Niyə təkcə fenomen olmaq uğur üçün kifayət etmir?

Niyə təkcə fenomen olmaq uğur üçün kifayət etmir?"Yalnız "YouTube və sosial media vasitəsilə pul qazanacağam" düşüncəsi üzərində karyera qurmaq riskli yanaşma hesab olunur. Bu sahədə uğur qazanan insanlar olsa da, onların sayı ümumi istifadəçilərlə müqayisədə olduqca azdır. Sosial mediada əldə olunan gəlirin davamlı və sabit olması isə hər zaman mümkün olmur".

Bunu BiG.AZ-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə Mühəndis-tədqiqatçı, Bəhruz Əliyev bildirib.

O, qeyd edib ki, YouTube, TikTok və Instagram kimi platformalarda uğur qazanmaq üçün təkcə video paylaşmaq kifayət etmir. Əgər insanın konkret ixtisası, peşə bacarığı və ya dərin bilik təqdim etdiyi sahə yoxdursa, "bəlkə videom məşhur oldu" yanaşması uzunmüddətli perspektivdə dayanıqlı model sayılmır. Bu, daha çox qeyri-müəyyən nəticələr və uzunmüddətli səbr tələb edən fəaliyyət növüdür:

"Təcrübə göstərir ki, sosial mediada uğur qazananların böyük hissəsi müəyyən peşə və ya ekspert sahəsinə malik şəxslərdir. Müəllimlər dərs izah edir, həkimlər sağlamlıq mövzusunda maarifləndirici məlumatlar paylaşır, mühəndislər texnologiyadan danışır, ustalar isə praktik bacarıqlarını nümayiş etdirirlər. Bu halda sosial media onların əsas gəlir mənbəyi deyil, peşələrinin tanıdılması üçün əlavə platformaya çevrilir.

Bəzi insanlar isə güclü ünsiyyət bacarığı, maraqlı hekayə danışmaq qabiliyyəti və auditoriyanın maraqlarını düzgün analiz etməklə fərqlənə bilirlər. Lakin bu xüsusiyyətlər hər kəsdə olmur və çox vaxt illərlə formalaşan təcrübənin nəticəsidir.

Ən sağlam model əvvəlcə peşə və bacarıq qazanmaq, daha sonra isə sosial mediadan həmin bilik və təcrübəni təqdim etmək üçün istifadə etməkdir. Məsələn, elektrik ustası peşəsini öyrənən bir gənc eyni zamanda bu sahə ilə bağlı videolar paylaşaraq həm peşəkar fəaliyyətini inkişaf etdirə, həm də onlayn auditoriya toplaya bilər.

Bu baxımdan, "təhsil almayım, peşə öyrənməyim, yalnız sosial media ilə pul qazanım" düşüncəsi riskli seçim hesab olunur. Çünki sosial media gəlirləri dəyişkən və qeyri-sabit ola bilər, peşə və bacarıqlar isə insanın uzunmüddətli kapitalı olaraq qalır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 672   Tarix: 17 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Dağ-mədən sənayesinin genişlənməsi dövlət büdcəsinə daxilolmalar baxımından əhəmiyyətlidir" - PƏRVANƏ VƏLİYEVA

"Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illəri əhatə edəcək Dövlət Proqramı qısa vaxt ərzində iddialı hədəflərə çatmağı nəzərdə tutur. Bu, ilk növbədə regionların sosial-iqtisadi inkişafı üzrə dövlət strategiyası ilə sinerji təşki

11:19 174
.

Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə ilk məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə iclası zamanı şikayət üzrə prosesə baxılması nəzərdə tutulsa da, Çingiz Qənizadənin məhkəməyə gəlməməs

13:03 78
.

Qızıl neçəyədir?

Azərbaycanda qızılın sentyabrın 22-nə olan rəsmi qiymətləri bəlli olub. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7404.7410 manat təşkil edib. Növlərə və əyyarlara görə 1 qram qızılın satış qiyməti isə 99 əyyar təmiz qızıl üçün 238.07 manat, 750 əyyar İtalyan qızılı üçün 178.7

22.09.2026 235
.

Trampın reytinqi Respublikaçılarda narahatlıq yaradıb

ABŞ Respublikaçılar Partiyasının üzvləri noyabrın 3-də keçiriləcək ara seçkilərdə Konqresin hər iki palatasında çoxluğu qorumağa çalışarkən, prezident Donald Trampdan getdikcə daha çox uzaqlaşırlar. xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, respublikaçıla

11:22 124
.

Prezident daha bir dövlət proqramını təsdiqlədi

"Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, "Azərbaycan Respublikasınd

10:53 132
.

Öldüyü bilinən qadın qəfil dirildi

Çinin şimalındakı Hebey əyalətində qeyri-adi hadisə baş verib. Ailəsi tərəfindən öldüyü düşünülən 70 yaşlı qadın qəfil dirilib. xarici mediaya istinadla xəbər verir ki, qadın uzun illər beyin trombozu və xərçəng xəstəliyindən əziyyət çəkib. Həkimlər şişin müalicəsinin mümkün olmadığını bildirdikdən sonr

22.09.2026 268
.

Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı - Siyahı

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artırılıb. Axşam.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin saytında müvafiq bölmə yenilənib. Hazırda sistemdə olan plastik cərrahların sayı 46-dan 51-ə çatdırılıb. Siyahıya əlavə olunanlar Amin Müzakir oğlu Əliyev, Turab Qurba

22.09.2026 350
.

Tramp ABŞ-də döyüş sursatı istehsalının artırıldığını bəyan edib

ABŞ əhəmiyyətli dərəcədə sursat ehtiyatlarına malikdir və onların istehsalını artırır. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib. "Qorxaqlar və xainlər Birləşmiş Ştatların sursatının tükəndiyini deməyi sevirlər

22.09.2026 234
.

Tramp İran nümayəndələri ilə görüşmək istəyir

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının iclası çərçivəsində İran nümayəndələri ilə görüşməyə ümid edir. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Kanalın məlumatına görə, Tramp müşavirlərinə "şərtlər uyğun olarsa", Nyu-Yorkda İran rəsmiləri ilə görüş təşkil etmək istədiyini bildirib

11:36 118
.