Bir link bütün məlumatlarınızı təhlükəyə ata bilər - Kiberdələduzlardan qorunmağın yolları

Bir link bütün məlumatlarınızı təhlükəyə ata bilər - Kiberdələduzlardan qorunmağın yolları"Bir çox insanı maraqlandıran suallardan biri də budur: kiberdələduzları avtomatik aşkarlayan proqram varmı?"

Bunu BiG.AZ-a açıqlamasında İKT üzrə ekspert Elvin Həsənov bildirib.

O, qeyd edib ki, bunun cavabı qismən bəlidir. Belə texnologiyalar mövcuddur. Banklar, mobil operatorlar və kibertəhlükəsizlik mərkəzləri süni intellekt və xüsusi təhlükəsizlik sistemləri vasitəsilə şübhəli əməliyyatları, saxta saytları, fişinq hücumlarını və dələduzluq cəhdlərini müəyyən etməyə çalışırlar:

"Lakin reallıq ondan ibarətdir ki, heç bir proqram bütün dələduzluq hallarını 100 faiz aşkarlaya bilmir. Çünki kiberdələduzlar da texnologiyanın imkanlarından istifadə edir və tətbiq etdikləri üsulları daim dəyişirlər. Bu gün bloklanan metod sabah başqa formada ortaya çıxa bilər.

Xüsusilə süni intellektin inkişafı ilə saxta mesajlar, səslər və videolar daha peşəkar şəkildə hazırlanmağa başlayıb. Bu isə kiberdələduzluqla mübarizədə insan amilinin əhəmiyyətini daha da artırır.

Əslində kibertəhlükəsizlikdə ən güclü müdafiə vasitələrindən biri insanın öz diqqətidir. Dələduzlar adətən insanların qorxu, maraq və ya tələskənlik hisslərindən istifadə edirlər. "Kartınız bloklanıb", "hesabınıza giriş edilib", "bağlamanız gəlib", "təcili pul göndərin" kimi mesajlar məhz insanı düşünmədən hərəkət etməyə sövq etmək üçün hazırlanır.

Özümüzü qorumağın ən sadə və effektiv yollarından biri naməlum linklərə daxil olmamaq, SMS vasitəsilə göndərilən təsdiq kodlarını heç kimlə paylaşmamaq, bank məlumatlarını üçüncü şəxslərə verməmək və iki mərhələli təsdiqləməni aktiv saxlamaqdır. Həmçinin tətbiqləri yalnız rəsmi mənbələrdən yükləmək, telefon və kompüterlərdə təhlükəsizlik yeniləmələrini vaxtında quraşdırmaq da vacibdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 802   Tarix: 18 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

06.11.2026 308
.

Müstəqil dövlətin Konstitusiya günüdür

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al

06.11.2026 254
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

06.11.2026 242
.

Telefonunuz sizi dinləyir? - Söhbətdən sonra çıxan reklamların səbəbi

Hansısa məhsul haqqında danışdıqdan sonra telefonda məhz onun reklamını görmək bir çox insanda şübhə yaradır. İstifadəçilər smartfonun söhbətlərini gizlicə dinlədiyini düşünürlər. Lakin belə reklamların görünməsi özlüyündə dinlənilmənin sübutu deyil. xarici mediaya istinadla xəbər verir ki, reklam sistemlər

06.11.2026 219
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

06.11.2026 399
.

"Fənərbaxça"lı Arina "Qalatasaray"ın ulduz oyunçusuna aşiq olub

"Fənərbaxça Medicana"nın rusiyalı voleybolçusu Arina Fedorovtseva ilə "Qalatasaray"ın seneqallı futbolçusu İsmayıl Yakobs arasında münasibətlərin olduğu iddia edilir. -ın Türkiyə mediasına istinadla xəbərinə görə, iddia olunur ki, cütlük "Qalatasaray"ın "Ştutqart"

06.11.2026 248
.

Əmlak bazarında qiymətlərin enməsi mümkündürmü?-AÇIQLAMA

"Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə differensiallaşması kimi qiymətləndirmək daha doğru olar. İlk növbədə, bir məqamı nəzər

06.11.2026 247
.

39 yaşlı kişinin meyiti bağda tapıldı

Qazaxda 39 yaşlı kişinin meyiti tapılıb. -ın məlumatına görə, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü S.Orucovun meyiti bağ ərazisində aşkarlanıb. Onun ölüm səbəbi hələ məlum deyil. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır

06.11.2026 180
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

06.11.2026 225
.