Pentaqon rəhbəri növbəti dəfə NATO-nu tənqid etdi
ABŞ-nin NATO-ya edəcəyi ödənişlərin həcmi alyansa üzv olan digər dövlətlərin müdafiə xərcləri üzrə hədəflərini necə yerinə yetirməsindən asılı olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset NATO ölkələrinin müdafiə nazirlərinin toplantısında məlumat verib.
"Gələcəkdə bizim NATO-ya edəcəyimiz illik ödənişlər digər ölkələrin müdafiə xərcləri ilə bağlı hədəflərini icra etmələrinə bağlı olacaq. Digər müttəfiqlərin vəsaitləri çevik şəkildə xərcləmədiyi hallarda, bizim maliyyə töhfəmiz azalacaq. Amerika Avropanın müdafiəsi üçün müttəfiqlərimizdən daha çox narahat ola və ya bunun üçün onlardan çox pul ödəyə bilməz. Bizim milli müdafiə strategiyamızda açıq şəkildə bildirilir ki, müttəfiqlərimizi fəallaşmağa və öz töhfələrini verməyə təşviq edəcəyik. Bu səbəbdən bunu etməyən, ən vacib anlarda "yox", "bəlkə də" və ya "gözləyək görək" deyən müttəfiqləri diqqətlə nəzarətdə saxlayacağıq", - deyə Heqset bildirib.
Hərb naziri, həmçinin NATO-nun çox uzun müddət ərzində "kağız pələng" və "birtərəfli yol" olduğunu deyib. Onun sözlərinə görə bundan sonra isə alyans belə davam etməməlidir.
"Müttəfiqlərimiz fəallaşmalıdırlar. Prezident Donald Tramp uzun illərdir bu barədə çox açıq danışıb, NATO həddindən artıq uzun müddət "kağız pələng" və "birtərəfli yol" olub. Daha belə olmayacaq. Müdafiə xərcləri ilə bağlı öhdəliklərin əsas mənası da elə budur: NATO-nu sərt gücə və real çəkindirməyə istiqamətlənmiş əsl hərbi alyansa, NATO 3.0-a (3-cü versiya) çevirmək. Belə ki, bu halda müttəfiqlərimiz Avropanın ənənəvi müdafiəsində aparıcı rolu faktiki olaraq öz üzərilərinə götürəcəklər", - deyə o qeyd edib.
Bundan başqa Pentaqonun rəhbəri Pit Heqset ABŞ-nin NATO üzrə bir çox müttəfiqlərinin İranla münaqişədə amerikalılara yardım etməkdən boyun qaçırması bəraəti olmayan biabırçılıq adlandırıb.
"Müttəfiqlərimizin çoxu "yox" dedi, ya bizi mürəkkəb hüquqi müzakirələrdə boğmağa çalışdı, ya da özlərinin hazır olmadıqları və ya bacarmadıqları işlərə görə bizi ictimai şəkildə tənqid etdilər. Bu, biabırçılıq idi", - deyə alyansın bir sıra üzvlərinin İranla qarşıdurmada ABŞ-yə dəstək göstərməkdən imtina etməsinə şərh verən nazir vurğulayıb.
Heqsetin sözlərinə görə, ABŞ hərbçilərinin yerdəyişməsi və hərbi əməliyyatların aparılması məqsədilə hərbi bazalara çıxışın verilməməsi də daxil olmaqla, bu cür imtinalar amerikalı hərbçilərin həyatını təhlükə altına atıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 621 Tarix: 18 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAllahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə "Report"a QMİ-dən məlumat verilib. Bildirilib ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsus
15:40 181 "Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı
Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların
17:20 178 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb
11:06 225 Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı
ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy
10:31 229 ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı
"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk
17:10 188 Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama
ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs
19:50 158 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
Bakıda restoranlardan birində dava baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə endirib. Nəticədə Əliağa xəsarə
20:07 183 "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur
16:20 195 TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca
19:27 208