Trampdan İrana - Xəbərdarlıq
"Nüvə sazişi baş tutmasa, hücumlar bərpa oluna bilər".
"Qafqazinfo" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "The New York Times" nəşrinə müsahibəsində deyib.
ABŞ lideri bildirib ki, Vaşinqton və Tehran arasında əldə olunan razılaşma Hörmüz boğazında daimi sərbəst keçidi təmin etməlidir. Onun sözlərinə görə, tərəflər yekun nüvə sazişi üzrə razılığa gələ bilməsələr, ABŞ hərbi variantı yenidən nəzərdən keçirə bilər.
Tramp həmçinin deyib ki, İrana qarşı həyata keçirilən hərbi əməliyyatlar və Tehranın Hörmüz boğazını bağlamasından sonra tətbiq olunan dəniz blokadası Yaxın Şərqdə qüvvələr balansını Vaşinqtonun xeyrinə dəyişib.
ABŞ Prezidenti qeyd edib ki, yeni saziş İranın nüvə silahı hazırlamasına və ya əldə etməsinə imkan verməyəcək. O, mümkün razılaşmanı 2015-ci ildə Barak Obama administrasiyası dövründə imzalanmış nüvə sazişindən daha effektiv hesab etdiyini bildirib.
Trampın sözlərinə görə, tərəflər İranın uran zənginləşdirmə fəaliyyətlərinin dayandırılması müddəti ilə bağlı danışıqları davam etdirirlər. O bildirib ki, 20 illik məhdudiyyət əsas müzakirə mövzularından biri olsa da, 15 illik müddət də qəbul edilə bilər. Prezident əlavə edib ki, İran yalnız hərbi məqsədlər üçün istifadə oluna bilməyəcək səviyyədə uran zənginləşdirməsinə icazə verilən fəaliyyətlərlə məhdudlaşacaq.
ABŞ Prezidenti İsrailin Baş naziri Benyamin Netanyahunun etirazlarına baxmayaraq İranla razılaşmanın əldə olunduğunu da vurğulayıb.
Tramp həmçinin İsrailin İranla razılaşmanın gündəmdə olduğu bir vaxtda Beyruta endirdiyi zərbələri tənqid edərək bunun baş verməməli olduğunu bildirib. O, Netanyahu barədə danışarkən onu "çox çətin insan" adlandırıb.
ABŞ lideri əlavə edib ki, İranın nüvə silahına sahib olması halında İsrail üçün ciddi təhlükə yaranardı və məhz buna görə Tehranla əldə olunan razılaşmanın mühüm əhəmiyyət daşıdığını düşünür.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 406 Tarix: 15 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi
44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların
11:11 231 Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi
Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon
11:15 230 Putin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi
Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə
15:00 222 Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı
Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər
18:40 165 Ağdamda yeni və müasir şəhər salınır
Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy
11:18 234 Rusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu
Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili
23:00 0 Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK - Vətəndaşlar sevinəcək
Azərbaycanda əməkhaqları və pensiyaların ödənilməsi qaydası dəyişə bilər. Yeni təklifə əsasən, işçilərə verilən əməkhaqqı və digər ödənişlər elektron ödəniş sistemi vasitəsilə onların seçdiyi bank hesabına köçürüləcək. Bu yenilik hansı üstünlükləri vəd edir?. -a danışan iqtisadçı Elçin Rəşidov deyi
19:04 188 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti
11:22 287 İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb
22:00 0