Kadir İnanırın həyat yoldaşı göz yaşı tökdü: "Bir gün mütləq, sevgilim..."
Türk kinosunun unudulmaz aktyoru Kadir İnanır son mənzilə yola salınır.
Musavat.com xəbər verir ki, sənətkar üçün vida mərasimi İstanbuldakı Harbiye Muhsin Ertuğrul səhnəsində keçirilir.
Mərasimdə çıxış edən Kadir İnanırın 27 illik həyat yoldaşı, aktrisa Jülide Kural göz yaşlarını saxlaya bilməyib. O, həyat yoldaşının ədalətsizliyə qarşı barışmaz mövqeyindən, insanlara sevgisindən və sənətə bağlılığından danışaraq duyğulu anlar yaşayıb.
"Əslində indi yalnız susmaq istəyirəm. Amma Kadirin demək istədikləri o qədər böyük idi ki, ürəyimin buna tab gətirəcəyini bilmirəm. O, haqsızlığa qarşı qəzəbi, yoxsulluq və ədalətsizlik qarşısında vicdanı ilə tanınırdı. O, xalqın özü idi, Anadolu idi, bütün xalqların dostu idi. Bu dünyadan bizə qoyduğu ən böyük vəsiyyət isə sülh oldu", - deyə Kural bildirib.
Aktrisa çıxışını göz yaşları içində "Bir gün mütləq, sevgilim..." sözləri ilə tamamlayıb.
Qeyd edək ki, Kadir İnanır pnevmoniya səbəbindən iyunun 26-da 77 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.
Kadir İnanır və Jülide Kuralın yolları 1999-cu ildə "Bütün Çocuklarım" serialının çəkiliş meydançasında kəsişmişdi. Jülide Kural daha əvvəl verdiyi müsahibələrdə ilk vaxtlar aktyor haqqında fərqli düşüncədə olduğunu, lakin yaxından tanıdıqdan sonra onun həssas, insan haqlarına və qadın hüquqlarına böyük önəm verən bir şəxsiyyət olduğunu gördüyünü söyləmişdi.
27 il birlikdə həyat sürən cütlük Türkiyə sənət aləminin ən nümunəvi ailələrindən biri kimi yadda qalıb.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPolad Bülbüloğlu bu səbəbdən Tünzalə Ağayevaya təşəkkür etdi
Xalq artisti Tünzalə Ağayeva Azərbaycan musiqisinin əvəzolunmaz sənətkarı, Xalq artisti Polad Bülbüloğlunun "Gəl ey səhər" əsərini ifa edərək ona yeni nəfəs verib. xəbər verir ki, MTV maqazin sözügedən ifa haqqında Polad Bülbüloğlundan özəl açıqlama alıb. Xalq artisti pop ulduza təşəkkürün
06.11.2026 612 Oksana Rəsulova: "Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı"
"Qapqara" verilişinin yeni buraxılışının qonağı aktrisa Oksana Rəsulova olub. Sənətçi uşaqlıqdan aktrisa olmaq istəsə də, valideynlərinin məsləhəti ilə tibb təhsili aldığını bildirib. Doqquz il təhsil alaraq iki diplom əldə edən aktrisa həkim kimi fəaliyyət göstərmədiyinə görə peşman olmadığın
10.11.2026 355 Serenayla Mert ayrıldı
Türkiyənin məşhur aktrisası Serenay Sarıkaya ilə müğənni Mert Demirin ayrıldığı iddia olunur. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı türkiyəli jurnalist Akif Yaman yayıb. Məlumata görə, dəfələrlə ayrılıq iddiaları ilə gündəmə gələn cütlük bu dəfə yollarını ayırmaq qərarına gəlib. Onları
11.11.2026 363 Sərxan Kərəmoğlu 25 il əvvəl özünə hazırlatdırdığı qəbri göstərdi
Aparıcı Sərxan Kərəmoğlu sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. xəbər verri ki, o şəxsi instaqram hesabında 25 il əvvəl özünə qəbir hazırlatdırdığını bildirib:. "O biri tərəfin evini 25 il qabaq hazırlamışdım. Allah 25 il sonra bir də təmir etdirməyi özümə nəsib etsin! Zarafat bir yana, Allahda
11.11.2026 529 Prodüser və menecerləri tənqid etdi
Aparıcı Vüsalə Əlizadə Azərbaycanda prodüser və menecer fəaliyyətinin olmadığını deyib. Axşam.az xəbər verir ki, o, proqramında bu sahədəki vəziyyətdən gileylənib. Vüsalə bildirib ki, ifaçıların piar və reklam işlərini də özləri idarə etməli olurlar:. "Bizdə menecer işi zəifdir, sıfır səviyyəsindədir
12.11.2026 306 Nailə İslamzadədən danışan Çingiz Abdullayev: "40 il əvvəl atam sevirdi, indi mən..."
Xalq yazıçısı Çingiz Abdullayev etirafı ilə diqqət çəkib. xəbər verir ki, "Qonaqcanlı" verilişinə dəvət olunan yazıçı Əməkdar artist Nailə İslamzadəyə olan rəğbətindən danışıb. "40 il əvvəl Nailə xanımı atam sevirdi, indi də mən sevirəm. Onu görəndə inanmadım ki, necə belə yaxşı qalıb
03.11.2026 763 Konsertindən 1,3 milyard qazanaraq rekorda imza atdı
Kanadalı müğənni The Weeknd solo ifaçılar arasında konsert turundan əldə olunan gəlirə görə dünya rekordunu qırıb. Onun "After Hours Til Dawn" adlı qastrol səfəri bütün zamanların ən çox gəlir gətirən solo turu olub. Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri konsertləri
07.11.2026 388 Aygün Kazımova Eminemlə duet oxuyacaq?
Azərbaycanın Xalq artisti Aygün Kazımovanın dünyaşöhrətli amerikalı reper Eminemlə duet hazırladığı iddia olunub. xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib. Paylaşımda Aygün Kazımova rusiyalı müğənni Alla Puqaçova ilə müqayisə edilərək Azərbaycanın musiqi səhnəsindəki mövqeyinə eyha
10.11.2026 323 Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
02.11.2026 801