"Faizsiz kredit" təklifinə aldanmayın: dələduzların ən çox istifadə etdiyi üsullar
"Son dövrlərdə bank kartları ilə bağlı dələduzluq halları artmaqdadır. Mütəxəssislər vətəndaşlara kart məlumatlarını heç bir halda üçüncü şəxslərlə paylaşmamağı tövsiyə edirlər".
Bunu BiG.AZ-a açıqlamasında İnformasiya resursları üzrə mühəndis-tətqiqatçı, Bəhruz Əliyev bildirib.
O, qeyd edib ki, xüsusilə kartın nömrəsi, son istifadə tarixi, CVV kodu və bank tərəfindən göndərilən SMS təsdiq kodları məxfi məlumat hesab olunur. Bank, polis, kredit təşkilatı və ya hər hansı dövlət qurumu adından zəng edən şəxslər belə bu məlumatları tələb edə bilməz:
"Dələduzlar adətən vətəndaşları aldatmaq üçün müxtəlif bəhanələrdən istifadə edirlər. "Faizsiz kredit veririk", "Dövlət proqramıdır", "Kart məlumatlarını yoxlamalıyıq" və ya "Hesabınıza pul köçürəcəyik" kimi ifadələr ən çox rast gəlinən üsullardandır.
Hesabınıza pul köçürmək üçün yalnız kartın 16 rəqəmli nömrəsi kifayətdir. Əgər sizdən CVV kodu, SMS təsdiq kodu və ya digər məxfi məlumatlar tələb olunursa, bu, dələduzluq cəhdi kimi qiymətləndirilməlidir.
Kart təhlükəsizliyini artırmaq üçün aşağıdakı qaydalara əməl etmək tövsiyə olunur:
Kart üzrə gündəlik əməliyyat limitləri təyin edin və alış-veriş, köçürmə limitlərini minimum səviyyədə saxlayın;
Onlayn ödəniş funksiyasını yalnız ehtiyac olduqda aktivləşdirin və istifadə bitdikdən sonra söndürün;
SMS və mobil tətbiq bildirişlərini aktiv saxlayın ki, hesabınızdakı bütün əməliyyatlardan dərhal xəbərdar olasınız;
WhatsApp, SMS və ya sosial şəbəkələr vasitəsilə göndərilən şübhəli keçidlərə daxil olmayın;
Əsas vəsaitlərinizi saxladığınız kartı gündəlik onlayn ödənişlər üçün istifadə etməyin. Bunun üçün ayrıca və az məbləğ saxlanan kartdan yararlanmaq daha təhlükəsizdir.
Əgər kart məlumatlarınızı təsadüfən paylaşmısınızsa və ya hesabınızla bağlı şübhəli vəziyyət yaranıbsa, dərhal bankla əlaqə saxlayaraq kartın bloklanmasını tələb edin. Daha sonra kartı ləğv etdirərək yenisini sifariş edin və hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verin.
Tanımadığınız şəxslərdən gələn "asan qazanc", "faizsiz kredit" və ya "sürətli pul" vədlərinə ehtiyatla yanaşmaq lazımdır. Vaxtında görülən tədbirlər maddi zərərin qarşısını ala bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 590 Tarix: 19 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAllahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə "Report"a QMİ-dən məlumat verilib. Bildirilib ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsus
15:40 181 "Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı
Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların
17:20 178 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb
11:06 225 Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı
ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy
10:31 229 ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı
"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk
17:10 188 Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama
ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs
19:50 158 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
Bakıda restoranlardan birində dava baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə endirib. Nəticədə Əliağa xəsarə
20:07 183 "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur
16:20 195 TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca
19:27 208