Atası 26 il sonra onu oğlu kimi tanıdı - Şahzadə oldu
Belçika Kralı Filippin qardaşı Şahzadə Loran 26 yaşlı Klement Vandenkerkhovu rəsmi olaraq oğlu kimi tanıyıb. Bu qərarla Vandenkerkhov Belçika Şahzadəsi titulunu əldə edib və atasının mirasından digər övladları ilə bərabər pay almaq hüququ qazanıb.
"Qafqazinfo" xəbər verir ki, Belçika mətbuatının məlumatına görə, atalığın tanınması vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı məmurunun iştirakı ilə rəsmiləşdirilib.
Şahzadə Loran 2025-ci ilin sentyabrında Vandenkerkhovun bioloji atası olduğunu açıq şəkildə elan etmişdi. Klement Vandenkerkhov 2003-cü ildə, Loranın Şahzadə Klerlə evlənməsindən əvvəl dünyaya gəlib.
Atalığın rəsmi şəkildə təsdiqlənməsi ilə Vandenkerkhov şahzadə titulunu daşımaq hüququ əldə edib. Bununla belə, bu titul ona kral ailəsi adından rəsmi fəaliyyət göstərmək və ya monarxiyanı təmsil etmək səlahiyyəti vermir.
Belçikada 2013-cü ildə qəbul edilən qanuna əsasən, kral ailəsinin üzvlərinə verilən dövlət müavinətləri, əsasən, monarx və taxtın birbaşa varisi ilə məhdudlaşır.
Bu səbəbdən Vandenkerkhov da Şahzadə Loranın digər övladları Şahzadə Luiza, Şahzadə Nikolay və Şahzadə Aymerik kimi öz gəlirini müstəqil şəkildə təmin etməyə davam edəcək.
Atalığın tanınmasının ən mühüm hüquqi nəticələrindən biri miras məsələsidir.
Vandenkerkhov artıq Şahzadə Loranın qanuni övladı və tamhüquqlu varisi hesab olunur. Bu isə o deməkdir ki, o, atasının vəfatından sonra mirasını üç ögey bacı-qardaşı ilə bərabər şəkildə bölüşmək hüququna malik olacaq.
O, həmçinin istəsə, atasının ailə soyadı olan Saks-Koburq soyadını götürmək üçün müraciət edə bilər.
Lakin Belçika mətbuatının məlumatına görə, 26 yaşlı şahzadə hazırkı Vandenkerkhov soyadına bağlıdır və onu dəyişdirmək niyyətində olduğuna dair hər hansı açıqlama verməyib.
Belçika Kral ailəsində buna bənzər hal daha əvvəl də yaşanıb. Kral II Albertin uzun müddət davam edən atalıq mübahisəsindən sonra qızı kimi tanıdığı Şahzadə Delfin də sonradan Saks-Koburq soyadından istifadə etməyə başlayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 994 Tarix: 21 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşParlament Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyəcək
APA-nın xəbərinə görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasını
06.11.2026 167 Hansı xarici dili öyrənmək daha sərfəlidir?
Xarici dil seçərkən təkcə həmin dildə neçə nəfərin danışdığını bilmək kifayət etmir. Dilin iş, səyahət və gündəlik ünsiyyət üçün nə dərəcədə faydalı olması, həmçinin onu öyrənməyə sərf ediləcək vaxt da əhəmiyyət daşıyır. xarici mediaya istinadla xəbər verir ki, dünyada ən çox danışılan dillərin sıralamas
06.11.2026 196 39 yaşlı kişinin meyiti bağda tapıldı
Qazaxda 39 yaşlı kişinin meyiti tapılıb. -ın məlumatına görə, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü S.Orucovun meyiti bağ ərazisində aşkarlanıb. Onun ölüm səbəbi hələ məlum deyil. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır
06.11.2026 155 Şənbə günü yağış yağacaq
Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl
06.11.2026 245 Qəfil infarkt riski kimləri təhdid edir?
Böyük şəhərlərdə yaşayan insanlar ürək-damar xəstəlikləri, xüsusilə infarkt riski ilə daha çox üzləşə bilərlər. Alimlər bunun əsas səbəblərindən birinin havanın çirklənməsi olduğunu müəyyən ediblər. xəbər verir ki, ABŞ-ın Yel Universitetinin mütəxəssisləri çirklənmiş havada olan ultrakiçik hissəcikləri
06.11.2026 192 İllərlə polisdən gizlənən ailə: Ana, qız və nəvə tutuldular
Türkiyənin İstanbul şəhərində zərgərlik mağazalarından etdikləri oğurluqlara görə məhkəmədən uzun illər gizlənən bir ailənin üç üzvü - ana, qızı və nəvəsi saxlanılıblar. Onlar Sancaqtəpə rayonunda yerləşən evlərin birində saxlanılıblar. Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadınlar "alıcı"
06.11.2026 182 İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu
06.11.2026 382 Müstəqil dövlətin Konstitusiya günüdür
1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al
06.11.2026 250 Əmlak bazarında qiymətlərin enməsi mümkündürmü?-AÇIQLAMA
"Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə differensiallaşması kimi qiymətləndirmək daha doğru olar. İlk növbədə, bir məqamı nəzər
06.11.2026 241