Dondurulmuş ət, yoxsa təzə ət? - Hansı daha keyfiyyətlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Dondurulmuş ət, yoxsa təzə ət? - Hansı daha keyfiyyətlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAƏt alarkən istehlakçıların qarşısında əsas seçimlərdən biri təzə və dondurulmuş məhsul arasında olur. Bəzən dondurulmuş ətin təzə ətə nisbətən daha keyfiyyətsiz və ya təhlükəli olduğu düşünülür. Halbuki ətin dondurulması düzgün temperaturda və qaydalara uyğun həyata keçirildikdə onun təhlükəsizliyini uzun müddət qorumağa imkan verir. Bununla belə, dondurma prosesi ətin teksturasına və şirəliliyinə müəyyən təsir göstərə bilər.

Xüsusilə ətin nə qədər təzə halda dondurulduğu, dondurulma sürəti və sonradan necə əridilməsi məhsulun keyfiyyətində mühüm rol oynayır. Bəs dondurulmuş ətlə təzə ət arasında əsas fərq nədir, hansı halda dondurulmuş ətə üstünlük vermək olar və istehlakçı məhsul alarkən nələrə diqqət etməlidir?
Dondurulmuş ət, yoxsa təzə ət? - Hansı daha keyfiyyətlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, dondurulmuş və təzə ət arasında əsas fərq onların saxlanma üsulu, teksturası və bəzi keyfiyyət göstəriciləridir. Onun sözlərinə görə, təzə ət kəsildikdən sonra soyuducu şəraitdə, adətən 0-4°C temperaturda saxlanılır və daha qısa müddət ərzində istifadə edilməlidir: "Dondurulmuş ət isə daha aşağı temperaturda, əsasən -18°C və ya daha aşağıda saxlanılaraq uzun müddət qorunur. Dondurma prosesi ətdə mikroorqanizmlərin çoxalmasını əhəmiyyətli dərəcədə dayandırır, lakin onları tamamilə məhv etmir. Ət düzgün şəkildə dondurulub və soyuq zəncir qorunubsa, qida təhlükəsizliyi baxımından keyfiyyətli məhsul ola bilər.

Əsas fərqlərdən biri teksturada özünü göstərir. Dondurma zamanı ətin tərkibindəki su buz kristallarına çevrilir. Bu kristallar əzələ hüceyrələrinin strukturuna müəyyən qədər zərər verə bilər. Ət əridildikdə suyun bir hissəsi şirə şəklində ayrılır və nəticədə ət təzə ətlə müqayisədə bir qədər quru və yumşaq olmayan teksturaya malik ola bilər. Sürətli dondurulmuş ətdə isə buz kristalları daha kiçik olduğundan bu dəyişikliklər nisbətən az olur.

Qida dəyəri baxımından düzgün dondurulmuş ət zülal, yağ və əsas mineralların böyük hissəsini qoruyur. Əsas itkilər daha çox ərimə zamanı ayrılan ət şirəsi ilə bağlı ola bilər. Buna görə əti otaq temperaturunda deyil, soyuducuda tədricən əritmək daha təhlükəsizdir.

İstehlakçı üçün ən vacib məqam isə ətin təzə və ya dondurulmuş olmasından çox, mənşəyi, gigiyenik şəraitdə kəsilməsi, temperatur rejiminin qorunması və təkrar dondurulub-dondurulmamasıdır. Dəfələrlə əridilib yenidən dondurulmuş ət həm keyfiyyətini, həm də təhlükəsizliyini itirə bilər.

Sağlam qidalanaraq sağlam yaşayın!".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 889   Tarix: 18 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

06.11.2026 308
.

Müstəqil dövlətin Konstitusiya günüdür

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al

06.11.2026 254
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

06.11.2026 242
.

Telefonunuz sizi dinləyir? - Söhbətdən sonra çıxan reklamların səbəbi

Hansısa məhsul haqqında danışdıqdan sonra telefonda məhz onun reklamını görmək bir çox insanda şübhə yaradır. İstifadəçilər smartfonun söhbətlərini gizlicə dinlədiyini düşünürlər. Lakin belə reklamların görünməsi özlüyündə dinlənilmənin sübutu deyil. xarici mediaya istinadla xəbər verir ki, reklam sistemlər

06.11.2026 219
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

06.11.2026 399
.

"Fənərbaxça"lı Arina "Qalatasaray"ın ulduz oyunçusuna aşiq olub

"Fənərbaxça Medicana"nın rusiyalı voleybolçusu Arina Fedorovtseva ilə "Qalatasaray"ın seneqallı futbolçusu İsmayıl Yakobs arasında münasibətlərin olduğu iddia edilir. -ın Türkiyə mediasına istinadla xəbərinə görə, iddia olunur ki, cütlük "Qalatasaray"ın "Ştutqart"

06.11.2026 248
.

Əmlak bazarında qiymətlərin enməsi mümkündürmü?-AÇIQLAMA

"Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə differensiallaşması kimi qiymətləndirmək daha doğru olar. İlk növbədə, bir məqamı nəzər

06.11.2026 247
.

39 yaşlı kişinin meyiti bağda tapıldı

Qazaxda 39 yaşlı kişinin meyiti tapılıb. -ın məlumatına görə, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü S.Orucovun meyiti bağ ərazisində aşkarlanıb. Onun ölüm səbəbi hələ məlum deyil. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır

06.11.2026 180
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

06.11.2026 225
.