Jurnalist avantürasına məmurları da qoşuldu - Rusiyadan növbəti təxribat

Jurnalist avantürasına məmurları da qoşuldu - Rusiyadan növbəti təxribatRusiyanın media resurslarında və sosial platformalarda Azərbaycana qarşı açıq nifrət nitqinin, suverenliyə qəsd çağırışlarının və hibrid təhdidlər yenidən intensivləşib. Onsuz da bu prosesin tamamilə dayandığı vaxt olmayıb. Növbəti belə təxribat "Moskva 24" telekanalının aparıcısı İvan Knyazev, siyasi şərhçi Semyon Uralov və Rusiya Federasiyası Nəqliyyat nazirinin müşaviri Aleksey Çadayevin iştirakı ilə "YouTube" platformasında yayımlanan "Чистота понимания" verilişində olub.

Bu şəxslərin çıxışları sadəcə söz azadlığı və ya fərdi ekspert rəyi çərçivəsindən çıxaraq, beynəlxalq hüquq normalarını, dövlətlərarası münasibətlərin prinsiplərini kobud pozan cinayət tərkibli əməllərə çevrilib.

Terrorçuluq və fiziki məhvetmə çağırışları

Verilişdə Azərbaycan Respublikasının suverenliyinə, Konstitusiya quruluşuna və ərazi bütövlüyünə qarşı zorakı metodların tətbiqi, ayrı-ayrı şəxslərin ünvanlı şəkildə fiziki məhvi və terror xarakterli hərəkətlərin həyata keçirilməsi açıq təbliğ olunub.

14 iyul 2026-cı il tarixində yayımlanan verilişdə Şuşa Media Forumunda Azərbaycan prezidenti İlham Əliyevin Ukraynanın ərazi bütövlüyünə dəstək və müstəmləkəçiliyə qarşı mübarizə ilə bağlı açıqlamaları müzakirə olunub. Rusiyalı ekspertlər hədlərini aşaraq, "Azərbaycan dövlətçiliyinin məhv edilməsi ssenarilərini"müzakirə ediblər. Bəli, səhv oxumadınız, bu "rus ekspertlər" qudurğanlığın son həddini nümayiş etdirərək, Azərbaycan dövlətinə qarşı hədyanlar yağdırıblar. Aleksey Çadayev Azərbaycanı parçalamağı, Rusiyanın Azərbaycanı ilhaq etməsini, Azərbaycan ərazisinin İrana verilməsi və "talış" və "ləzgi" amilləri vasitəsilə separatizmin qızışdırılması variantlarını yenidən gündəmə gətirib. Rəsmi Moskvanı Xəzər donanmasını və Dağıstanın cənubunda ordusunu gücləndirməyə, Bakıda desant əməliyyatı keçirməyi planlaşdırmağa, Azərbaycana birbaşa hərbi müdaxiləyə çağırıb. Bu qədər həddini aşan hürüşməyə isə Rusiyanın rəsmi orqanlarının heç bir müdaxiləsi və münasibəti olmayıb.

Knyazev isə daha da irəli gedərək, rəsmi Moskvanın Azərbaycanla bağlı konkret məqsədinin olmalı olduğunu söyləyib. Rusiyanın dövlət kanalı olan VQTRK-nın tərkibinə daxil olan "Moskva24"-ün jurnalisti Azərbaycanı Ukrayna ssenarisi ilə hədələyib.

Həmin verilişdə Uralov daha böyük tərbiyəsizlik edib. O, Rusiya xüsusi xidmət orqanlarını hüquqlarını itirmək təhlükəsi altında olan Azərbaycan diasporunu sinxron şəkildə Bakı əleyhinə demarşa qoşulmağa məcbur etməyə çağırıb. Rusiya regionlarındakı Azərbaycan təşkilatlarını rəsmi Bakının siyasətini pisləyən açıq, radikal bəyanatlar verməyə çağırmağı təklif edib.

