Firuzə İskəndərova: "Mingəçevir Dövlət Universitetinin RUR reytinqində ilk iştirakdan əldə etdiyi nəticə mühüm uğurdur"

Firuzə İskəndərova: "Mingəçevir Dövlət Universitetinin RUR reytinqində ilk iştirakdan əldə etdiyi nəticə mühüm uğurdur"Mingəçevir Dövlət Universiteti (MDU) ilk dəfə nüfuzlu "Round University Ranking" (RUR) beynəlxalq universitet reytinqində təmsil olunub.

BiG.AZ xəbər verir ki, universitet ilk iştirak ilində Azərbaycan ali təhsil müəssisələri arasında 12-ci yerdə qərarlaşıb. Bu nəticə MDU-da son illərdə təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və institusional inkişaf istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətin mühüm göstəricisi hesab olunur.

Mingəçevir Dövlət Universitetinin İctimai əlaqələr və marketinq şöbəsinin müdiri, mətbuat katibi Firuzə İskəndərovanın sözlərinə görə, universitetin beynəlxalq reytinqdə ilk dəfə yer alması MDU-nun inkişaf strategiyasının uğurla həyata keçirildiyini göstərir:

"RUR kimi nüfuzlu beynəlxalq reytinqdə ilk iştirakımızdan etibarən ölkə üzrə 12-ci yerdə qərarlaşmağımız universitetimizin inkişaf yolunda mühüm nailiyyətdir. Bu nəticə professor-müəllim heyətinin, əməkdaşlarımızın və tələbələrimizin birgə əməyinin göstəricisidir. Qarşıdakı illərdə beynəlxalq görünürlüğümüzü daha da artırmaq, elmi fəaliyyət və tədrisin keyfiyyətini yüksəltmək istiqamətində fəaliyyətimizi davam etdirəcəyik".

Qeyd edək ki, RUR reytinqində universitetlər tədris, tədqiqat, beynəlxalq müxtəliflik və maliyyə dayanıqlılığı göstəriciləri əsasında qiymətləndirilir. Mingəçevir Dövlət Universiteti dünya üzrə 1198-ci yerdə qərarlaşıb.
Firuzə İskəndərova: "Mingəçevir Dövlət Universitetinin RUR reytinqində ilk iştirakdan əldə etdiyi nəticə mühüm uğurdur"Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 783   Tarix: 17 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

19:50 158
.

Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind

10:35 223
.

Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub

Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo

17:40 161
.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 225
.

"Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı

Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların

17:20 178
.

Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü

Bakıda restoranlardan birində dava baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə endirib. Nəticədə Əliağa xəsarə

20:07 183
.

Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi

Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon

11:15 230
.

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə "Report"a QMİ-dən məlumat verilib. Bildirilib ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsus

15:40 181
.

Pirquluda qış mənzərəsi... - Fotolar

Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək

11:56 255
.