Xəzərin adını dəyişmək istəyənlərə 24 il əvvəl verilən cavab

Xəzərin adını dəyişmək istəyənlərə 24 il əvvəl verilən cavab"İranşəhri" adlandırılan fars millətçilərindən ibarət qrup Xəzər dənizinin adının dəyişdirilməsi ilə bağlı "Xəzərin tarixi adının bərpası tələbi" adlı kampaniyaya başlayıb.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, bu, İranda Xəzərin adının dəyişdirilməsi ilə bağlı ilk cəhd deyil. Əvvəllər də bəzi fars millətçi dairələri "Xəzər" adının "Kaspi" və ya "Mazandaran"la əvəzlənməsini gündəmə gətiriblər:

"Məsələ hətta 2002-ci il mayın 20-də Ulu Öndər Heydər Əliyevin Tehrana səfəri zamanı keçirilən mətbuat konfransında da müzakirə olunub. İranlı jurnalist Xəzər dənizini "Mazandaran gölü" adlandırdıqda Heydər Əliyev ona belə cavab verib:

"Dünya xəritəsində "Mazandaran" adlı göl yoxdur. Əgər belə bir göl İran ərazisindədirsə, mən onu hələ tanımıram, xahiş edirəm, mənə tanıdasınız".

İran Prezidenti Məhəmməd Xatəmi vəziyyəti yumşaltmağa çalışaraq jurnalistin bundan sonra "Caspian Sea" deyəcəyini bildirib. Heydər Əliyev isə bununla kifayətlənməyib:

"Xəzər dənizi dünyanın ən mühüm dənizlərindən biridir, onun adı da Xəzərdir... Siz İranda bəzi adamlar belə yeni adlar icad etməklə bizim bu Xəzər ətrafında danışıqlarımıza mane olursunuz".

Bu çıxışdan 24 il keçib. Lakin görünür, İrandakı bəzi dairələr hələ də həmin sözlərdən dərs çıxarmayıb.

Tarixi və coğrafi adları siyasi sifarişlə dəyişmək mümkün deyil. Xəzəri "Mazandaran" adlandırmaqla nə onun tarixini, nə də Xəzər türklərinin yaddaşını silmək olar.

2002-ci ildə Heydər Əliyev Qarabağın işğalı məsələsində də İrandan Ermənistanı işğalçı adlandırmasını istəmişdi. Məhəmməd Xatəminin həmin vaxt dediyi "Nə Ermənistan İsraildir, nə də Azərbaycan Fələstin" ifadəsi isə tarixdə qaldı.

İndi isə 24 il əvvəl verilən sualı bir daha xatırlatmaq yerinə düşür:

"Mazandaran gölü haradadır?"

Cavab xəritədə yoxdur.

Xəzər isə oradadır. Və adı da Xəzərdir!"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 679   Tarix: 18 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı "Chevrolet" markalı avtomobili dövlət qeydiyyat nişanı olmadan, konstruksiyasında dəyişiklik etməklə və nəqliyyat vasitəsinin şüşələrinə normativ tələblərə uyğun olmaya

11:15 138
.

Putinlə görüşə ABŞ-dən daha kimlər gedib? - YENİ DETALLAR

Moskvadakı danışıqlarda Stiv Uitkoff və Cared Kuşnerlə yanaşı, ABŞ Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və Maliyyə Nazirliyinin nümayəndələri də iştirak ediblər. xəbər verir ki, bu barədə "Axios" jurnalisti Barak Ravid mənbələrə istinadən "X" sosial şəbəkə hesabında bildirib

11:38 135
.

200 il sonra ilk qadın edam olunacaq

ABŞ-ın Tennessi ştatında 1819-cu ildən bəri ilk dəfə qadının edam edilməsinə hazırlıq görülür: söhbət Krista Paykdan gedir. Onun barəsində çıxarılan ölüm hökmünün sentyabrın sonunda icra olunması planlaşdırılır. BİG.AZ -a istinadən bildirir ki, Paykın işi hüquq müdafiəçilərinin və ekspertlərin diqqətin

10:30 193
.

Tramp: ABŞ DÇ-2026-ya ev sahibliyi ilə 18 mlrd. dollardan çox qazanc əldə edib

ABŞ Prezidenti Donald Tramp 2026-cı ilin futbol üzrə dünya çempionatının Amerika iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirdiyini bildirib. "Report"un məlumatına görə, Ağ Ev rəhbəri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. O, həmçinin qeyd edib ki, dünya çempionatın

15:20 116
.

Toy biznesində BÖHRAN: Şadlıq evləri mərasim zallarına çevrilir - VİDEO

Azərbaycanda toy mərasimlərinə marağın azalması şadlıq evlərinin fəaliyyətinə də təsir göstərir. Əvvəllər, demək olar ki, hər gün toy mərasimləri keçirilən məkanlarda indi boş günlərin sayının artdığı bildirilir. Baku TV-yə istinadən bildirir ki, sakinlərin sözlərinə görə, böyük toy mərasimləri əvəzin

19:00 0
.

Aİ-dən Qəzza ilə bağlı QƏTİ MÖVQE: Fələstinlilərin köçürülməsi rədd edildi

Avropa İttifaqı (Aİ) Qəzza zolağında fələstinlilərin köçürülməsi ilə bağlı hər hansı cəhdi rədd edib. bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir. Məlumata əsasən, Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Kristian Viqand sentyabrın 4-də keçirilən mətbuat konfransında Aİ-nin Qəzz

18:10 0
.

BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı

BMW Almaniyada 3, 5 və 7 seriyalarından olan 189 130 avtomobili alovlanma riski səbəbindən geri çağırır. bildirir ki, bu barədə Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsindən məlumat verilib. Məlumata görə, buna səbəb sudan kifayət qədər qorunmayan starter rölesidir. Detalın daxilindəki kontaktla

14:10 130
.

Qazaxıstan dəniz limanlarının gücünü 30 milyon tona qədər artıracaq

Qazaxıstan 2030-cu ilə qədər dəniz limanlarının ümumi gücünü 21,8 milyon tondan 30 milyon tona qədər artırmağı planlaşdırır. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidmətindən bildirilib. Son beş ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM

13:30 131
.

Məlumat sızıntılarına görə Pentaqonun 50-yə yaxın əməkdaşı poliqraf testindən keçirilib

ABŞ-nin hökumət müstəntiqləri jurnalistlərə məlumatların sızmasının araşdırılması çərçivəsində ölkə Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin təxminən 50 əməkdaşını poliqraf testindən keçiriblər. "Report" xəbər verir ki, bu barədə "The New York Times" nəşrinə vəziyyətl

14:20 110
.