Bakıda "Milli Xalq Oyunları" Festivalı keçirilib

Bakıda "Milli Xalq Oyunları" Festivalı keçirilib"Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə paytaxtda "Milli Xalq Oyunları" Festivalı keçirilib.

BiG.AZ xəbər verir ki,Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi "Elm və təhsil sahəsində
ictimai təşəbbüslərin dəstəklənməsi" qrant müsabiqəsi çərçivəsində keçirilən "Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil" layihəsində məqsəd təhsilalanların və təhsilverənlərin yaradıcı, sosial və mədəni bacarıqlarını inkişaf etdirmək, milli-mənəvi dəyərlərin məktəbdənkənar fəaliyyətlər vasitəsilə təbliğini təmin etmək, bu istiqamətdə interaktiv və tətbiqyönümlü təhsil mühiti formalaşdırmağa nail olmaq məqsədi ilə keçirilən layihədə Bakı, Ağdam, Xankəndi və Mingəçevir şəhərlərinin hər birindən 2 məktəb iştirak edib.

Layihənin ilk mərhələsində qeyd edilən şəhərləri təmsil edən ümumilikdə 24 müəllim üçün Təlimçilərin Təlimi proqramını əhatə edən düşərgə təşkil olunub. Təlimləri uğurla başa vuran müəllimlər sonrakı mərhələdə əldə etdikləri bilik və təcrübəni şagirdlərlə bölüşərək məktəblərdə müxtəlif maarifləndirici sessiyalar keçiriblər. Layihəyə həmçinin iştirakçı məktəblərin 120 şagirdi də cəlb olunub.

Paytaxtımızın gözəl məkanlarından olan Rixard Zorge adına parkda təşkil edilən və milli irsin təbliği, xalq oyunlarının yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyan "Milli Xalq Oyunları" Festivalında iştirakçı müəllim və şagirdlər, həmçinin onun həyata keçirilməsinə dəstək və köməklik göstərən Bakı Şəhər İcra Hakimiyyəti, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, "Regional İnkişaf" İctimai Birliyinin məsul şəxsləri, Azərbaycan Rəssamlıq Akademiyası, YARAT Müasir İncəsənət Məkanı, Azərbaycan Milli İdman Növləri Assosiasiyası, İMEK - Beynəlxalq Musiqi Tədris Mərkəzi, Azərsun Holdinq iştirak ediblər.

Festival çərçivəsində layihə üzrə əldə olunan nəticələr təqdim edilib, iştirakçılar üçün müxtəlif milli oyunlar və interaktiv fəaliyyətlər təşkil olunub. Belə ki, Festivalda qədim xalq oyunları nümunələrindən olan çiləmə, dəyirman, fincan-fincan, iç-çöl, həmçinin bənövşə, gözbağlıcı, qodu-qodu, əl üstə kimi oyunları, milli rəqs master-klassı və digər idman oyunları keçirilib. Gənc rəssamlar 3 fərqli rəsm guşəsində öz rəsmlərini nümayiş etdiriblər. Festival boyunca Dj iştirakçıları əyləndirib, Fase art, köpük şou, animatorların çıxışları, gənc müğənnilər Aysu Sadıqzadə, Aylin Səlimova, Dəniz Hüseynzadə və Safiya Allahverdiyeva ifaları ilə iştirakçıları şənləndiriblər.
Sonda layihədə aktiv iştirak edən 6 müəllim mükafatlandırılıb, layihəyə cəlb olunan 120 şagirdə sertifikatlar verilib.
Bakıda "Milli Xalq Oyunları" Festivalı keçirilibBakıda "Milli Xalq Oyunları" Festivalı keçirilibBakıda "Milli Xalq Oyunları" Festivalı keçirilibBakıda "Milli Xalq Oyunları" Festivalı keçirilibBakıda "Milli Xalq Oyunları" Festivalı keçirilibBakıda "Milli Xalq Oyunları" Festivalı keçirilib

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 529   Tarix: 17 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan bir ayda Rusiyaya üç dəfə səfər edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan dekabr ayında danışıqlar üçün Rusiyaya üç dəfə səfər etməyi planlaşdırdığını bəyan edib. -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Paşinyan Dublin Beynəlxalq və Avropa Münasibətləri Məsələləri İnstitutunda çıxışı zamanı məlumat verib. "Dekab

22:45 0
.

Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video

Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız

21:51 1
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

20:15 131
.

Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü

Bakıda restoranlardan birində dava baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə endirib. Nəticədə Əliağa xəsarə

20:07 183
.

Qardaş 13 yaşlı bacısını bıçaqladı

Bakıda 13 yaşlı qız bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib. Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırmala

10:58 303
.

Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ

Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav

16:07 264
.

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə "Report"a QMİ-dən məlumat verilib. Bildirilib ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsus

15:40 181
.

Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü

Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada

22:00 0
.

17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza

Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb

19:30 179
.