Qafqazda yeni təhlükəsizlik arxitekturası formalaşa bilər

Qafqazda yeni təhlükəsizlik arxitekturası formalaşa bilərTürkiyənin xarici işlər naziri Hakan Fidanın Qafqaz ölkələri ilə "Məkkə sazişi" tipli sənədin imzalanmasının mümkünlüyü ilə bağlı açıqlaması ətrafında müzakirələr davam edir.

Fidan Azərbaycan və Ermənistan arasında sülh prosesindən danışarkən bildirib:

"Məsələn, Azərbaycanla Ermənistan yekun sülh sazişinə doğru irəliləyir və Ankara prosesi dəstəkləyir. Bu zaman təhlükəsizlik və iqtisadi perspektivlər yaranır. Zamanla Qafqazda da oxşar sazişin, müdafiə ittifaqının yaradılmasına ehtiyac ola bilər".

Qeyd edək ki, avqustun 7-də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə haqqında "Məkkə sazişi"ni imzalayıb. Sənədə əsasən, üç ölkədən hər hansı birinə qarşı silahlı hücum müqavilənin bütün iştirakçılarına edilmiş hücum kimi qiymətləndiriləcək.

Mövzu ilə bağlı açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Fidanın Qafqaz üçün "Məkkə sazişi" tipli müdafiə mexanizminin mümkünlüyündən danışması diqqət çəkir. Əslində, Azərbaycan-Ermənistan sülhünün əldə olunmasından sonra yaranacaq yeni təhlükəsizlik reallığının necə formalaşacağı məsələsi uzun müddətdir gündəmdədir. Fidanın fikirlərindən belə qənaətə gəlmək olar ki, münaqişənin başa çatmasından sonra regionda əvvəlki təhlükəsizlik balansının qorunması mümkün olmayacaq və yeni reallığa uyğun mexanizmlərin formalaşdırılmasına ehtiyac yaranacaq:

""Məkkə sazişi"nin Qafqaz üçün nümunə göstərilməsi də təsadüfi deyil. Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında yaradılan model qarşılıqlı müdafiə öhdəliyinə əsaslanır. Fidanın izahından da göründüyü kimi, bu mexanizmin məqsədi konkret düşmənə qarşı birləşməkdən daha çox, iştirakçı ölkələrin bir-birinə qarşı təhlükə yaratmamasını və bir-birinin təhlükəsizliyinə təminat verməsini institusional şəkildə rəsmiləşdirməkdir.

Bu baxımdan söhbət yalnız hərbi ittifaqdan deyil, region dövlətləri arasında yeni təhlükəsizlik etimadının yaradılmasına yönəlmiş mexanizmdən gedə bilər.

Azərbaycan və Ermənistan arasında 30 ildən artıq davam edən münaqişə və müharibə vəziyyətini nəzərə alsaq, Hakan Fidanın yanaşması müəyyən mənada məntiqli görünür. Keçmişdə bir-birini təhlükə kimi qəbul edən dövlətlərin gələcəkdə eyni təhlükəsizlik mexanizminin iştirakçılarına çevrilməsi sülhün siyasi nəticələrini daha dərin strateji dəyişikliyə çevirə bilər.

Azərbaycanın belə bir müdafiə paktında yer alması da nəzəri baxımdan mümkündür. Prinsipcə, Bakı NATO və ya KTMT kimi hərbi ittifaqlara məsafəli yanaşsa da, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa qarşı deyil. Xüsusilə söhbət Cənubi Qafqazda regional təhlükəsizlikdən gedirsə, belə bir təklif Azərbaycanın maraqları baxımından da dəyərləndirilə bilər.

Lakin burada Ermənistanın mövqeyi Azərbaycanla eyni olmaya bilər. İrəvanın hazırkı siyasəti bir təhlükəsizlik mərkəzindən digərinə keçməkdən daha çox, öz manevr imkanlarını genişləndirmək üzərində qurulub. Buna görə də Türkiyənin təklif etdiyi mexanizm Ermənistan üçün yalnız o halda məqbul görünə bilər ki, bu struktur Azərbaycan və Türkiyənin dominant olduğu hərbi blok təsiri yaratmasın. Əks halda Ermənistan sülh sazişindən sonra belə özünü başqa bir təhlükəsizlik asılılığının içində görə bilər.

Daha real ssenari ilkin mərhələdə müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi, birgə hərbi təlimlərin keçirilməsi, informasiya və kəşfiyyat mübadiləsinin aparılması, sərhəd təhlükəsizliyinin təmin edilməsi, nəqliyyat xətlərinin qorunması və müdafiə sənayesi üzrə əlaqələrin genişləndirilməsi ola bilər. Etimad artdıqca bu əməkdaşlığın daha geniş təhlükəsizlik mexanizminə çevrilməsi mümkündür.

Yəni Türkiyə faktiki olaraq müdafiə paktından əvvəl onun siyasi və institusional zəminini yaratmalı olacaq.

Bununla belə, Azərbaycan-Ermənistan sülhü regionun kommunikasiya xəritəsini dəyişə bilər. Zəngəzur istiqamətində bağlantıların, Azərbaycan-Ermənistan sərhədinin açılması imkanlarının və Türkiyə ilə Azərbaycan arasında nəqliyyat əlaqələrinin genişlənməsi Cənubi Qafqazı daha böyük iqtisadi məkanın bir hissəsinə çevirə bilər.

Belə bir şəraitdə təhlükəsizlik artıq yalnız sərhədlərin qorunması məsələsi olmayacaq. Magistralların, dəmir yollarının, enerji infrastrukturunun, logistika mərkəzlərinin və ticarət marşrutlarının təhlükəsizliyi də regional təhlükəsizlik gündəliyinin əsas elementlərindən birinə çevriləcək.

Türkiyənin müdafiə mexanizmi ilə bağlı irəli sürdüyü ideya da məhz bu iqtisadi və geosiyasi perspektivlər nəzərə alındıqda tamamilə mümkünsüz görünmür. Əsas məsələ belə bir mexanizmin hansı formatda qurulacağı və Azərbaycan, Ermənistan, eləcə də digər regional dövlətlərin buna necə yanaşacağıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 740   Tarix: 17 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

06.11.2026 308
.

Timsah qadını dişləyib həyatını xilas etdi - Qeyri-adi HADİSƏ

Hindistanın Karnataka ştatında timsah qadını ölümdən qurtarıb. xarici mediaya istinadən xəbər verir ki, timsahın hücumu intihar etmək istəyən qadının həyatını xilas edib. Yırtıcının dişləməsi nəticəsində qadın qışqırmağa başlayıb və onun səsini eşidən polis əməkdaşları ilə yerli sakinlər vaxtında köməy

06.11.2026 282
.

Müstəqil dövlətin Konstitusiya günüdür

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al

06.11.2026 254
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

06.11.2026 399
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

06.11.2026 288
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

06.11.2026 225
.

"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kənd sakini arasınd

06.11.2026 163
.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

06.11.2026 284
.

Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX

Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Məlumata görə, noyabrın 6-da Venera işıqlanm

06.11.2026 159
.