Məktəblərdə "TikTok"a məhdudiyyət: Təhsil mühitinin qorunmasına yönələn mühüm addım

Məktəblərdə "TikTok"a məhdudiyyət: Təhsil mühitinin qorunmasına yönələn mühüm addım"Azərbaycan təhsilinin və gənc nəslin mənəvi formalaşmasının qarşısında duran əsas vəzifələrdən biri məktəb mühitini zərərli və diqqəti yayındıran təsirlərdən qorumaqdır. Bu baxımdan, təhsil müəssisələrində ümumi internet şəbəkəsi üzərindən "TikTok" sosial platformasına girişin məhdudlaşdırılması mühüm və prinsipial qərar kimi qiymətləndirilə bilər. Bu addım yalnız məktəblərdə nizam-intizamın gücləndirilməsinə deyil, həm də sağlam vətəndaş və savadlı gəncliyin formalaşdırılması istiqamətində həyata keçirilən siyasətə xidmət edir".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.

O, qeyd edib ki, məktəb hər şeydən əvvəl elm, bilik və tərbiyə məkanıdır. Qısa və sürətli videolar üzərində qurulan sosial şəbəkələr yeniyetmələrin diqqətini uzunmüddətli öyrənmə prosesindən uzaqlaşdırır, onların konsentrasiya qabiliyyətinə mənfi təsir göstərir. Dərs zamanı və ya tənəffüslərdə bu cür platformalarda vaxt keçirmək şagirdlərin dərsə, müəllimə və tədris prosesinə marağını azalda bilir. İnternet səviyyəsində tətbiq olunan məhdudiyyətin əsas məqsədi məktəb mühitində təhsilin prioritetliyini qorumaqdır:

"Qərarın mühüm tərəflərindən biri də odur ki, məktəbə mobil telefon gətirən şagirdlər belə təhsil müəssisəsinin daxili internet şəbəkəsi vasitəsilə həmin platformadan istifadə edə bilməyəcəklər. Şəbəkə səviyyəsində tətbiq edilən filtrasiya istifadəçinin kimliyindən və ya cihazından asılı olmayaraq platformaya çıxışı məhdudlaşdırır. Bu isə dərs prosesində diqqətin yayınmasının qarşısının alınmasına əlavə töhfə verə bilər.
Məktəblərdə "TikTok"a məhdudiyyət: Təhsil mühitinin qorunmasına yönələn mühüm addımMütəxəssislər uzun müddətdir ki, sosial şəbəkələrdən həddindən artıq istifadənin yeniyetmələrin psixoloji vəziyyətinə, diqqət toplamaq bacarığına və sosial münasibətlərinə təsiri barədə xəbərdarlıq edirlər. Xüsusilə sürətli və davamlı vizual məzmun axını gənclərin mütaliəyə, yaradıcılığa və real ünsiyyətə ayırdığı vaxtın azalmasına səbəb olur. Bu baxımdan məktəblərdə tətbiq olunan məhdudiyyət şagirdlərin idmana, kitab oxumağa, sosial fəaliyyətlərə və canlı ünsiyyətə daha çox vaxt ayırmasına stimul yarada bilər.

Məktəblərdə bu kimi profilaktik tədbirlərin həyata keçirilməsi gənc nəslin psixoloji, mənəvi və fiziki sağlamlığına verilən önəmin göstəricisidir. Təhsil müəssisələri yalnız bilik ötürən məkan deyil, eyni zamanda sağlam şəxsiyyət formalaşdıran mühüm sosial institutdur. Bu səbəbdən məktəb mühitinin diqqəti yayındıran və mənfi təsir göstərə bilən amillərdən qorunması gələcəyin daha savadlı, məsuliyyətli və vətənpərvər vətəndaşlarının yetişdirilməsinə xidmət edən vacib addımlardan biri hesab oluna bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 584   Tarix: 09 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.