İranda ara qarışdı: Nazirə hücum oldu, adamlarına atəş açılıb
İranda 3 gündür etirazlar start götürüb.
Tribuna.az xəbər verir ki, ilk günlər elə də ciddi xarakter almayan proseslər dünən aqressiya ilə müşahidə olunub.
Belə ki, etirazçılar əsasən mühafizəkar qanadın tərəfdarları və SEPAH-a bağlı təşkilatların üzvləri olublar. Onlar İranın ABŞ-la saziş imzalamasına qarşı olduqlarını bəyan ediblər.
Yerli sosial şəbəkələrdə bu aksiyaların SEPAH tərəfindən təşkil edildiyi qeyd edilir. Orada yazılır ki, SEPAH bu sazişin onların maraqlarına cavab vermədiyini əsas tutaraq, onlarla məsləhətləşmədən imzalanmasını qəbul etmədiyi üçün bu addımı atıb.
Gün ərzində Tehran, Məşhəd, Qum və digər şəhərlərdə güclənən etirazlar əsasən İran hökumətinə, xüsusən də parlamentin spikeri Məhəmməd Baqer Qalibafa və xarici işlər naziri Abbas Ərqaçıya yönəlib. Onlar "Qalibaf, Əraqçı istefa, istefa!", "Amerika ilə anlaşanlara ölüm", "Ağamızın qanı bəs nə oldu?" kimi şüarlar səsləndiriblər.
Tribuna.az bildirir ki, İran mediası da bu məsələdə iki yerə bölünüb. Məsələn, "İran" və "Həmşəhri" qəzetləri mümkün sazişi diplomatik uğur və strateji qələbə kimi təqdim edirlər. Lakin mühafizəkarlara bağlı "Fars", "Təsnim" kimi agentliklər bu razılaşmaya kəskin etiraz edirlər.
Gün ərazində gələn xəbərlərdə isə qeyd edilir ki, Tehranda İranın XİN başçısı Abbas Əraqçıya hücum edilib. İşə gedərkən etirazçılar ona hücum edərək, linç etməyə çalışıblar. Lakin mühafizəçilərin müdaxiləsi sayəsində nazir ərazidən uzaqlaşdırılıb.
İşin maraqlı tərəfi odur ki, SEPAH dünən gecə Tehranda küçələrə çıxmış etirazçıları dağıtmağa başlayıb. Hətta bəzi istiqamətlərdə etirazçılara hərbçilər tərəfindən atəşç açıldığına dair xəbərlər yayılıb. İnstgram və digər şəbəkələrdə bununla bağlı çoxsaylı görüntülər mövcuddur.
Yerli müşahidəçilər hesab edirlər ki, SEPAH-ın "U" dönüşü etməsi bir neçə məqsədə hesablanıb. Səbəblərdən biri odur ki, əgər küçədəki insanlar çəkilməsəydi ABŞ-la saziş tərəfdarı olan insanlar bu gün küçələrə çıxacaqdılar. Onların rejimi dəstəkləməyən, eləcə də hökuməti təqdir etməyən qüvvələr olduğu vurğulanır. Hətta bununla bağlı böyük şəhərlərdə aksiya üçün hazırlıqların başladığı xəbərləri də yayılıb.
İkinci məqam kimi isə SEPAH-ın ABŞ-la danışıq tərəfdarı olan və bunun üçün ciddi addımlar atan Qalbaf-Əraqçı-Pezeşkian ittifaqına uduzması göstərilir. Qeyd edilir ki, sözügedən hərbi birləşmə vəziyyətdən çıxmaq üçün özünü cəmiyyətə saziş tərəfdarı kimi göstərməyə çalışır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 817 Tarix: 15 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi
44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların
11:11 231 Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi
Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon
11:15 230 Putin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi
Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə
15:00 222 Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı
Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər
18:40 165 Ağdamda yeni və müasir şəhər salınır
Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy
11:18 234 Rusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu
Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili
23:00 0 Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK - Vətəndaşlar sevinəcək
Azərbaycanda əməkhaqları və pensiyaların ödənilməsi qaydası dəyişə bilər. Yeni təklifə əsasən, işçilərə verilən əməkhaqqı və digər ödənişlər elektron ödəniş sistemi vasitəsilə onların seçdiyi bank hesabına köçürüləcək. Bu yenilik hansı üstünlükləri vəd edir?. -a danışan iqtisadçı Elçin Rəşidov deyi
19:04 188 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti
11:22 287 İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb
22:00 0