ABŞ-İran anlaşmasının məzmunu artıq bəzi dünya liderlərinə məlumdur
Mark Karnei bildirib ki, ABŞ və İran arasında hazırlanmış, lakin hələ rəsmi şəkildə açıqlanmayan anlaşma memorandumu artıq bir sıra dünya liderlərinə, o cümlədən G7 sammitində iştirak edən dövlət başçılarına təqdim olunub.
Bizimyol.info xəbər verir ki, Kanada Baş naziri qeyd edib ki, o sənədlə tanışdır və razılaşmanı ümumilikdə müsbət qiymətləndirir. Onun sözlərinə görə, bu anlaşma İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün baza yaradır və eyni zamanda Yaxın Şərqdə iqtisadi inteqrasiyanın mərhələli şəkildə bərpasına şərait yarada bilər.
Karnei həmçinin bildirib ki, sənəd Livandakı vəziyyətin tənzimlənməsi baxımından da mühüm addım kimi qiymətləndirilir. O, razılaşmanı "ümumilikdə müsbət irəliləyiş" adlandırıb.
Məlumata görə, ABŞ administrasiyası sənədin tam mətnini hələ ictimaiyyətə açıqlamayıb. Bu isə bəzi siyasətçilər arasında tənqidlərə və razılaşmanın detalları ilə bağlı müxtəlif ehtimallara səbəb olub.
Bəzi mənbələrə görə, ABŞ və İran arasında əldə olunan anlaşma 60 günlük atəşkəs rejimini və müəyyən mərhələli öhdəlikləri nəzərdə tutur. Həmçinin bu müddət ərzində İranın nüvə proqramı ilə bağlı danışıqların davam etdirilməsi planlaşdırılır.
Məlumatlarda qeyd olunur ki, vasitəçi rolunda çıxış edən Pakistan prosesdə tərəflər arasında əlaqələndirici funksiyanı yerinə yetirir. Razılaşmanın rəsmi imzalanmasının yaxın günlərdə Cenevrədə baş tuta biləcəyi bildirilir.
Eyni zamanda bəzi diplomatik mənbələr ABŞ-ın regionda hərbi gərginliyi azaltmaq və Yaxın Şərqdə genişmiqyaslı münaqişəni dayandırmaq niyyətini ön plana çıxarır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 584 Tarix: 17 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133