Azərbaycanda media idarəçiliyində yeni mərhələ: Media və Yayım Şurası yaradılır - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda media idarəçiliyində yeni mərhələ: Media və Yayım Şurası yaradılır - MEDİA EKSPERTİNDƏN AÇIQLAMAAzərbaycanda media sahəsində yeni institusional dəyişikliklər gündəmə gəlib. Milli Məclisdə müzakirəyə çıxarılan yeni qanun layihəsinə əsasən, hazırda fəaliyyət göstərən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Respublikası Audiovizual Şurası ləğv edilərək onların bazasında vahid "Media və Yayım Şurası"nın yaradılması nəzərdə tutulur.

Yeni qurumun media siyasətinin koordinasiyası, informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə və media subyektlərinin fəaliyyətinin tənzimlənməsi istiqamətində geniş səlahiyyətlərə malik olacağı bildirilir. Layihə artıq Milli Məclisin İnsan hüquqları komitəsində müzakirəyə çıxarılıb və hakimiyyət bunu dəyişən informasiya müharibələri dövrünün tələbi kimi əsaslandırır.
Azərbaycanda media idarəçiliyində yeni mərhələ: Media və Yayım Şurası yaradılır - MEDİA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı media eksperti Nicat Abdullayev BiG.AZ-a açıqlamasında bildirdi ki, media sahəsində son illər həyata keçirilən islahatlar göstərir ki, Azərbaycanın informasiya məkanında həm tənzimləmə, həm də inkişaf istiqamətləri paralel şəkildə formalaşdırılır. Onun sözlərinə görə, Audiovizual Şura ilə Medianın İnkişafı Agentliyinin fəaliyyətinə nəzər saldıqda görürük ki, bu qurumların funksiyaları bir-birindən fərqli olsa da, əslində eyni məqsədə - sağlam, peşəkar və dayanıqlı media mühitinin formalaşdırılmasına xidmət edir: "Bu baxımdan onların vahid platformada birləşdirilməsi və kollegial idarəetmə modelinə malik Media və Yayım Şurasının yaradılması müəyyən üstünlüklər vəd edə bilər.

İlk növbədə, bu addım media siyasətinin daha koordinasiyalı həyata keçirilməsinə imkan yaradar. Hazırda bir qurum əsasən tənzimləmə, digəri isə inkişaf və dəstək funksiyalarını yerinə yetirir. Vahid institut daxilində bu proseslərin əlaqələndirilməsi qərarların daha çevik qəbul edilməsinə, resurslardan daha səmərəli istifadəyə və media sektorunun problemlərinə kompleks yanaşmanın formalaşmasına şərait yarada bilər.

Digər mühüm məqam kollegial idarəetmə modelidir. Əgər Media və Yayım Şurası qanunvericilikdə nəzərdə tutulduğu kimi kollektiv qərarvermə prinsipi əsasında fəaliyyət göstərəcəksə, bu, həm qərarların şəffaflığını artırar, həm də ictimai etimadın möhkəmlənməsinə xidmət edər. Kollegial idarəetmə müxtəlif baxışların və ekspert rəylərinin nəzərə alınmasına imkan verdiyindən media sahəsində balanslı qərarların qəbul olunmasına şərait yaradır.

Beynəlxalq təcrübə də bu yanaşmanın uğurlu nümunələrinin mövcud olduğunu göstərir. Böyük Britaniyada Ofcom, Fransada isə ARCOM həm tənzimləmə, həm də rəqəmsal media mühitinin idarə olunması funksiyalarını əlaqələndirilmiş formada həyata keçirir. Bu modellər göstərir ki, media sahəsində parçalanmış idarəetmədən daha çox vahid və koordinasiyalı yanaşma səmərə verir.

Mən hesab edirəm ki, belə bir strukturun yaradılması xüsusilə rəqəmsal medianın sürətlə inkişaf etdiyi indiki dövrdə daha aktualdır. Çünki ənənəvi media, audiovizual platformalar, onlayn media və sosial şəbəkələr arasında sərhədlər getdikcə aradan qalxır. Bu şəraitdə müxtəlif media seqmentlərinə ayrı-ayrı deyil, vahid informasiya siyasəti çərçivəsində yanaşmaq daha məqsədəuyğun görünür.

Eyni zamanda, informasiya təhlükəsizliyi baxımından da müəyyən üstünlüklər yarana bilər. Dezinformasiya, saxta xəbərlər və xarici təsir cəhdləri ilə mübarizə vahid koordinasiya mərkəzi vasitəsilə daha sistemli həyata keçirilə bilər. Bu isə ölkənin informasiya məkanının qorunmasına və ictimaiyyətin etibarlı informasiyaya çıxışının təmin edilməsinə əlavə imkanlar yaradar.

Əlbəttə, istənilən struktur dəyişikliyinin uğuru ilk növbədə onun fəaliyyət mexanizmlərindən, şəffaflıq səviyyəsindən və peşəkar idarəetməsindən asılı olacaq. Lakin ümumi yanaşma baxımından Audiovizual Şura ilə MEDİA Agentliyinin vahid Media və Yayım Şurası çərçivəsində birləşdirilməsi media siyasətinin daha çevik, koordinasiyalı və müasir çağırışlara uyğun həyata keçirilməsinə töhfə verə biləcək addım kimi qiymətləndirilə bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 634   Tarix: 16 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan bir ayda Rusiyaya üç dəfə səfər edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan dekabr ayında danışıqlar üçün Rusiyaya üç dəfə səfər etməyi planlaşdırdığını bəyan edib. -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Paşinyan Dublin Beynəlxalq və Avropa Münasibətləri Məsələləri İnstitutunda çıxışı zamanı məlumat verib. "Dekab

22:45 0
.

Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video

Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız

21:51 1
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

20:15 131
.

Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü

Bakıda restoranlardan birində dava baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə endirib. Nəticədə Əliağa xəsarə

20:07 183
.

Qardaş 13 yaşlı bacısını bıçaqladı

Bakıda 13 yaşlı qız bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib. Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırmala

10:58 303
.

Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ

Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav

16:07 264
.

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə "Report"a QMİ-dən məlumat verilib. Bildirilib ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsus

15:40 181
.

Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü

Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada

22:00 0
.

17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza

Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb

19:30 179
.