Tarixi səfərin mesajları: Hikmət Hacıyev niyə Ermənistana getdi?

Tarixi səfərin mesajları: Hikmət Hacıyev niyə Ermənistana getdi?İyunun 14-də Ermənistanın Dilican şəhərində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib. Bu görüş həm vaxtı, həm də məzmunu baxımından xüsusi diqqət çəkir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, əvvəla, Hikmət Hacıyevin Ermənistana səfəri tarixi hadisə hesab oluna bilər. Müqayisə üçün qeyd edək ki, indiyədək Ermənistana səfər etmiş ən yüksək səviyyəli Azərbaycan rəsmisi baş nazirin müavini Şahin Mustafayev olub. Bu baxımdan Hacıyevin səfəri Bakı-İrəvan təmaslarının səviyyəsinin yüksəldiyini göstərən mühüm göstəricidir:

"Səfər və görüş iki vacib detal baxımından diqqət çəkir.

Birincisi, səfər Ermənistanda keçirilən parlament seçkilərindən sonra baş tutub. Rəsmi Bakı seçkilərin gedişini yaxından izləyirdi və demək olar ki, nəticələr Azərbaycan üçün məqbul hesab olunur. Bu addımla Bakı İrəvandakı seçkilərin nəticələrini qəbul etdiyinə dair mesaj verir. Eyni zamanda, bu, bir müddətdir səslənən "Prezident İlham Əliyev niyə seçkilərdən sonra Ermənistanın baş nazirini təbrik etmədi?" sualına da dolayı cavab kimi qiymətləndirilə bilər.

İkincisi, görüşün keçirildiyi məkan diqqət çəkir. Ermənistanın Tavuş vilayətində yerləşən Dilican ölkənin ən sakit və mənzərəli şəhərlərindən biri hesab olunur və tez-tez "Ermənistanın İsveçrəsi" adlandırılır. İrəvandan fərqli olaraq, Dilican siyasi mərkəz deyil, daha çox turizm və beynəlxalq tədbirlərlə tanınır.

Müqayisə üçün qeyd etmək olar ki, son dövrlərdə Azərbaycan da mühüm qonaqları tez-tez Qəbələdə qəbul edir. Bu mənada Qəbələ ilə Dilican arasında müəyyən paralellər aparmaq mümkündür.

Dilicanın Azərbaycan sərhədinə yaxın yerləşməsi də görüş məkanının seçilməsini məntiqli edir. Xüsusilə sərhədlərin delimitasiya və demarkasiyası prosesinin məhz bu istiqamətdə uğurla aparılması həmin ərazinin əhəmiyyətini artırır.

Görüş zamanı tərəflər Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Regionda davamlı sülh və sabitliyin təmin olunması üçün ikitərəfli dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb. Bundan əlavə, iki ölkənin vətəndaş cəmiyyətləri arasında etimad quruculuğu tədbirləri barədə fikir mübadiləsi aparılıb.

Ümumilikdə Ermənistan-Azərbaycan danışıqları üç istiqamətdə həyata keçirilir:

Dövlət rəsmiləri səviyyəsində;
Delimitasiya və demarkasiya komissiyaları çərçivəsində;
Vətəndaş cəmiyyəti nümayəndələri arasında.

Bu istiqamətlər fərqli olsa da, məqsəd eynidir - davamlı və dayanıqlı sülhə nail olmaq. Hikmət Hacıyev və Armen Qriqoryan arasında aparılan müzakirələrdə bu məsələlərə xüsusi diqqət yetirilməsi tərəflərin prosesin gedişindən məmnun olduğunu və onu inkişaf etdirmək niyyətində olduqlarını göstərir.

Tərəflər işçi səviyyəsində təmasların davam etdirilməsi barədə razılığa gəlib və növbəti görüşün Azərbaycanda keçiriləcəyini təsdiqləyiblər. Bu qərar qarşılıqlılıq prinsipinin formalaşdığını göstərən müsbət siqnallardan biridir.

Prinsip etibarilə, Hikmət Hacıyevin Ermənistana səfərindən sonra Armen Qriqoryanın da Azərbaycana gəlməsi mümkündür. Ümumiyyətlə, hər hansı erməni rəsmisinin Azərbaycana səfərində problem yoxdur. Rəsmi Bakı həm təhlükəsizlik tədbirlərini, həm də diplomatik normaları təmin etmək və onlara riayət etmək iqtidarındadır.

Mövcud mərhələdə Bakı ilə İrəvan arasında davamlı dialoq mexanizminin qorunub saxlanılması xüsusi əhəmiyyət daşıyır. Ermənistan Konstitusiyasında dəyişikliklər, delimitasiya və demarkasiya prosesinin davamı, liderlər səviyyəsində görüşlərin vaxtı və məkanının müəyyənləşdirilməsi, eləcə də yekun sülh müqaviləsinin imzalanacağı tarix və yerin razılaşdırılması baxımından bu dialoq zəruridir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 655   Tarix: 16 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi

44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların

11:11 231
.

Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi

Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon

11:15 230
.

Putin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi

Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə

15:00 222
.

Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı

Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər

18:40 165
.

Ağdamda yeni və müasir şəhər salınır

Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy

11:18 234
.

Rusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu

Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili

23:00 0
.

Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK - Vətəndaşlar sevinəcək

Azərbaycanda əməkhaqları və pensiyaların ödənilməsi qaydası dəyişə bilər. Yeni təklifə əsasən, işçilərə verilən əməkhaqqı və digər ödənişlər elektron ödəniş sistemi vasitəsilə onların seçdiyi bank hesabına köçürüləcək. Bu yenilik hansı üstünlükləri vəd edir?. -a danışan iqtisadçı Elçin Rəşidov deyi

19:04 188
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 287
.

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb

22:00 0
.