13 avqust 2026-cı il tarixində yayımlanan verilişdə isə adıçəkilən şəxslərin Azərbaycan əleyhinə ritorikaları daha da aqressivləşib və quduzlaşıb. Bu çərçənçi dəstəsi üçün hələ də SSRİ və onun qaydaları qüvvədədir. Ac toyuq yuxusunda darı görən kimi, rusiyalı ekspertlər də hələ də SSRİ iddiaları ilə yatıb qalxırlar. Bu tör-töküntülərə elə gəlir ki, 1991-ci ildən əvvəl doğulan hamı Sovet İttifaqı vətəndaşlarıdır. Uşaqlar, Rusiyada səhiyyə sahəsindəki azsaylı uğurlardan biri psixiatrik xəstəxanların çoxluğu idi, çünki sovet dövründə bu xəstəxanalara çox ehtiyac var idi. Əgər hələ də o xəstəxanalarda Ukrayna ilə müharibəyə cəlb edilməmiş həkimlər qalıbsa, özünüzü onlara göstərin.

Knyazev, Uralov və Çadayev "üçlüyünün" Azərbaycan əleyhinə fikirlərinə təkcə yuxarıda qeyd olunan verilişlərdə deyil, eyni zamanda 16 oktyabr 2025-ci il tarixində yayımlanan buraxılışda da rast gəlmək olar. Belə ki, həmin verilişdə qonaq qismində çıxış edən rəsmi Moskvanın Ermənistan cəmiyyəti ilə "işləmək" üçün hazırladığı "Buldoq" ləqəbi ilə tanınan "propaqandaçı" Mika Badalyan və Knyazev-Uralov-Çadayev "trio"su Azərbaycanın ərazi bütövlüyünə, dövlətçiliyinə qarşı çoxlu bəyanatlar səsləndiriblər.

Jurnalist-ekspert təxribatlarına məmurlar da qoşulub

Azərbaycan əleyhinə təxribatda təkcə media mənsubları (Knyazev, Uralov) deyil, eyni zamanda Rusiya dövlət strukturunda - Nəqliyyat Nazirliyində rəsmi vəzifə tutan Aleksey Çadayevin yer alması məsələnin ciddiliyini artırır. O, sadəcə jurnalist və ya siyasi şərhçi deyil, 2026-cı ilin yanvar ayından bəri Rusiyanın Nəqliyyat Naziri Andrey Nikitinin müşaviri vəzifəsində çalışır. Buna qədər isə o, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin müşaviri vəzifəsində çalışıb. Məmur vəzifəsi tutması Çadayevin siyasi elitaların fiziki məhv edilməsi və qonşu müstəqil dövlətə qarşı digər təhdidlər barədə verilişdə çıxışı vəziyyətə əlavə siyasi həssaslıq qatır. Bu, fərdi subyektiv yanaşmadan ziyadə, Rusiyadakı müəyyən dairələrin Azərbaycana qarşı məqsədyönlü informasiya hücumu cəhdini göstərir.

Çıxışlarda milli ədavətin və düşmənçiliyin qızışdırılmasına, regionda sabitliyin pozulmasına xidmət edən manipulyativ tezislərdən istifadə edilməsi Rusiyanın "köhnə oyunları"dan, ənənəvi, köhnəlmiş ssenarilərindən hələ də əl çəkməyini göstərir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən həyata keçirilən araşdırmalar nəticəsində İvan Knyazev, Semyon Uralov və Aleksey Çadayevin əməllərində cinayət tərkibi müəyyən edilib. Onlara qarşı Cinayət Məcəlləsinin "Terrorçuluğa açıq çağırışlar etmə" , "Dövlət əleyhinə yönələn açıq çağırışlar (təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə)" və "Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması" maddələri ilə cinayət işi başlanılıb. Məhkəmə qərarı ilə hər üç şəxs barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və onlar İnterpolun Milli Mərkəzi Büro xətti ilə beynəlxalq axtarışa veriliblər.

Rəsmi Bakının bu addımı bir daha göstərir ki, ölkənin suverenliyinə, ərazi bütövlüyünə və vətəndaşlarının təhlükəsizliyinə qarşı yönəlmiş istənilən informasiya terroru və hibrid təhdid cavabsız qalmayacaq. Media azadlığı pərdəsi altında terroru və dövlət əleyhinə zorakılığı təbliğ edən şəxslər, tutduqları mövqeyindən və yaşadığı ölkədən asılı olmayaraq, beynəlxalq hüquq qarşısında cavab verməlidirlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 587   Tarix: 18 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.