Flora Kərimova ona göstərilən qayğıya görə Mehriban Əliyevaya təşəkkür edib

Flora Kərimova ona göstərilən qayğıya görə Mehriban Əliyevaya təşəkkür edibXalq artisti Flora Kərimova Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib.

"Report" xəbər verir ki, o bu barədə sosial media hesabında yazıb.

"Hörmətli Mehriban xanım, səhhətimlə bağlı yaşadığım çətin günlərdə göstərdiyiniz diqqət, qayğı və müalicəmi şəxsi nəzarətinizdə saxlamanız məni son dərəcə duyğulandırdı.

Ləyaqətli insani keyfiyyətlərinizə, həssas münasibətinizə və göstərdiyiniz diqqətə görə Sizə sonsuz və dərin minnətdarlığımı bildirirəm.

Qayğıkeşliyiniz, nəvazişiniz və şəfqətiniz ən qiymətli insani dəyərlərdəndir. Sizə olan vəfa borcum övladlarıma mənəvi əmanətdir. Sizə möhkəm cansağlığı, fəxarətli ömür, xalqımız naminə Böyük Sərkərdənin yanında silahdaşı kimi həyata keçirdiyiniz nəcib fəaliyyətinizdə daim uğurlar və müvəffəqiyyətlər arzulayıram", - paylaşımda qeyd olunub.

Bir neçə gün öncə Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib.

Sənətkarın müalicə prosesini Mehriban Əliyeva nəzarətə götürüb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 93   Tarix: 17 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlon Maskın sərvəti 180-dən çox ölkənin dövlət büdcəsindən böyükdür

"Forbes" jurnalının məlumatına görə, amerikalı sahibkar İlon Maskın sərvəti 1,4 trilyon dollar həddini keçib. xəbər verir ki, bu göstərici onu təkcə dünyanın ən varlı şəxsi deyil, həm də maliyyə imkanları baxımından bir çox dövlətlə müqayisə oluna biləcək səviyyəyə yüksəldib. Müqayisələr göstəri

22:00 2
.

Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi hesabatı qəbul edib

Avropa Parlamentində Gürcüstanla bağlı tənqidi hesabat qəbul edilib. APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan üzrə məruzəçi Rasa Yuknyaviçenenin hazırladığı sənədi 436 deputat dəstəkləyib, 145-i əleyhinə səs verib. Hesabatda bildirilib ki, Avropa Parlamenti Avropa və demokratik Gürcüstan uğrund

21:00 1
.

Niyə təkcə fenomen olmaq uğur üçün kifayət etmir?

"Yalnız "YouTube və sosial media vasitəsilə pul qazanacağam" düşüncəsi üzərində karyera qurmaq riskli yanaşma hesab olunur. Bu sahədə uğur qazanan insanlar olsa da, onların sayı ümumi istifadəçilərlə müqayisədə olduqca azdır. Sosial mediada əldə olunan gəlirin davamlı və sabit olması is

15:53 184
.

Mark Rütte: Rusiya Ukrayna ilə atəşkəs barədə danışıqlara hazır deyil

Ukraynada müharibənin başa çatması üçün hər iki tərəfin danışıqlara hazır olması lazımıdr, lakin Moskva tərəfindən hələ ki belə bir hazırlıq yoxdur. "Report" "Sky News"a istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte Brüsseldə alyans ölkələrinin müdafiə nazirlərini

22:30 1
.

Səbinə İskəndər - akvarel sənətinin inkişafına töhfə verən peşəkar rəssam və kurator

Səbinə İskəndər yerli və beynəlxalq bədii sərgilərin təşkili sahəsində zəngin təcrübəyə malik peşəkar rəssam və kuratordur. O, həm Azərbaycanda, həm də xarici ölkələrdə sərgilənən əsərləri, yaradıcı axtarışları və özünəməxsus bədii üslubu ilə seçilir. xəbər verir ki, akvarel sənətinə xüsusi bağlılığ

16:52 160
.

ABŞ-ın Hind okeanında saxladığı 30 dənizçi Pakistanın vasitəçiliyi ilə İrana qaytarılacaq

ABŞ-ın saxladığı gəmidə olan İran vətəndaşları Pakistanın vasitəçiliyi ilə ölkələrinə qaytarılacaq. APA xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar "X" hesabında bildirib. Onun sözlərinə görə, Hind okeanında ABŞ tərəfindən ələ keçirilən "Davina" tankerində ola

14:15 151
.

İndoneziyada güclü zəlzələ: ölən var

Ötən gün İndoneziya baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, 76 nəfər xəsarət alıb. xəbər verir ki, yaralananlardan 13 nəfər ciddi, 63 nəfər isə yüngül xəsarət alıb. Bundan əlavə, 841 evin, 2 ofisin və 15 tikilinin, həmçinin 2 kəndi birləşdirən körpünün zədələndiyi bildirilib

18:00 150
.

Xəzərdə zəlzələ olub

Xəzərdə zəlzələ olub. Bu barədə APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Qeyd edilib ki, 3,5 maqnitudalı yeraltı təkan yerli vaxtla 11:53-də, 18 km dərinlikdə baş verib

15:00 163
.

Britaniya səfiri Gürcüstan XİN-ə dəvət olunub

Böyük Britaniya səfiri Haret Uord Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə XİN-in yaydığı məlumatda bildirilib. Xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvili və səfir arasında keçirilmiş görüşdə Gürcüstanın beynəlxalq sanksiya rejimlərin

18:30 133
.

TOP MP3