Süni intellektə qadağa çıxış yoludurmu?

Süni intellektə qadağa çıxış yoludurmu?"Süni intellektin insan təfəkkürünü zəiflədəcəyi ilə bağlı narahatlıqlar müəyyən qədər başadüşüləndir. Çünki həqiqətən də bəzi hallarda insanlar düşünmək, araşdırmaq və analiz etmək əvəzinə hazır cavablara üstünlük verməyə başlayırlar. Lakin burada əsas məsələ texnologiyanın özü deyil, ondan necə istifadə edilməsidir".

Bunu BiG.AZ-a açıqlamasında İKT üzrə mütəxəssis Elvin Həsənov bildirib.

O, qeyd edib ki, gündəlik həyatda müşahidə edirik ki, insanlar getdikcə daha çox hazır nəticəyə yönəlirlər. Məlumatı araşdırmaq, müxtəlif mənbələri müqayisə etmək və nəticə çıxarmaq əvəzinə, birbaşa cavabı əldə etməyə çalışırlar. Bu isə uzunmüddətli perspektivdə düşünmə və analiz vərdişlərinə təsir göstərə bilər:

"Tarixə nəzər saldıqda görürük ki, oxşar müzakirələr hər yeni texnologiyanın ortaya çıxması ilə yaşanıb. Kalkulyator istifadəyə veriləndə insanların hesablama bacarıqlarını itirəcəyi deyilirdi. İnternet geniş yayılanda isə yaddaşın zəifləyəcəyi ilə bağlı narahatlıqlar səsləndirilirdi. Lakin zaman göstərdi ki, bu texnologiyalar insan imkanlarını məhdudlaşdırmaq əvəzinə daha da genişləndirib.

Süni intellekti də bu baxımdan kalkulyatora bənzətmək olar. Əgər insan hesablamanın və ya problemin məntiqini anlayırsa, kalkulyator onun işini sürətləndirir. Əks halda isə o, sadəcə düymə basan istifadəçiyə çevrilir. Süni intellektlə də vəziyyət oxşardır: əsas bilik və düşünmə bacarığı olmadan texnologiya yalnız hazır cavab mənbəyinə çevrilə bilər.

Süni intellektin qadağan olunması məsələsinə gəldikdə isə, bu nə texniki baxımdan real, nə də praktik baxımdan effektiv görünür. AI artıq qlobal miqyasda istifadə olunan və müxtəlif platformalarda tətbiq edilən texnologiyadır. Hətta qadağalar tətbiq olunsa belə, insanlar alternativ vasitələr tapmağa davam edəcəklər.

Bu səbəbdən əsas diqqət qadağalara deyil, maarifləndirməyə yönəlməlidir. İnsanlara süni intellektdən necə düzgün istifadə etmək, hansı hallarda onun təqdim etdiyi məlumatlara etibar etmək və hansı hallarda öz tənqidi düşüncələrini işə salmaq lazım olduğu öyrədilməlidir. Belə olduqda süni intellekt insan düşüncəsinin rəqibi deyil, onu tamamlayan və gücləndirən vasitəyə çevrilə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 569   Tarix: 19 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə "Report"a QMİ-dən məlumat verilib. Bildirilib ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsus

15:40 181
.

"Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı

Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların

17:20 178
.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 225
.

Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy

10:31 229
.

ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı

"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk

17:10 188
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

19:50 158
.

Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü

Bakıda restoranlardan birində dava baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə endirib. Nəticədə Əliağa xəsarə

20:07 183
.

"Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək

Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur

16:20 195
.

TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca

19:27 208
.