Əl-qolunu bağlayaraq "Prius"un baqajında Bakıya gətirdilər
Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda ittiham edilən şəxslərə hökm oxunub.
Bizim.Media xəbər verir ki, məhkəmənin hökmü ilə paytaxt sakini 1987-ci il təvəllüdlü Rəşad Knyazov 9, qardaşı 1990-cı il təvəllüdlü Urfan isə 8 il 6 ay həbsə məhkum edilib.
Araşdırmalarla müəyyən edilib ki, onlar əmisi oğlanları Ayxan Knyazovla birgə Elşad Bəyov adlı şəxsi oğurlayaraq Xaçmazın Ukuroba kəndindən Bakıya gətiriblər.
Belə ki, Ayxanın tanışı olan qadınla münasibətdə olan Elşad həmin qadından hədə-qorxu yolu ilə pul alıb və daha sonra qaytarmayıb. Bundan sonra Ayxanın istəyi ilə əmisi oğlanları avtomobillə Bakıdan Xaçmaza gediblər.
Onlar qadının anasının evinə daxil olduqda artıq Elşadın döyüldüyünü görüblər və əl-ayağını bağlayıb, ağzına əski parçası tıxayaraq "Toyota Prius" markalı avtomobilin yük yerinə yerləşdiriblər. Daha sonra Elşadı Hövsan qəsəbəsinə gətirərək bir gün orada girov saxlayıblar. Növbəti gün o həmin evdən qaçaraq xilas olmağı bacarıb.
Qeyd edək ki, cinayətdə iştirak edən şəxslərin, eləcə də E.Bəyovun dini qruplaşma üzvü olduğu məlum olub.
Cinayətdə iştirak etməkdə şübhəli bilinən A.Knyazov isə axtarışa verilib.
Bundan başqa, zərərçəkmiş şəxs olan Elşad Bəyov barəsində ayrıca cinayət işi də açılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 678 Tarix: 17 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Dağ-mədən sənayesinin genişlənməsi dövlət büdcəsinə daxilolmalar baxımından əhəmiyyətlidir" - PƏRVANƏ VƏLİYEVA
"Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illəri əhatə edəcək Dövlət Proqramı qısa vaxt ərzində iddialı hədəflərə çatmağı nəzərdə tutur. Bu, ilk növbədə regionların sosial-iqtisadi inkişafı üzrə dövlət strategiyası ilə sinerji təşki
11:19 174 Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə ilk məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə iclası zamanı şikayət üzrə prosesə baxılması nəzərdə tutulsa da, Çingiz Qənizadənin məhkəməyə gəlməməs
13:03 78 Qızıl neçəyədir?
Azərbaycanda qızılın sentyabrın 22-nə olan rəsmi qiymətləri bəlli olub. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7404.7410 manat təşkil edib. Növlərə və əyyarlara görə 1 qram qızılın satış qiyməti isə 99 əyyar təmiz qızıl üçün 238.07 manat, 750 əyyar İtalyan qızılı üçün 178.7
22.09.2026 235 Trampın reytinqi Respublikaçılarda narahatlıq yaradıb
ABŞ Respublikaçılar Partiyasının üzvləri noyabrın 3-də keçiriləcək ara seçkilərdə Konqresin hər iki palatasında çoxluğu qorumağa çalışarkən, prezident Donald Trampdan getdikcə daha çox uzaqlaşırlar. xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, respublikaçıla
11:22 124 Prezident daha bir dövlət proqramını təsdiqlədi
"Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, "Azərbaycan Respublikasınd
10:53 132 Öldüyü bilinən qadın qəfil dirildi
Çinin şimalındakı Hebey əyalətində qeyri-adi hadisə baş verib. Ailəsi tərəfindən öldüyü düşünülən 70 yaşlı qadın qəfil dirilib. xarici mediaya istinadla xəbər verir ki, qadın uzun illər beyin trombozu və xərçəng xəstəliyindən əziyyət çəkib. Həkimlər şişin müalicəsinin mümkün olmadığını bildirdikdən sonr
22.09.2026 268 Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı - Siyahı
Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artırılıb. Axşam.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin saytında müvafiq bölmə yenilənib. Hazırda sistemdə olan plastik cərrahların sayı 46-dan 51-ə çatdırılıb. Siyahıya əlavə olunanlar Amin Müzakir oğlu Əliyev, Turab Qurba
22.09.2026 350 Tramp ABŞ-də döyüş sursatı istehsalının artırıldığını bəyan edib
ABŞ əhəmiyyətli dərəcədə sursat ehtiyatlarına malikdir və onların istehsalını artırır. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib. "Qorxaqlar və xainlər Birləşmiş Ştatların sursatının tükəndiyini deməyi sevirlər
22.09.2026 234 Tramp İran nümayəndələri ilə görüşmək istəyir
ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının iclası çərçivəsində İran nümayəndələri ilə görüşməyə ümid edir. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Kanalın məlumatına görə, Tramp müşavirlərinə "şərtlər uyğun olarsa", Nyu-Yorkda İran rəsmiləri ilə görüş təşkil etmək istədiyini bildirib
11:36 118