə bununla bağlı hansı imkanlar nəzərdə tutulur? Bank kredit ödənişlərini uzun müddətə "dondura" bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, kredit ödənişlərinin uzun müddətə dayandırılması yalnız bankın razılığı ilə mümkündür:

Əkrəm Həsənov: "Yol hərəkəti qaydalarını pozan piyadalar cərimələnsin" Pravda.az

"Qanunla borclu bunu tələb edə bilməz. Banklar da buna nadir hallarda və çox qısa müddətə razı olurlar. Bir neçə aydan çox olmur.

Bank üçün kredit ödənişlərinin uzun müddət dayandırılması müəyyən maliyyə və tənzimləmə riskləri yaradır. Kredit üzrə ödənişlər həyata keçirilmədikdə onun problemli kreditə çevrilməsi ehtimalı artır və bank müvafiq riskləri nəzərə almalıdır.

Çünki bu, həmin kreditin problemli kreditə çevrilməsi deməkdir. Bank bu halda yüksək məbləğdə ehtiyatlar yaratmalıdır. Üstəlik, kreditin müddəti də ötə bilər. Ona görə belə hallarda banklar məhkəməyə müraciət edirlər", - deyə Ə.Həsənov vurğulayıb.

Beləliklə, vətəndaş kredit ödənişlərini həyata keçirməkdə çətinlik çəkirsə, banka müraciət edərək ödəniş qrafikinin dəyişdirilməsini, müddətin uzadılmasını və ya digər restrukturizasiya imkanlarını müzakirə edə bilər. Lakin bankın razılığı olmadan kredit ödənişlərinin 3-5 il müddətinə dayandırılması mümkün deyil.

Tərəflər arasında razılaşma əldə olunmadığı və kredit öhdəlikləri icra edilmədiyi halda isə məsələ hüquqi müstəviyə, o cümlədən məhkəməyə çıxarıla bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 545   Tarix: 23 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX

Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Məlumata görə, noyabrın 6-da Venera işıqlanm

22:30 80
.

Əmlak bazarında qiymətlərin enməsi mümkündürmü?-AÇIQLAMA

"Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə differensiallaşması kimi qiymətləndirmək daha doğru olar. İlk növbədə, bir məqamı nəzər

12:12 240
.

Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

12:02 239
.

Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!

Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir

12:18 262
.

Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim

Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca

17:03 276
.

Dövlətin əsas qanunu - Konstitusiya

Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 31 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanı

11:47 234
.

Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

15:36 284
.

Müstəqil dövlətimizin ilk Konstitusiyası

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü

12:18 253
.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

19:45 248
.