Lukaşenko: Yaxın Şərq və Ukraynadakı müharibələri bu il bitirmək mümkündür
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya-Ukrayna münaqişəsinin və Yaxın Şərqdəki gərginliyin bu il həll edilə biləcəyinə əmin olduğunu bildirib.
"Report" BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus lideri Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalına müsahibəsində bildirib.
"O ki qaldı bu müharibələri ümumiyyətlə dayandırmağın mümkün olub-olmaması məsələsinə, xüsusən də burada, bizim regionumuzda, eləcə də sizin fəaliyyət göstərdiyiniz regionda - Yaxın Şərqdə, bizdə bu müharibələri dayandırmaq üçün indi əvvəlkindən daha böyük imkan var", - o bildirib.
Lukaşenko hesab edir ki, bütün bu münaqişələrin həlli "sözün əsl mənasında bir neçə nəfərin istəyindən asılıdır".
"Əgər belə bir istək olarsa, bu müharibələri bu il dəqiq bitirmək olar. Hətta Rusiya və Ukrayna münaqişəsini də bu il bitirmək mümkündür", - o deyib.
Yaxın Şərqdəki vəziyyətdən danışan Lukaşenko qeyd edib ki, o, hərbi əməliyyatların dayandırılmasından başqa çıxış yolu görmür.
"Və o, bu il dayandırılacaq. Ümid edirəm ki, yaxın vaxtlarda. İlk növbədə, ABŞ ilə İran arasında. Ancaq mən hesab etmirəm ki, bu, amerikalılarla iranlılar arasında müharibədir. Bu, ilk növbədə İsrail və İran arasındadır", - o bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 630 Tarix: 14 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Həkim səhlənkarlığı ucbatından bu günə qaldım"
"Həkimlər sümüyümdən analiz götürəndə ombamı sındırdılar. Həm onkoloji xəstəlik, həm də sınıq üst-üstə gəldi. Məni onlar xəstə etdi. Həkim səhlənkarlığı ucbatından bu günə qaldım. Sümüyümdən 3 dəfə sümük qopartdılar. Yaşlı adamam da, sümük nə qədər tab gətirə bilər?! Bu mənim canımdan qopur da
14:57 143 Varşava Ukraynada muzdlu əsgərlər legionu yaratdığını təkzib etdi
Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış Ukraynada döyüşən Polşa muzdlularının iştirakını təkzib edib. xəbər verir ki, RİA Novosti siyasətçinin sözlərini sitat gətirib. Brifinq zamanı jurnalistlər nazirdən Polşanın Ukraynadakı döyüşlərdə iştirak etmək üçün beynəlxalq muzdlu əsgərlər legionu yaradıb-yaratmadığın
12:07 131 Regionların inkişafı davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın regionlarının sosial-iqtisadi inkişafı istiqamətində mühüm nəticələr əldə olunub. Hazırda regional iqtisadi siyasətin əsas hədəfləri bölgələrdə iqtisadi aktivliyin artırılması, yeni iş yerlərinin açılması, bölgələrə daxili və xaric
14:30 106 Hərbi qulluqçuların sosial təminatında yeni mərhələ
Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin
11:11 163 Azərbaycana payız gəldi
Azərbaycanda astronomik payız başlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, bu an "payız bərabərliyi" adlanır. Beləliklə, Şimal yarımkürəsində astronomik payız, Cənub yarımkürəsində isə astronomi
10:13 150 İlk Homo sapiensin üzü necə görünürdü?
Bir vaxtlar Afrika neandertalı hesab edilən Cəbəl İrhud fosilləri bu gün ən qədim Homo sapiens nümunələri arasında göstərilir. Müxtəlif fərdlərə aid hissələrin rəqəmsal şəkildə birləşdirilməsi ilə hazırlanmış yeni model ilk əcdadlarımızın üzünün necə göründüyünə dair diqqətçəkən təsəvvür yaradır. Qaynarinf
22.09.2026 580 Məktəbli formasında yenilik: Ayrı-seçkiliyə yol verilməməlidir
Nazirlər Kabineti "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında" qərar verib. Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmaya
10:43 268 Dağ-mədən sənayesində yeni mərhələ: Dövlət Proqramı hansı imkanları yaradacaq?
"Dağ-mədən və metallurgiya sənayesi Azərbaycanda iqtisadiyyatın əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmu
14:58 97 Zelenski-Tramp danışıqlarından sonra Rusiya Kiyevi dronlarla vurdu
Rusiya çərşənbə günü Kiyevə dron hücumları ilə zərbələr endirib, dəmir yolu infrastrukturuna, anbarlara və yanacaqdoldurma məntəqələrinə zərbələr endirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, Prezident Vladimir Zelenskinin ABŞ Prezidenti Donald Trampla sülh səylərini müzakirə etmək üçün görüşməsində
15:11 96